Yaxın Şərq

İsrailin Baş naziri Benyamin Netanyahu beynəlxalq ictimaiyyətdə ciddi narazılıq doğuran çıxışında mənəvi dəyərləri kənara qoyaraq "güclü olan sağ qalır" fəlsəfəsini açıq şəkildə müdafiə edib. O, öz siyasətinə bəraət qazandırmaq üçün tarixdəki qanlı imperiyaların və amansız gücün ədalətdən daha üstün olduğunu iddia edib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ramazan bayramı münasibətilə xalqa video müraciətində ölkənin hava məkanının qorunması və milli təhlükəsizliyin möhkəmləndirilməsi istiqamətində atılan addımları diqqətə çatdırıb. Prezident Ərdoğan Yaxın Şərqdəki vəziyyətə toxunaraq, İsrailin atəşkəsi pozması nəticəsində Qəzza, Şərqi Qüds və Cənubi Livanda mülki əhalinin bayramı hücumlar altında qarşıladığını bildirib. O, həmçinin 28 fevralda İsrailin İrana qarşı başlatdığı hücumların və Tehranın cavab zərbələrinin regionda gərginliyi daha da artırdığını qeyd edib.

Fələstinli mənbələrin "Asharq Al-Awsat" qəzetinə verdiyi məlumata görə, HƏMAS və Qəzzadakı digər qruplaşmalar bölgənin yenidən qurulması üçün ABŞ Prezidenti Donald Trampın irəli sürdüyü "tam tərksilah" şərtini müzakirə edirlər. HƏMAS-ın xaricdəki rəhbəri Xalid Məşal Qəzzadakı sahə komandirləri ilə əlaqə saxlayaraq "müqavimət silahları"nın gələcəyi barədə məsləhətləşmələr aparıb.

İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanı Kralı Salman bin Əbdüləziz Al Səud Ramazan bayramı münasibətilə krallıq vətəndaşlarına və bütün İslam dünyasına müraciət edib. Kral Salman ölkəsinin regional münaqişələrin qarşısının alınması və qlobal təhlükəsizliyin təmin edilməsi istiqamətindəki qətiyyətli mövqeyini bir daha vurğulayıb.

Türkiyənin Xarici İşlər naziri Hakan Fidan Qətərin Baş naziri və Xarici İşlər naziri Məhəmməd bin Əbdülrəhman Əl Tani ilə keçirdiyi birgə mətbuat konfransında Yaxın Şərqdəki gərginliyə görə birbaşa İsraili ittiham edib. Fidan Ankaranın İrandakı mülki infrastruktura və dinc əhaliyə edilən hücumları qətiyyətlə pislədiyini bildirib.

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Müdafiə Nazirliyi İran mənbəli 7 ballistik raket və 15 pilotsuz uçuş aparatının (PUA) qarşısının alındığını elan edib.Nazirliyin yazılı bəyanatında bildirilir: "Müdafiə sistemlərimiz İrandan gələn 7 ballistik raket və 15 PUA-nı uğurla zərərsizləşdirib". Açıqlamada qeyd olunub ki, İranın başlatdığı hücumlar çərçivəsində indiyədək BƏƏ müdafiə sistemləri tərəfindən ümumilikdə 334 ballistik raket, 15 qanadlı raket və 1714 PUA məhv edilib.

Qətər İranın bölgə ölkələrinə qarşı hücumlarını "rəhmsiz" adlandırıb və Tehranın bütün qırmızı xətləri keçdiyini bildirib. Bu barədə Qətər Xarici İşlər Nazirliyi rəsmi bəyanat yayıb. "Qətər son iki gün ərzində Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) enerji obyektlərinin İran tərəfindən hədəf alınmasını ən kəskin ifadələrlə pisləyir". - deyə bəyanatda qeyd edilir.

Küveyt Neft Şirkəti "Mina Abdullah" neft emalı zavodunun pilotsuz uçuş aparatı (PUA) ilə hədəf alındığını və müəssisədə yanğın çıxdığını elan edib. Küveytin rəsmi xəbər agentliyi KUNA-nın şirkətin bəyanatına istinadən verdiyi məlumata görə, zavodun bölmələrindən biri PUA zərbəsinə məruz qalıb. Bəyanatda hücum nəticəsində obyektdə yanğın başladığı, işçilərin təhlükəsizliyini təmin etmək və müəssisəni qorumaq üçün bütün lazımi qabaqlayıcı tədbirlərin görüldüyü qeyd olunub.

Yaxın Şərqdə 2026-cı ilin fevral ayından başlayan hərbi gərginlik mart ayının ortalarında ən kritik həddinə çatıb. İsrail ordusu Livandakı hərbi kampaniyasını genişləndirərək paytaxt Beyrutun mərkəzi məhəllələrinə silsilə hava zərbələri endirməyə başlayıb. Livan Səhiyyə Nazirliyinin son məlumatına görə, Basta və Zoqaq əl-Blat rayonlarına endirilən zərbələr nəticəsində 10 nəfər həlak olub, 27 nəfər yaralanıb. Bu hücumlar paytaxtın indiyədək toxunulmaz sayılan ərazilərinin də hədəfə alınması ilə "Beyrut istisnası"nın sona çatdığını göstərir. Eyni zamanda, Livanın cənub və şərq bölgələrində, xüsusilə Bekaa vadisində yaşayış binalarının vurulması nəticəsində ölənlərin ümumi sayı 900-ü keçib, 1 milyondan çox insan isə məcburi köçkünə çevrilib.

İranın son hücumları nəticəsində ölkələr arasında mövcud olan minimal etimad belə tamamilə sarsılıb. O qeyd edib ki, Səudiyyə Ərəbistanı və region ölkələri siyasi, iqtisadi və diplomatik vasitələrdən istifadə edərək bu hücumların dayandırılmasına nail olmağa çalışacaq.

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Əbu-Dabi Media Ofisi sosial media hesabı vasitəsilə Habşan təbii qaz müəssisəsi və Bab neft yatağını hədəf alan raket hücumlarının qarşısının uğurla alındığını açıqlayıb. Verilən məlumatda qeyd olunub ki, hədəfə yönələn raketlər hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edilsə də, yerə düşən qəlpə parçaları səbəbindən Habşan təbii qaz müəssisəsində işlər müvəqqəti olaraq dayandırılıb.