Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Səudiyyə
    • BƏƏ
    • Qətər
    • Arab+
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Yaxın Şərq
    Yaxın Şərq

    BƏƏ-də raket hücumu nəticəsində Habşan təbii qaz müəssisəsinin fəaliyyəti dayandırılıb

    19 Mart 2026 09:21
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    BƏƏ-də raket hücumu nəticəsində Habşan təbii qaz müəssisəsinin fəaliyyəti dayandırılıb
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, VOA , Nailə Babazadə

    Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Əbu-Dabi Media Ofisi sosial media hesabı vasitəsilə Habşan təbii qaz müəssisəsi və Bab neft yatağını hədəf alan raket hücumlarının qarşısının uğurla alındığını açıqlayıb.

    VOA xəbər verir ki, verilən məlumatda qeyd olunub ki, hədəfə yönələn raketlər hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edilsə də, yerə düşən qəlpə parçaları səbəbindən Habşan təbii qaz müəssisəsində işlər müvəqqəti olaraq dayandırılıb.

    Hadisə nəticəsində xəsarət alanların olmadığı bildirilir. Müdafiə qüvvələri düşən qəlpələrin törətdiyi fəsadların aradan qaldırılması üçün ərazidə iş apardıqlarını qeyd ediblər.

    Xatırladaq ki, fevralın 28-dən bəri ABŞ və İsrailin İrana qarşı başlatdığı hərbi kampaniyaya cavab olaraq Tehran administrasiyası bölgədəki ABŞ bazalarının yerləşdiyi ölkələri, o cümədən BƏƏ, Qətər və Bəhreyni hədəf alır. İran rəsmilərinin son məlumatına görə, ABŞ və İsrailin İrana birbaşa zərbələri nəticəsində ölənlərin sayı 1348-i keçib, 17 mindən çox insan isə yaralanıb. Ali lider Əli Xameneinin öldürülməsindən sonra bölgədəki enerji infrastrukturlarına yönələn bu hücumlar qlobal enerji təhlükəsizliyi üçün ciddi risklər yaradır.

    #BƏƏ #İsrail və İran gərginliyi #İsrail və İran münasibətləri #İsrailin İran hücumu #İsrailin İran hücum planı #ABŞ və İsrailin İran siyasəti #İsrail İran hücumu #İran-İsrail qarşıdurması
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    BƏƏ İranın ölkəyə qarşı düşmən hücumunu qətiyyətlə pisləyir

    31 Avqust 2026 14:55

    Benzin bahalaşır, seçki yaxınlaşır - Xarici müharibələr ABŞ Konqresinin taleyini necə həll edir?

    31 Avqust 2026 13:52

    İran ABŞ-yə məxsus PUA-nı vurduğunu açıqlayıb

    31 Avqust 2026 10:30

    BƏƏ cüdo millisi Lozanna "Böyük Dəbilqə" turnirinə qatılır

    27 Avqust 2026 07:21

    İslam dəyərləri və ictimai həmrəylik BƏƏ-nin inkişaf yolunun təməlidir - Şeyxa Fatimə bint Mübarək

    26 Avqust 2026 13:25

    Əbu-Dabi basketbol üzrə ilk Avroliqa Superkubokuna ev sahibliyi edəcək

    25 Avqust 2026 20:18

    BƏƏ ilə Polşa arasında yeni hava körpüsü - 14 dekabrdan Qdansk uçuşları başlayır

    25 Avqust 2026 16:15

    Dünyanın ən sürətli dördsilindrli seriyalı avtomobili - Lotus Emira 420 Sport BƏƏ-də təqdim olundu

    15 Avqust 2026 19:15

    BƏƏ Hörmüz boğazında ADNOC gəmisinə hücumu pisləyib

    15 Avqust 2026 18:13

    BƏƏ Hörmüz boğazında iki ADNOC gəmisinə hücumu sərt şəkildə pisləyib

    14 Avqust 2026 11:36

    Yaxın Şərq nə müharibə, nə də sülh vəziyyətində qala bilməz

    11 Avqust 2026 18:08

    Azərbaycan və BƏƏ əməkdaşlıq imkanlarını müzakirə edib

    11 Avqust 2026 14:55
    XƏBƏR LENTİ

    Mirziyoyev ŞƏT ölkələrinin dəmir yolu məkanlarının inteqrasiyası üzrə Şuranın yaradılmasını təklif edib

    Pakistan Baş naziri ölkənin ŞƏT sədrliyi üzrə prioritetlərini açıqlayıb

    Yubiley Formula 1 Azərbaycan Qran-Prisi üçün yeni tribuna quraşdırılıb

    Sara Netanyahudan səs-küylü iddia: Yair Qolan 7 oktyabr hücumunu əvvəlcədən bilirdi

    Özbəkistan Prezidenti ŞƏT-də ərzaq, su və enerji təhlükəsizliyi üzrə yeni mexanizm yaradılmasını təklif edib

    Mirziyoyev ŞƏT-in Sənaye Əməkdaşlığı Xəritəsinin yaradılmasını təklif edib

    Səudiyyə yazıçısı Qahirədə Nəcib Məhfuz mükafatına namizəd oldu

    Silahlı dəstələrin yerinə neft və qaz xətləri -Vaşinqtonun Suriya və İraqdakı yeni böyük planı

    Prezident İlham Əliyev: Azərbaycan bundan sonra da beynəlxalq məsələlərdə çoxtərəflilik prinsiplərinin möhkəmləndirilməsinə öz töhfəsini verəcək

    Prezident İlham Əliyev: Ermənistanla birlikdə yeni yerüstü nəqliyyat kommunikasiyalarının yaradılması üzərində çalışırıq

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.