Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Qətər
    • Körfəz Əməkdaşlıq Şurası
    • Arab+
    • ArabShow
      • ArabLyrics
      • ArabSport
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Yaxın Şərq
    Yaxın Şərq

    İyul ayında Qəzzada aclıqdan əziyyət çəkən uşaqların sayı rekord həddə çatıb - ÜST

    7 Avqust 2025 19:15
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    İyul ayında Qəzzada aclıqdan əziyyət çəkən uşaqların sayı rekord həddə çatıb - ÜST
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Səməd Əyyubov – Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) 2025-ci ilin iyul ayında Qəzza zolağında kəskin qidalanma çatışmazlığından əziyyət çəkən uşaqların sayının rekord həddə çatdığını açıqlayıb.

    AzerVoice-un məlumatına görə, bu barədə təşkilatın baş direktoru Tedros Adhanom Gebreyesus Cenevrədə keçirdiyi brifinqdə bildirib.

    O qeyd edib ki, bu göstərici bir ay üzrə ən yüksək rəqəmdir.

    Onun sözlərinə görə, iyul ayında Qəzzada beş yaşadək təxminən 12 min uşaq ağır qidalanma çatışmazlığından əziyyət çəkib.

    “Bu, ÜST tarixində aylıq statistikalar baxımından ən yüksək göstəricidir” – deyə, Gebreyesus vurğulayıb.

    O əlavə edib ki, bölgəyə çatdırılan ərzaq yardımı vəziyyətin pisləşməsinin qarşısını almaq üçün kifayət etmir.

    ÜST-nin məlumatına əsasən, yanvarın əvvəlindən iyulun sonunadək azı 99 fələstinli aclıqdan həyatını itirib, onlardan 29-u beş yaşdan kiçik uşaqlardır. Gebreyesus real rəqəmlərin “daha yüksək” olduğunu bildirib.

    Qəzzanın Səhiyyə Nazirliyi isə son məlumatlarında aclıq səbəbilə 193 nəfərin öldüyünü, onların 96-sının uşaq olduğunu açıqlayıb.

    Xatırladaq ki, martın 2-dən etibarən Qəzzaya beynəlxalq humanitar yardım daxil olmur. İsrailin qərarı ilə bölgəyə giriş-çıxışa nəzarət edən bütün keçid məntəqələri bağlanıb. Hazırda ərzaq yardımı yalnız İsrail və ABŞ-ın nəzarətindəki “Qəzza Humanitar Yardım Fondu” vasitəsilə paylanır.

    Mart ayında isə İsrail ordusu atəşkəsi pozaraq Qəzzada hərbi əməliyyatlara yenidən başlayıb. Qətər, Misir və ABŞ-ın vasitəçiliyi ilə aparılan danışıqlarda hələlik yeni atəşkəs razılaşmasına nail olunmayıb.

    #Qəzza #İsrail #Qəzza zolağı #Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) #aclıq #humanitar yardım #humanitar böhran #Qəzza hücumu #Qəzza münaqişəsi #Qəzza müharibəsi #Qəzza blokadası #Humanitar fəlakət Qəzza #Uşaq ölümü Qəzza #Qəzzada humanitar böhran #Qəzzanın işğalı #Qəzza sakinlərinin köçü #Humanitar yardım təşəbbüsləri #Fələstin humanitar yardımı #Susuzluq və aclıq #Qəzzada aclıq və səfalət #Humanitar yardımların siyasi alət kimi istifadəsi #Humanitar yardım və diplomatiya #Qəzzədə humanitar böhran #Aclıq və qida çatışmazlığı #Qəzza humanitar böhranı #Qəzzada aclıq və resurs çatışmazlığı #Qəzzadakı humanitar vəziyyətə diqqət #Humanitar yardım layihələri #Tedros Adhanom Qebreyesus #Qəzza humanitar planı #Qəzza Humanitar Fondu #Qəzzada humanitar böhran 2025 #Qəzza aclıq #Qəzza humanitar böhran #uşaqlar aclıqdan ölür #Qəzzədə aclıq
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    31 avqustda ərəb dövlətlərində nə baş verdi?

    31 Avqust 2026 03:00

    BMT mandatı olmadan beynəlxalq qüvvələrin Livanda qalması mümkün deyil - Nəbih Bərri

    29 Avqust 2026 22:42

    İsrail qüvvələrinin Livanın cənubunda qocalar üçün sosial qayğı mərkəzini partlatdığı bildirilir

    29 Avqust 2026 22:22

    İsrailli məskunlaşanların İordan çayının qərb sahilində yeni hücumlar həyata keçirdiyi bildirilir

    29 Avqust 2026 21:50

    İsrail ordusu Qəzzadakı xəstəxana hücumunda HƏMAS komandirini hədəfə aldığını iddia edib

    29 Avqust 2026 19:26

    Fələstin XİN israilli məskunlaşanların hücumlarının artması barədə xəbərdarlıq edib

    29 Avqust 2026 18:26

    İsrail ordusu Qusrada fələstinlilərin evinə daxil olan israilliləri çıxarıb

    29 Avqust 2026 18:22

    İran İnqilab Keşikçiləri Korpusu ölkənin cənub-şərqində silahlı qrupa qarşı əməliyyat keçirib

    29 Avqust 2026 18:16

    İsrail qüvvələrinin Livanın cənubunda yanğınlar törətdiyi bildirilir

    29 Avqust 2026 18:08

    İsrail Qəzzada xəstəxana kompleksini bombaladı

    29 Avqust 2026 17:23

    İsrailin mövqeyi Cənubi Livanda həll prosesini dalana dirəyir

    29 Avqust 2026 12:06

    İsrail ordusu Cenin hücumunda HƏMAS komandirini öldürdüyünü iddia edir

    28 Avqust 2026 22:27
    XƏBƏR LENTİ

    Suriyada keçmiş zabit öldürüldü

    Ərdoğan Bişkekə gedir

    Nigerdə üsyançı hücumundan sonra sakitlik bərpa olundu - Əlcəzair niyə hərəkətə keçdi?

    Məkkə müdafiə sazişinin ilk iclasında hansı məsələlər müzakirə ediləcək?

    Məğlubiyyətdən gücə - Çində “Boksçular üsyanı” ölkənin gələcəyini necə dəyişdi?

    31 avqustda ərəb dövlətlərində nə baş verdi?

    Tarixdə bu gün – 31 Avqust

    Mavritaniyanın antiterror modeli-Sələfilərlə dialoq və inteqrasiya

    Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva klassik avtomobillərin yürüşü və sərgisini izləyiblər

    Casus peykindən elmi tədqiqata - Roman teleskopunun gizli hərbi keçmişi haqqında nə bilirik?

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.