BAKI,VOA,Yusif Şərifzadə
Vaşinqtonda imzalanan üçtərəfli razılaşmadan sonra ABŞ Dövlət Departamenti İsrail və Livan arasında əldə olunan çərçivə sazişinin mətnini açıqlayıb.
VOA xəbər verir ki, sənəddə “mərhələli proses” nəzərdə tutulur və bu proses Livan ordusunun ölkənin bütün ərazisində “effektiv suveren nəzarəti” bərpa etməsini hədəfləyir.
Məlumata görə, bu proses “qeyri-dövlət silahlı qrupların təsdiqlənmiş şəkildə silahsızlaşdırılması” ilə şərtləndirilir ki, bu da birbaşa Hizbullahı nəzərdə tutur.
Sazişdə İsrailin Livanın təxminən beşdə bir hissəsini təşkil edən ərazidən dərhal çıxması tələb olunmur.
Əvəzində sənəd İsrailin Livandan mərhələli şəkildə geri çəkilməsini və iki “pilot zona”da Livan ordusunun təhlükəsizlik nəzarətini tədricən tam şəkildə üzərinə götürməsini nəzərdə tutur.