Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Səudiyyə
    • BƏƏ
    • Qətər
    • Arab+
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Yaxın Şərq
    Yaxın Şərq

    Qəzzada aclıqdan ölənlərin sayı 361-ə yüksəlib

    2 Sentyabr 2025 13:07
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Qəzzada aclıqdan ölənlərin sayı 361-ə yüksəlib
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Nailə Babazadə

    İsrailin davam edən hücumları və mühasirəsi səbəbindən dərin humanitar böhran yaşanan Qəzza zolağında aclıq səbəbilə ölüm halları artır. Son 24 saat ərzində 3-ü uşaq olmaqla 13 fələstinli aclıq və qidalanma çatışmazlığı səbəbilə həyatını itirib.

    AzerVoice xəbər verir ki, bu barədə Qəzzadakı Fələstin Səhiyyə Nazirliyi yazılı açıqlama yayıb. Bildirilib ki, bölgədə uzun müddətdir davam edən ərzaq çatışmazlığı və yardım qıtlığı nəticəsində ölüm halları kritik həddə çatıb.

    Açıqlamaya görə, 2023-cü il 7 oktyabrdan bu günədək Qəzzada aclıqdan ölənlərin ümumi sayı 361 nəfərə yüksəlib. Onlardan 131-i uşaqlardır.

    Beynəlxalq ictimaiyyətin diqqətini çəkən bu vəziyyətlə bağlı Birləşmiş Millətlər Təşkilatının (BMT) dəstəklədiyi Qida Təhlükəsizliyi Mərhələ Təsnifatı (IPC) tərəfindən yayımlanan son hesabatda, 15 avqust 2025 tarixindən etibarən Qəzzada aclığın ən yüksək – fəlakət səviyyəsi olan 5-ci mərhələyə çatdığı sübutlarla təsdiqlənib.

    İsrailin hücumları və humanitar yardımın qarşısını alan sərt blokadası altında olan Qəzza zolağı, aclığın yayıldığı, su, dərman, tibbi ləvazimat və gigiyenik məhsulların tapılmadığı insani fəlakət yaşamaqdadır.

    Əsasən uşaqlar olmaqla, Qəzzədə aclıq səbəbilə ölüm halları artır. Yerli və beynəlxalq qurumlar İsrailin aclığı və susuzluğu “silah” kimi istifadə etdiyini bildirirlər.

    Mülki infrastrukturun 88 faizini dağıdan İsrail ordusu, sürgün əmrləri ilə yerindən etdiyi fələstinliləri tez-tez sığındıqları bölgələrdə hədəfə alır.

    Təxminən 2,3 milyon əhalisi olan Qəzzədə, İsrailin hücumları və məcburi köçürmələri nəticəsində 2 milyon insan yerindən edilib, bir çoxu dəfələrlə məcburi köçürülüb.

    Ən əsas ehtiyaclardan məhrum şəkildə yerindən edilən fələstinlilər, çürük çadır düşərgələrində, həddindən artıq sıxlıq olan, gigiyena vasitələrinin çatışmadığı, tualetlərin belə yetərsiz olduğu, yoluxucu xəstəliklərin yayıldığı məktəblərdə sağ qalmağa çalışırlar.

    İsrail ordusu isə gündəlik həyata keçirdiyi hücumlarla bu çadırları və mülki yaşayış məntəqələrini bombalayır.

    #Qəzza #Qəzza zolağı #BMT #BMT Ümumdünya Ərzaq Proqramı #Qəzza hücumu #Qəzza münaqişəsi #Qəzzanın yenidən qurulması #Qəzza müharibəsi #Qəzza blokadası #Humanitar fəlakət Qəzza #Uşaq ölümü Qəzza #Misirin Qəzza siyasəti #Ərəb dövlətləri və Qəzza #Qəzzada humanitar böhran #Qəzzanın işğalı #BMT-nin Qəzza hesabatı #HƏMAS və Qəzzanın gələcəyi #Qəzzanın bərpası 2025 #Qəzzada infrastruktur yeniləmələri #Qəzzada müharibədən sonrakı vəziyyət #Qəzza böhranı və Qərbin mövqeyi
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    İsrail Qəzzadakı “Sarı xətt”dən geri çəkilməyəcək - Netanyahu

    2 Sentyabr 2026 19:15

    Mā'ohi Nui-nin müstəqilliyi uğrunda mübarizə davam etdiriləcək - Oskar Temaru

    2 Sentyabr 2026 13:34

    Azərbaycanın minatəmizləmə sahəsində gördüyü işlər təqdirəlayiqdir - Nasar Hayat

    2 Sentyabr 2026 11:29

    HƏMAS Qəzzaya hücumları fələstinlilərə qarşı “soyqırımı müharibəsinin” davamı adlandırıb

    1 Sentyabr 2026 20:44

    HƏMAS Qəzzaya hücumları pisləyib, beynəlxalq müdaxilə çağırışı edib

    31 Avqust 2026 22:33

    Netanyahu beynəlxalq təhlükəsizlik üçün təhdiddir - Hakan Fidan

    31 Avqust 2026 18:49

    İordan çayının qərb sahilində yüzlərlə bina dağıdılıb - BMT

    31 Avqust 2026 18:33

    Qəzzada ölənlərin sayı artıb

    31 Avqust 2026 18:20

    31 avqustda ərəb dövlətlərində nə baş verdi?

    31 Avqust 2026 03:00

    İsrail ordusu Qəzzadakı xəstəxana hücumunda HƏMAS komandirini hədəfə aldığını iddia edib

    29 Avqust 2026 19:26

    İsrail Qəzzada xəstəxana kompleksini bombaladı

    29 Avqust 2026 17:23

    Tarixdə bu gün – 29 Avqust

    29 Avqust 2026 00:01
    XƏBƏR LENTİ

    Hörmüz boğazından keçən gəmilərin sayı kəskin azalıb

    Ermənistan Aİ-yə üzv olmaq həvəsini itirəcək - Lavrov

    İran əvvəlki regional təsir imkanlarını qoruya bilməyəcək- Rufiz Hafizoğlu

    Səudiyyə Ərəbistanında rəqəmsal rifahın inkişafı üçün yeni təşəbbüslər başladılıb

    Küveyt İranın raket və PUA hücumunun qarşısını alıb

    İran müharibəsi ABŞ-nin müttəfiqlərini silkələyir - Tramp və müttəfiqlər arasında dərin böhran

    Əmir Faysalın qələbəsindən Körfəz böhranına: 3 sentyabrda ərəb dünyasının nizamını dəyişən 20 tarixi fakt

    Tarixdə bu gün - 3 Sentyabr

    İranla yenidən başlayan döyüşlər uzun çəkməyəcək - Tramp

    BƏƏ İranın Bəhreyn, İordaniya və İraq Kürdüstanına hücumlarını pisləyib

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.