Dünya Çempionatının ilk yarımfinal qarşılaşması futbol ictimaiyyətinin böyük əksəriyyəti üçün gözlənilməz, lakin tamamilə ədalətli bir ssenari ilə başa çatdı. Turnirin əsas favoriti hesab olunan Fransa millisinin İspaniya tərəfindən 2-0 hesabı ilə tamamilə turnirdən kənarlaşdırılması rəsmi Paris üçün böyük şok oldu. Kilian Mbappe və Lamin Yamalın böyük dueli kimi təqdim olunan bu qarşılaşma, əslində futbolda estafetin yeni nəslə ötürülməsinin bariz sübutuna çevrildi. 22-ci dəqiqədə 19 yaşını yenicə qeyd etmiş Yamalın veteran müdafiəçiyə qarşı ağıllı oyunu İspaniyaya penalti qazandırdı və Mikel Oyarzabal bu şansı boşa verməyərək hesabı açdı. 58-ci dəqiqədə isə Pedro Porro Dani Olmo ilə mükəmməl bir "divar pası" oynayaraq topu alt küncə göndərdi və matçın yekun nəticəsini təyin etdi. Yamalın meydandakı unikal vizyonu və həlledici anlardakı soyuqqanlılığı Mbappenin sürətinə və Fransa taktiki üstünlüyünə mütləq şəkildə qalib gəldi.
İdman
Cənubi Afrika millisinin futbolçusu Ceyden Adams 25 yaşında vəfat edib. Onun ölüm səbəbi hələlik açıqlanmayıb. Adams 2026-cı il dünya çempionatında millinin bütün qrup oyunlarında forma geyinmişdi. O, "Mamelodi Sandaunz" klubunun heyətində Afrika Çempionlar Liqasının qalibi olub. Futbolçu Çexiya ilə oyundan əvvəl nənəsini itirmişdi. Cənubi Afrika Futbolçular Birliyi onun vəfatını ölkə futbolu üçün ağır itki adlandırıb. İdman naziri Qeyton Makkenzi və Beynəlxalq Futbol Federasiyasının prezidenti Canni İnfantino da başsağlığı mesajı yayıblar. Adams milli komandada keçirdiyi 13 oyunda iki qol müəllifi olmuşdu.
Futbol üzrə İspaniya millisi əsas vaxtda məğlubiyyətsiz oyunlar seriyasını 36 matça yüksəldib.Komanda bu qarşılaşmada əsas vaxtda məğlub olmayacağı təqdirdə, 2018-2021-ci illərdə İtaliya millisinin müəyyən etdiyi 37 oyunluq məğlubiyyətsizlik rekorduna şərik olacaq
Yeni araşdırma göstərir ki, Lionel Messi ilə Cristiano Ronaldo arasında illərdir davam edən futbol mübahisəsi artıq təkcə idman mövzusu deyil. Tədqiqat qısa video platformalarının auditoriyanın zövqünü, seçimlərini və hətta dünyagörüşünü necə formalaşdırdığını ortaya qoyur.
Braziliya millisinin dünya çempionatında 1/8 final mərhələsində mübarizəni dayandırmasından sonra Neymar ABŞ-da qalaraq ailəsi ilə birlikdə istirahət edir. Bildirilir ki, futbolçu gələcək karyerası ilə bağlı yekun qərarını bu müddətdən sonra verəcək.
Klubun açıqlamasında qeyd olunub ki, zəngin futbolçu karyerasını başa vurduqdan sonra Arbeloa məşqçilik fəaliyyətinə dünyanın aparıcı klublarından biri olan "Real Madrid"in aşağı yaş qruplarında başlayıb. O, ötən mövsüm isə Madrid təmsilçisinin əsas komandasının məşqçilər korpusunda fəaliyyət göstərib.
Dünya Kubokunda uğursuz çıxışdan sonra bir sıra milli komandalar baş məşqçiləri ilə yollarını ayırıb, bəzi futbol rəsmiləri isə istefa verib. Məlumata görə, Cənubi Koreya millisinin baş məşqçisi Hon Myonq Bo istefa verib. Şotlandiya millisinin baş məşqçisi Stiv Klark, Çexiya millisinin baş məşqçisi Miroslav Koubek, Uruqvay millisinin baş məşqçisi Marselo Byelsa, Qana millisinin baş məşqçisi Karlos Keyroş, Tunis millisinin baş məşqçisi Erve Renar və Portuqaliya millisinin baş məşqçisi Roberto Martines də vəzifələrindən ayrılıblar.
Dünya Çempionatının pley-off matçları hər bir futbolçunun çiyinlərinə böyük bir təzyiq yükü qoyur. Misir qarşılaşmasının start fitindən etibarən meydanda olduqca aqressiv və intizamlı bir rəqib var idi. Matçın hələ on beşinci dəqiqəsində geriyə düşən Argentina, cəmi beş dəqiqə sonra bərabərlik şansı yaxaladı. Topun arxasına keçən şəxs dünya futbolunun mütləq zirvəsində dayanan kapitan Lionel Messi idi. Lakin futbolun yazılmamış qanunları bu dəfə də özünü göstərdi və Misir qapıçısı Messinin vurduğu penalti zərbəsini dəf etdi. Adi bir oyunçu üçün belə bir anda penalti qaçırmaq, xüsusilə komandası geridə olduğu vaxtda psixoloji çöküş deməkdir. Lakin əfsanəni sadəcə ulduz olanlardan ayıran əsas xüsusiyyət məhz bu cür uğursuzluq anlarında göstərdiyi reaksiyadır.
ABŞ millisinin futbolçusu Folarin Baloqun Dünya Çempionatında diqqət mərkəzinə düşüb. Bosniya və Herseqovina ilə oyunda qırmızı vərəqə alan futbolçunun cəzası Beynəlxalq Futbol Federasiyası tərəfindən dayandırılıb. Qərardan əvvəl ABŞ Prezidenti Donald Tramp futbolçunun işi ilə bağlı yenidən baxılmasına çağırış etmişdi. Folarin Baloqun ABŞ-də doğulduğu üçün bu ölkənin vətəndaşıdır. Daha sonra ailəsi Böyük Britaniyaya qayıdıb və o, burada böyüyüb. Futbolçu əvvəl İngiltərənin aşağı yaş qruplarında çıxış etsə də, 2023-cü ildə ABŞ millisini seçib. Onun ətrafında yaranan vəziyyət həm idman, həm də siyasi müzakirələrə səbəb olub. Baloqunun Belçikaya qarşı oyunda iştirakı böyük maraq doğurur.
Kimi Antonelli Britaniya Qran Prisində qütb mövqeyini qazanıb. O, Silverstounda keçirilən təsnifat mərhələsində ən sürətli nəticəni göstərib. Sprint yarışının qalibi olan gənc pilot həftəsonunu uğurla davam etdirib. Şarl Leklerk ikinci, Lyuis Həmilton isə üçüncü olub. Corc Rassel dördüncü yerdə qalıb. Antonelli küləkli hava şəraitinin çətinlik yaratdığını deyib. Mercedes pilotu mövsümdə üstünlüyünü qoruyur.
Dünya çempionatının 1/16 final mərhələsində Avstraliya ilə qarşılaşan Misir millisi, penaltilər seriyasında qazandığı dramatik qələbə ilə adını 1/8 finala yazdırıb. Matçın qəhrəmanı isə soyuqqanlı "Panenka" zərbəsi ilə komandasını irəli aparan Məhəmməd Salah olub.
Türkiyənin "Beşiktaş" klubunun ümumi borcu 26 milyard lirəni ötüb. Bildirilib ki, 31 may 2025-ci il tarixinə təxminən 18 milyard lirə olan klubun borcu 38 faiz artaraq, 28 fevral 2026-cı il tarixinə 26 milyard 263 milyon 695 min 438 lirəyə yüksəlib.