#Humanitar yardımların siyasi alət kimi istifadəsi

Maliyyə İzləmə Platformasının (FTS) 2025-ci il üzrə hesabatına əsasən, Səudiyyə Ərəbistanı Krallığı dünya üzrə humanitar yardımların həcminə görə aparıcı mövqelərdən birini tutur. Hesabata görə, Krallıq 2025-ci il ərzində müxtəlif ölkələrə ümumilikdə 2,03 milyard ABŞ dolları həcmində humanitar yardım göstərib. Bu göstərici qlobal humanitar yardımların təxminən 8,5 faizini təşkil edir. Bununla da Səudiyyə Ərəbistanı ərəb ölkələri arasında birinci, dünya üzrə isə ikinci yerdə qərarlaşıb.

Qəzza zolağında məcburi köçkün düşən fələstinlilərin yaşadığı çadırların 93 faizinin çökdüyü, istifadə üçün yararsız hala gəldiyi və artıq sığınacaq kimi istifadə oluna bilmədiyi bildirilib. Qəzzadakı hökumətin Media İdarəsinin rəhbəri İsmayıl əs-Səvabite açıqlama verib. “135 min çadırdan 125 mini çöküb və yaşamaq üçün yararsız hala gəlib. İsrailin mart ayından bu yana tətbiq etdiyi sərt blokada səbəbindən yeni çadır təmin edilə bilmir, humanitar yardımın bölgəyə daxil olması əngəllənir.” - deyə Səvabite qeyd edib. Səvabite qeyd edib ki, İsrailin son iki il ərzində davam edən hücumlarında on minlərlə çadır birbaşa bombalanaraq sıradan çıxarılıb, digərləri isə isti hava və güclü külək kimi təbii təsirlər nəticəsində zərər görüb.

İsrailin hücumları və blokadası səbəbiylə aclığın yaşandığı Qəzzada aclıqdan ölənlərin sayı son 24 saatda 6 nəfər artaraq 131-i uşaq olmaqla 367-yə çatıb. Bu barədə Qəzzadakı Fələstin Səhiyyə Nazirliyi yazılı açıqlama yayıb. Bildirilib ki, bölgədə uzun müddətdir davam edən ərzaq çatışmazlığı və yardım qıtlığı nəticəsində ölüm halları kritik həddə çatıb. Açıqlamaya görə, 2023-cü il 7 oktyabrdan bu günədək Qəzzada aclıqdan ölənlərin ümumi sayı 367 nəfərə yüksəlib. Onlardan 131-i uşaqlardır. Beynəlxalq ictimaiyyətin diqqətini çəkən bu vəziyyətlə bağlı Birləşmiş Millətlər Təşkilatının (BMT) dəstəklədiyi Qida Təhlükəsizliyi Mərhələ Təsnifatı (IPC) tərəfindən yayımlanan son hesabatda, 15 avqust 2025 tarixindən etibarən Qəzzada aclığın ən yüksək – fəlakət səviyyəsi olan 5-ci mərhələyə çatdığı sübutlarla təsdiqlənib.