İsrailin paytaxt Beyrutun cənubundakı Dahiyə bölgəsi və Livanın cənubundakı müxtəlif məntəqələrə təşkil etdiyi hava hücumlarında 11 nəfərin yaralandığı bildirilib. Livanın rəsmi xəbər agentliyi NNA-nın məlumatına görə, İsrail qüvvələri cənubdakı Ayta əş-Şab qəsəbəsinin kənarlarına doğru irəliləyərkən, həm qəsəbəyə, həm də onun ətrafına intensiv hava zərbələri endirib.
Yaxın Şərq
Suriya paytaxtı Dəməşq bu il yazın gəlişini və Novruz bayramını (21 mart) rəsmi və xalq səviyyəsində qeyd etməyə hazırlaşır. Uzun onilliklərdən sonra ilk dəfə olaraq paytaxtın mərkəzi meydanlarında rəsmi statusla keçiriləcək bu tədbirlər Suriyanın müasir tarixində mühüm dönüş nöqtəsi hesab olunur.
Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) rəsmi xəbər agentliyinin məlumatına görə, dövlət ehtiyat tədbiri olaraq ölkənin hava məkanını müvəqqəti olaraq bağlayıb. VOA xəbər verir ki,BƏƏ Müdafiə Nazirliyi bəyanat yayaraq bildirib ki, hazırda ölkənin hava hücumundan müdafiə sistemləri İrandan gələn raket təhdidləri və pilotsuz uçuş aparatlarına (PUA) qarşı əməliyyat keçirir. Bu fövqəladə addım regionda hərbi gərginliyin artması fonunda atılıb.
İsrail ordusu İranın paytaxtı Tehranda hərbi kosmik proqramlar mərkəzini hədəf aldığını bəyan edib. İsrail hərbçilərinin iddiasına görə, məhv edilən obyekt İsrailin peykləri və digər ölkələrin kosmik sistemləri üçün birbaşa təhlükə yaradırdı. Bundan əvvəl, martın 14-də İsrail aviasiyası İran Kosmik Agentliyinin əsas mərkəzinə və hava hücumundan müdafiə vasitələri istehsal edən zavoda zərbələr endirmişdi. İran hakimiyyətinin son rəsmi məlumatlarına görə, münaqişə nəticəsində həlak olanların sayı artıq 1348 nəfəri keçib, 17 minə yaxın insan isə yaralanıb. Xatırladaq ki, amerika-israil hücumları nəticəsində İranın ali lideri ayətullah Əli Xamenei və bir sıra yüksək rütbəli məmurlar həlak olub.
Səudiyyə Ərəbistanının Müdafiə Nazirliyi ölkə ərazisinə yönələn pilotsuz uçuş aparatlarının zərərsizləşdirildiyini bildirib. Müdafiə Nazirliyinin açıqlamasında qeyd olunub ki, dronlar İran istiqamətindən buraxılıb və ölkənin müxtəlif bölgələrini hədəf alıb. Hava hücumundan müdafiə sistemləri bütün hədəfləri vaxtında zərərsizləşdiri
Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) İrandan atılan ballistik raket və pilotsuz uçuş aparatlarının (PUA) ölkənin hava hücumundan müdafiə sistemləri tərəfindən uğurla dəf edildiyini açıqlayıb. BƏƏ Müdafiə Nazirliyinin yaydığı yazılı bəyanatda bildirilir ki, ölkənin müxtəlif bölgələrində eşidilən partlayış səsləri hava hücumundan müdafiə bölmələri və qırıcı təyyarələrin müdaxiləsi nəticəsində təhdidlərin havada məhv edilməsindən qaynaqlanıb. Nazirlik bütün müdafiə vahidlərinin İran mənbəli hücumlara qarşı tam hazırlıq və yüksək teyakkuz vəziyyətində olduğunu vurğulayıb.
Beynəlxalq Avtomobil Federasiyası və “Formula-1” rəhbərliyi bölgədəki vəziyyətlə əlaqədar olaraq aprel ayında keçirilməsi planlaşdırılan Bəhreyn və Səudiyyə Ərəbistanı Qran-pri yarışlarının baş tutmayacağını açıqlayıb. Planlaşdırmaya əsasən, Bəhreyn Qran-prisi 10–12 aprel tarixlərində, Səudiyyə Ərəbistanı mərhələsi isə 17–19 aprel tarixlərində keçirilməli idi.
"VOA-nın rəsmi məlumatlar əsasında topladığı statistikaya görə, İranın hücumlarına ən çox Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) məruz qalıb. Ondan sonra ardıcıllıqla Küveyt, Bəhreyn, Qətər, Səudiyyə Ərəbistanı və İordaniya gəlir. Oman sultanlığı isə təxminən 16 PUA hücumu ilə ən az hədəf alınan ölkə olub.
Cənubi Koreya hökuməti beynəlxalq dəniz ticarəti üçün strateji əhəmiyyət kəsb edən Hörmüz boğazında təhlükəsizliyin təmin edilməsi məqsədilə bölgəyə hərbi gəmilər yerləşdirmək planını ciddi şəkildə nəzərdən keçirir.
İsrail ordusunun ərəb dilli nümayəndəsi Aviçay Adraei sosial şəbəkədə yayımladığı açıqlamada Hizbullahın təcili tibbi avtomobillərdən və tibbi infrastrukturlardan hərbi fəaliyyət üçün istifadə etdiyini iddia edib. O bildirib ki, belə fəaliyyət dərhal dayandırılmalıdır. Əks halda İsrail ordusu beynəlxalq hüquqa uyğun olaraq həmin obyektlərə qarşı tədbir görəcəyini açıqlayıb.
Misir hökuməti Yaxın Şərqdə genişlənən hərbi gərginlik fonunda ərəb dövlətlərinin suverenliyini və təhlükəsizliyini qorumaq üçün vahid birgə hərbi qüvvənin yaradılması təklifini yenidən gündəmə gətirib. Misirin Xarici İşlər naziri Bədr Abdelatti Körfəz Əməkdaşlıq Şurası (KƏŞ) ilə keçirilən görüşdə regionun hərtərəfli xaos və genişmiqyaslı müharibə təhlükəsi ilə üz-üzə olduğu barədə xəbərdarlıq edib.
Birləşmiş Ərəb Əmirliklərinin strateji əhəmiyyətli Fuceyra limanı pilotsuz uçuş aparatlarının (PUA) hədəfinə çevrilib. "Bloomberg"in yaydığı məlumata görə, hücum nəticəsində limandakı neft anbarlarında güclü yanğın başlayıb. Hadisə yerindən çəkilən görüntülərdə limandan qatı tüstü buludlarının yüksəldiyi müşahidə olunur. Yanğın və təhlükəsizlik riskləri səbəbindən limandakı bəzi neft yükləmə əməliyyatlarının və digər fəaliyyətlərin müvəqqəti olaraq dayandırıldığı bildirilir.