İssık-Kul gölünün sahilində yerləşən Balıkçı şəhərində Qırğızıstan və Rusiyanın birgə taktiki təlimi start götürüb. Açılışda təlim rəhbəri Rusiya Silahlı Qüvvələrinin hərbi kontingentinin başçısı - polkovnik Kojoşev, 201 saylı hərbi bazanın qvardiya komandir müavini Lakeyev və şəhər meriyasının aparat rəhbəri Kukeyeva iştirak ediblər.
Qırğızıstan
2026-cı ilin iyun ayında Qırğızıstan vətəndaşları Türkiyədə 16 mənzil satın alıblar. Bu göstərici 2025-ci ilin eyni dövrü ilə müqayisədə 1 daşınmaz çoxdur. Belə ki, ötən ilin iyun ayında Qırğızıstan vətəndaşları tərəfindən Türkiyədə 15 mənzil alınıb. Qeyd edək ki, 2026-cı ilin iyul ayında Türkiyədə ümumilikdə 129 min 979 mənzil satılıb. Bu, 2025-ci ilin iyul ayı ilə müqayisədə 15,8 faiz artım deməkdir.
Qırğızıstan Prezidenti Sadır Japarov Çolpon-Ata şəhərində Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyevi qəbul edib. Japarov iqtisadi əməkdaşlığın daha da dərinləşdirilməsinin, nəqliyyat və digər infrastruktur sahələrinin inkişaf etdirilməsinin, həmçinin birgə investisiya layihələrinin reallaşdırılmasının vacibliyini vurğulayıb.
18 iyun 2026-cı il tarixində İssık-Kul gölünün sahilində keçirilən "Dünya sivilizasiyaların qovşağında: birlikdə gələcəyə" adlı İssık-Kul Beynəlxalq Forumunun tədbirlərinə start verilib. Tədbirin təntənəli açılışı Qırğız Respublikasının Prezidenti, Zati-aliləri cənab Sadır Japarovun iştirakı və salamlama nitqi ilə baş tutub. Forumun moderatoru qismində isə Qırğızıstan Respublikasının dövlət katibi Arslan Koyçiyev çıxış edir.
Qırğızıstanın milli komandası iyun ayı ərzində FIFA günləri çərçivəsində Fələstin milli komandası ilə iki yoldaşlıq oyunu keçirəcək. Bilet satışından əldə olunan gəlirin bir hissəsi Fələstin xalqına dəstək göstərmək üçün yönləndiriləcək.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qazaxıstan səfərindən dönüş zamanı jurnalistlərin suallarını cavablandıraraq daxili siyasət, təhlükəsizlik, müdafiə sənayesi, türk dünyası, Avropa ilə münasibətlər və sosial məsələlər barədə geniş açıqlamalar verib.
Qırğızıstan rəhbərinin Rusiyaya işgüzar səfəri başlayıb. Sadır Japarov hazırda Moskvada səfərdədir və Kremlin rəhbəri ilə görüş keçirəcək. Məlumata görə, Qırğızıstan Prezidentinin mətbuat katibi Aскат Alağozov bildirib ki, Japarov Vladimir Putin ilə təkbətək formatda danışıqlar aparacaq.
Türk dövlətləri arasında turizm sahəsində inteqrasiyanın gücləndirilməsi istiqamətində yeni təşəbbüslər irəli sürülüb. Məlumata əsasən, bu çərçivədə “ortaq muzey kartı”nın tətbiqi və üzv ölkələr arasında pasaportsuz gediş-gəlişi təmin edəcək mexanizmlər üzərində işlərin davam etdiyi bildirilib .
Qırğızıstan və Türkiyə arasında səhiyyə sahəsində əməkdaşlıq çərçivəsində hər il 150 Qırğızıstan vətəndaşının Türkiyədə pulsuz müalicə alması ilə bağlı razılıq əldə olunub. Razılaşmaya əsasən, hər il ayrılan 150 kvota çərçivəsində Qırğızıstan vətəndaşları Türkiyənin dövlət xəstəxanalarında yüksək ixtisaslı tibbi xidmətlərdən ödənişsiz yararlana biləcəklər.
BƏƏ-nin humanitar təşəbbüsü çərçivəsində Qırğızıstanda minlərlə insan üçün iftar və sahur süfrələri təşkil olunub. Birləşmiş Ərəb Əmirliklərinin Qızıl Ay Cəmiyyəti Qədr gecəsi münasibətilə Qırğızıstanın müxtəlif bölgələrində ümumilikdə 14 min nəfər üçün iftar və sahur təşkil edib.
Yaxın günlərdə Bəhreyn və Küveytdə yaşayan Qırğızıstan vətəndaşlarının ölkəyə gətirilməsi planlaşdırılır. Onun sözlərinə görə, təxliyə prosesi Qırğızıstan prezidentinin Yaxın Şərqdə yaşayan vətəndaşların ölkəyə qaytarılması ilə bağlı tapşırığı çərçivəsində həyata keçirilir.
Qırğızıstan parlamentinin - Joqorku Keneşin yeni sədri (Toraga) vəzifəsinə deputat Marlen Mamataliyev seçilib. Xatırladaq ki, fevralın 12-də parlamentin iclasında əvvəlki sədr Nurlanbek Turğunbek uulu şəxsi istəyi ilə istefa verdiyini açıqlamışdı. O, qərarının könüllü xarakter daşıdığını və ölkədə qalaraq fəaliyyətini davam etdirəcəyini bildirmişdi.