BAKI,VOA,Yusif Şərifzadə
ABŞ Prezidenti Donald Tramp İranla əldə olunan memorandumun şərtlərinə əməl olunmaması halında hərbi cavab ehtimalını gündəmə gətirib.
VOA xəbər verir ki, Tramp bu barədə jurnalistlərə açıqlamasında danışıb.
O bildirib ki, İran razılaşmaya riayət etməzsə ABŞ yenidən hücum edə bilər.
Trampın sözlərinə görə, Tehran tərəfinə bu barədə əvvəlcədən xəbərdarlıq edilib.
ABŞ Prezidenti qeyd edib ki, diplomatik pozuntuya qarşı sərt cavab veriləcək.
O, bu cür vəziyyətdə hüquqi yolların deyil, hərbi gücün nəzərdə tutulduğunu bildirib.
Tramp razılaşmanın icrasının vacibliyini xüsusi vurğulayıb.
Onun sözlərinə görə, məqsəd İranın razılaşmaya sadiq qalmasıdır.