Qəzza zolağında qadınlar və qız uşaqları ciddi aclıq və qıtlıq təhlükəsi ilə üz-üzədir. Bu barədə Birləşmiş Millətlər Təşkilatının (BMT) Fələstinli Qaçqınlara Yardım və İş Agentliyi (UNRWA) "X" sosial şəbəkəsində məlumat verib.
#Qəzzada humanitar böhran 2025
24 ölkənin xarici işlər nazirləri və üç Avropa Komissarı Qəzza zolağında humanitar vəziyyətin kritik həddə çatdığını bildirərək, İsraili ehtiyacı olan insanlara humanitar yardımın çatdırılmasına icazə verməyə çağırıblar. Bu haqda Böyük Britaniya Xarici İşlər Nazirliyi tərəfindən yayılan bəyanatda qeyd olunub.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) 2025-ci ilin iyul ayında Qəzza zolağında kəskin qidalanma çatışmazlığından əziyyət çəkən uşaqların sayının rekord həddə çatdığını açıqlayıb. Bu barədə təşkilatın baş direktoru Tedros Adhanom Gebreyesus Cenevrədə keçirdiyi brifinqdə bildirib.
Qəzza zolağına havadan atılan yardımlar, yerindən didərgin düşən insanların sığındığı çadırların üzərinə düşərək ölüm hallarına səbəb olur. Bu barədə Qəzzadakı Daxili İşlər Nazirliyinin yaydığı bəyanatda bildirilib.
ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, Qəzzada aclıqla mübarizə aparmaq məqsədilə xüsusi bir plan üzərində işləyir. Bu barədə Tramp "Axios" portalına verdiyi müsahibədə danışıb.
Qəzzadakı vəziyyət davam etdirilə bilməyəcək bir hal alıb. Bunu İtaliyanın Baş naziri Corcia Meloni İsrailin Baş naziri Benyamin Netanyahu ilə telefon danışığı zamanı deyib.
Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz, İsrailin Qəzza zolağına humanitar yardımın çatdırılmasına mane olmasını sərt şəkildə pisləyib. Bu barədə o "X" sosial şəbəkəsində yazıb.
Qəzza zolağındakı Şifa Xəstəxanasının direktoru Məhəmməd Əbu Silmiyye xəstəxanaların fəaliyyətini davam etdirmək üçün kifayət qədər yanacağın qalmadığını bildirib.
Fələstinin BMT-dəki daimi nümayəndəsinin müavini Məcid Bamiye BMT Təhlükəsizlik Şurasının iclasında çıxış edərək İsrailin Qəzza zolağında hər gün orta hesabla 100 dinc sakini öldürdüyünü bəyan edib.
HƏMASın qərarları hansı şəraitdə qəbul etdiyi sualı, xüsusən əsir mübadiləsi və atəşkəs üçün aparılan danışıqlar başlayandan bəri, son bir ildən çoxdur gündəmdədir.