Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Baş xəbər
    Baş xəbər

    İsrail İrana yenidən hücum edə bilər - Sudani

    15 İyul 2025 14:46
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    İsrail İrana yenidən hücum edə bilər - Sudani
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice

    İraqın Baş naziri Məhəmməd Şiə əs-Sudani İsrailin Baş naziri Benyamin Netanyahunun yaxın vaxtlarda İrana qarşı yenidən hərbi hücum qərarı verə biləcəyini istisna etmir.

    AzerVoice xəbər verir ki, bu barədə əs-Sudani “Asharq al-Awsat” qəzetinə verdiyi müsahibədə danışıb.

    Onun fikrincə, bu addım Netanyahunun regionda vəziyyətin sabitləşməsinə imkan verməmək və siyasi hakimiyyətini qoruyub saxlamaq məqsədi daşıya bilər.

    “Hamıya məlumdur ki, Netanyahu nə Qəzzada, nə də Livanda atəşkəs şərtlərinə əməl etməyib. Onun İrana yenidən hücum etməsi çox real görünür. Elə bil ki, onun siyasi strategiyası regional münaqişəni davam etdirmək üzərində qurulub – bu isə onun siyasi mövqelərini qorumağa hesablanıb” – deyə, əs-Sudani bildirib.

    Əs-Sudaninin sözlərinə görə, İsrail və İran arasında baş verən son hərbi qarşıdurma zamanı Bağdad rəhbərliyi regional sabitlik və sərhədlərinin təhlükəsizliyi ilə bağlı ciddi narahatlıq keçirib. “Sərhəd qonşularının alov içində olduğunu görüb, bu yanğının sizə keçməyəcəyinə inanmaq sadəlövhlük olardı” – deyə, o bildirib.

    Xatırladaq ki, İsrail Hərbi Hava Qüvvələri iyunun 13-də İran ərazisinə hava zərbələri endiriblər. Zərbələr nəticəsində çoxlu sayda yüksək rütbəli hərbçi, o cümlədən İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Baqeri, İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) baş komandanı Hüseyn Salami, Xatəm Əl-Ənbiya Qərargahının komandanı Qulaməli Rəşid, 6 nüvə alimi və yüksək vəzifəli şəxslər həlak olub. İran BMT Təhlükəsizlik Şurasının hadisə ilə əlaqədar fövqəladə iclas çağırılmasını istəyib.

    Bu hücumlara cavab olaraq isə İran Ordusu İsrailə qarşı "Doğru vəd III" adlı əməliyyat keçirib. Təl-Əviv, Qüds və digər bölgələrə yüzlərlə ballistik raket buraxılıb.

    ABŞ isə münaqişənin gərginləşməsindən doqquz gün sonra – 22 iyun gecəsi İrandakı üç nüvə obyektinə hücum etməklə münaqişəyə qoşulub. 23 iyun axşamı İran ABŞ-ın Qətərdə yerləşən və Yaxın Şərqin ən böyük Amerika bazası olan Əl-Udeyd bazasına raket zərbəsi endirib. ABŞ hakimiyyət orqanlarının verdiyi məlumata görə, hücum nəticəsində itki və ya ciddi dağıntı qeydə alınmayıb.

    İyunun 24-də ABŞ prezidenti Donald Tramp İsrail və İranın tam atəşkəsin qüvvəyə mindiyini bəyan edib. İsrail tərəfi də ABŞ-ın atəşkəs təklifini qəbul etdiyini və qarşıya qoyulan bütün məqsədlərə nail olunduğunu bildirib.

    #İsrail #İran #ABŞ #İraq #Bağdad #Tehran #Məhəmməd Şia Əl-Sudani #SEPAH #nüvə proqramı #İsrail və İran gərginliyi #İranın nüvə irəliləyişi #İsrail-İran münaqişəsi #İranın nüvə proqramı #İsrail İran hücumu #İsrail İran hücumu 2025
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    1300-dən çox İsrailli Əl-Əqsa məscidinə basqın edib

    23 İyul 2026 11:08

    Heç bir faktor İran-İraq bağlarını poza bilməz - Pezeşkian

    23 İyul 2026 10:57

    SEPAH Küveytdə ABŞ hərbi obyektlərini vurdu

    23 İyul 2026 09:41

    ABŞ agentliyi Boeing 737 insidenti üzrə araşdırmanı davam etdirir

    22 İyul 2026 22:00

    Ya bütün region müharibədən kənarda qalacaq, ya da münaqişə hamını əhatə edəcək - Qalibaf

    22 İyul 2026 21:52

    İrana qarşı dəniz blokadası bərpa olunduqdan sonra doqquz gəminin marşrutu dəyişdirilib - ABŞ

    22 İyul 2026 21:49

    Körfəz Əməkdaşlıq Şurası İranın hücumlarını pisləyib

    22 İyul 2026 21:44

    Tramp süni intellekt məlumat mərkəzlərinin elektrik xərcləri ilə bağlı yeni təşəbbüs açıqlayacaq

    22 İyul 2026 21:11

    ABŞ raket istehsalı obyektlərimizi müəyyən edə bilmir - İran ordusu

    22 İyul 2026 20:16

    İyunun 27-dən bəri 53 mülki şəxs həlak olub - İran Səhiyyə Nazirliyi

    22 İyul 2026 20:12

    İran ABŞ-yə cavab olaraq kritik infrastrukturu hədəfə alacağını bildirib

    22 İyul 2026 20:08

    İrana qarşı əməliyyatlara ABŞ ictimaiyyətinin münasibəti necədir?

    22 İyul 2026 19:55
    XƏBƏR LENTİ

    Türkiyədə Rusiya kapitallı yeni şirkətlərin sayı artıb – ÖZƏL

    Qazaxıstanda ilk dəfə aerotaksi sınaqdan keçirilir

    1300-dən çox İsrailli Əl-Əqsa məscidinə basqın edib

    Prezident İlham Əliyev Əbdülfəttah əs-Sisiyə təbrik məktubu ünvanlayıb

    Heç bir faktor İran-İraq bağlarını poza bilməz - Pezeşkian

    İsrail ordusu Qəzzada 12 futbolçunu öldürüb

    ABŞ Nümayəndələr Palatası 95 milyard dollarlıq paketi təsdiqləyib

    Rubio və Lavrov Manilada görüşüb

    ASEAN Təhlükəsizlik Forumunda ABŞ, Avropa, Rusiya və Çin nümayəndələri arasında görüş olub

    SEPAH Küveytdə ABŞ hərbi obyektlərini vurdu

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.