Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Digər Dövlətlər / Yaxın Şərq
    Yaxın Şərq

    31 ölkə və bir sıra təşkilatlar Netanyahunun "Böyük İsrail" ideyasını pisləyiblər

    16 Avqust 2025 20:46
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    31 ölkə və bir sıra təşkilatlar Netanyahunun "Böyük İsrail" ideyasını pisləyiblər
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Səməd Əyyubov

    Bir sıra ərəb və islam ölkələrinin xarici işlər nazirləri, eləcə də beynəlxalq təşkilatların baş katibləri İsrailin Baş naziri Benyamin Netanyahunun “Böyük İsrail”lə bağlı bəyanatlarını sərt şəkildə pisləyiblər.

    AzerVoice-un məlumatna görə, bəyanatı pisləyən ölkələr və təşkilatlara Səudiyyə Ərəbistanı, Əlcəzair, Bəhreyn, Banqladeş, Çad , Komorlar İttifaqı, Cibuti, Misir, Qambiya, İndoneziya, İraq, İordaniya, Küveyt, Livan , Liviya, Maldivlər, Mavritaniya, Mərakeş, Nigeriya, Oman, Pakistan, Fələstin, Qətər, Seneqal , Syerra Leone, Somali, Sudan, Suriya, Türkiyə, Birləşmiş Ərəb Əmirliklərinin, Yəmən eləcə də Ərəb Dövlətləri Liqası, İslam Əməkdaşlıq Təşkilatı və Körfəz Əməkdaşlıq Şurası daxildir.

    Onlar bu açıqlamaları beynəlxalq hüquqa zidd, dövlətlərin suverenliyinə və regional sabitliyə ciddi təhdid kimi qiymətləndiriblər.

    Nazirlər bildiriblər ki, beynəlxalq hüquqa və BMT Nizamnaməsinə, xüsusilə də zorakılıq və güc tətbiqinin qadağan olunduğunu təsdiqləyən müddəalara hörmətlərini bir daha ifadə edirlər. Bununla yanaşı, sülhün qorunması üçün bütün zəruri addımları atacaqlarını bəyan ediblər.

    İclas iştirakçıları İsrailli nazir Betsalel Smotriçin İordan çayının qərb sahilindəki “E1” yaşayış məskəni layihəsini təsdiqləməsini və Fələstin dövlətinin yaradılmasını rədd edən bəyanatlarını da sərt şəkildə tənqid ediblər. Onların sözlərinə görə, bu addımlar Fələstin xalqının öz müstəqil dövlətini qurmaq haqqına açıq hücumdur və İsrailin işğal olunmuş torpaqlarda heç bir suverenliyi yoxdur.

    Nazirlər BMT Təhlükəsizlik Şurasının 2334 saylı qətnaməsinə istinad edərək, İsrailin məskunlaşma siyasətini qanunsuz adlandırıblar. Həmçinin Beynəlxalq Ədalət Məhkəməsinin işğalın qanunsuzluğu ilə bağlı rəyini xatırladaraq, onun dərhal dayandırılmasının və nəticələrinin aradan qaldırılmasının vacibliyini vurğulayıblar.

    İclasda qeyd olunub ki, ifratçı İsrail hökumətinin ekspansionist siyasəti, Əl-Əqsa Məscidinə və digər müqəddəs məkanlara təşkil edilən hücumlar, fələstinlilərə qarşı zorakılıq halları bölgədə gərginliyi daha da genişləndirir. Bu, ədalətli sülh imkanlarını sarsıdır və həm regional, həm də beynəlxalq sabitliyə ciddi təhlükə yaradır.

    Nazirlər İsrailin hücumlarını pisləyərək, Qəzzada atəşkəsin təmin edilməsinin vacibliyinə xüsusi vurğu ediblər. Onlar Qəzzaya tətbiq edilən blokadanın dərhal ləğv olunmasını, keçid məntəqələrinin açılmasını və İsrailin humanitar fəlakətə görə tam məsuliyyət daşıdığını vurğulayıblar.

    Bəyanatda fələstin xalqının köçürülməsinin yolverilməz olduğu qeyd edilib. Bəyanatda həmçinin beynəlxalq ictimaiyyətə İsrailin təcavüzünü dayandırmağa dair çağırış edilib. Nazirlər həmçinin Qəzza zolağının Fələstinin ayrılmaz hissəsi olduğunu təsdiqləyərək, vahid hakimiyyət və vahid hüquqi sistem çərçivəsində Fələstin Azadlıq Təşkilatının idarəçilik məsuliyyəti daşımalı olduğunu bildiriblər.

    Onlar beynəlxalq ictimaiyyəti, xüsusilə də BMT Təhlükəsizlik Şurasının daimi üzvlərini, İsrailin təcavüzünü və təxribatçı addımlarını dayandırmaq üçün hərəkətə keçməyə çağırıblar. Eyni zamanda, fələstin xalqının dövlət qurmaq hüququna dəstək verilməsinin və törədilən cinayətlərin məsul şəxslərinin beynəlxalq hüquq qarşısında cavab verməsinin vacibliyi vurğulanıb.

    Qeyd edək ki, İsrail ordusunun Qəzza zolağına qarşı həyata keçirdiyi hücumlarda son 24 saat ərzində 70 fələstinli həlak olub, 385 nəfər yaralanıb. İsrail ordusunun yanvarın 19-da əldə edilən atəşkəsi pozaraq martın 18-dən bəri həyata keçirdiyi hücumlarda isə 10 min 362 fələstinli həyatını itirib, 43 min 619 nəfər yaralanıb.

    Hazırda Qəzza zolağında vəziyyət gərgin olaraq qalır. İsrail ordusunun hücumları davam edir və bölgədə humanitar vəziyyət getdikcə ağırlaşır.

    #Qəzza #İsrail #Benyamin Netanyahu #Qəzza zolağı #Qəzza hücumu #Qəzza böhranı və ərəb mövqeyi #Qəzza münaqişəsi #Qəzza müharibəsi #Qəzza blokadası #Humanitar fəlakət Qəzza #Uşaq ölümü Qəzza #Misirin Qəzza siyasəti #Ərəb dövlətləri və Qəzza #Qəzzada humanitar böhran #Qəzzanın işğalı #Qəzza sakinlərinin köçü #Körfəz ölkələrinin Qəzzaya dəstəyi #Misir və Səudiyyə Qəzza planı #Qəzzada müharibədən sonrakı vəziyyət #Misir və İordaniyanın Qəzzə mövqeyi #Qəzza böhranı və Qərbin mövqeyi #Qəzzə və İsrail arasındakı gərginlik #İsrailin Qəzzəyə hücumu #Qəzzə müharibəsi 2025 #Qəzzədə humanitar böhran #Qəzzə və Misir arasındakı diplomatik münasibətlər #İsrailin Qəzzədəki hərbi əməliyyatları
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Qətər İranla müharibədə iştirak etdiyi barədə iddiaları rədd edib

    16 İyul 2026 22:11

    Vens İsrail hökumətini nədə ittiham edib?

    16 İyul 2026 22:07

    Cənubi Livanda güclü partlayış baş verdiyi bildirilir

    16 İyul 2026 21:27

    İsrail tərəfi son hadisələrlə bağlı nə açıqlayacaq?

    16 İyul 2026 20:30

    Hizbullah sərhəddə silahların ələ keçirilməsi ilə bağlı xəbərləri təkzib edib

    16 İyul 2026 20:27

    İsrail işğal altındakı ərazilərdə yol tikintisinə 356 milyon dollar ayırıb

    16 İyul 2026 20:05

    ABŞ və İsrail dünyada sabitliyi pozan əsas qüvvələrdir - Husi lideri

    16 İyul 2026 19:41

    İsrailin ABŞ-da təsir kampaniyası ilə bağlı yeni iddialar səsləndirilib

    16 İyul 2026 19:36

    Qəzzada ölənlərin sayı 73 min 250-yə çatıb

    16 İyul 2026 19:30

    Alon Pinkas ABŞ ilə İsrail arasında fikir ayrılıqlarının artdığını bildirib

    16 İyul 2026 19:24

    Vensin bəyanatı Vaşinqtonda yeni mübahisələr yaradıb

    16 İyul 2026 18:31

    ABŞ rəhbərliyində İran məsələsində fərqli mövqelər formalaşıb

    16 İyul 2026 18:22
    XƏBƏR LENTİ

    Bu gün ABŞ və SSRİ arasında kosmosda ilk görüş baş tutdu

    Tarixdə bu gün - 17 İyul

    İran ABŞ ilə danışıqları davam etdirir və razılaşma əldə etmək istəyir - Ağ Ev

    Qətər İranla müharibədə iştirak etdiyi barədə iddiaları rədd edib

    Vens İsrail hökumətini nədə ittiham edib?

    Cənubi Livanda güclü partlayış baş verdiyi bildirilir

    Bəhreyn ərazi sularında gəmi hərəkətinə məhdudiyyət tətbiq edib

    Odessa yaxınlığında həlak olan azərbaycanlı gəmi kapitanının nəşi tapılıb - XİN

    ABŞ hər fürsətdə İrana zərbə vurmağa çalışır - Qalibaf

    İsrail tərəfi son hadisələrlə bağlı nə açıqlayacaq?

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.