BAKI,VOA,Vüsalə Əzimzadə
Küveyt hava hücumundan müdafiə qüvvələri İran tərəfindən ölkəyə yönəldilən raket və pilotsuz uçuş aparatları (PUA) ilə hücumun qarşısını alıb.
Bu barədə VOA məlumat verir. Küveyt ordusu hava hücumundan müdafiə sistemlərinin hazırda İranın raket və PUA hücumlarına qarşı mübarizə apardığını açıqlayıb.
İran dövlət televiziyası isə hücumların Küveytdəki ABŞ hərbi bazalarını hədəf aldığını bildirib. Tehran hücumların ABŞ-ın İrana qarşı son zərbələrinə cavab olaraq həyata keçirildiyini açıqlayıb.
Məlumata görə, İran həmçinin İordaniya, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn və İraq Kürdüstanındakı ABŞ hərbi obyektlərinə və müttəfiqlərinə qarşı hücumlar həyata keçirib.
Hadisələr ABŞ və İran arasında qarşıdurmanın kəskinləşdiyi bir vaxtda baş verir. ABŞ Mərkəzi Komandanlığı son zərbələrin İranın hava hücumundan müdafiə sistemləri, radarları və dəniz qüvvələrinə aid obyektlərə yönəldiyini bildirib.