Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Yaxın Şərq / Livan
    Livan

    Həsən Nəsrullahın müşaviri İsrailin hava zərbəsində öldürüldü

    22 İyun 2025 09:49
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Həsən Nəsrullahın müşaviri İsrailin hava zərbəsində öldürüldü
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice

    İran və Livan mediası, Hizbullahın keçmiş baş katibi Həsən Nəsrullahın uzunillik şəxsi mühafizəçisi Hüseyn Xəlilin və onun oğlunun İsrailin İranda həyata keçirdiyi hava zərbəsi nəticəsində öldürüldüyünü təsdiqləyib. AzerVoice xəəbər verir ki, Livanda Hizbullaha yaxın mənbələrin yaydığı məlumata görə, “Əbu Əli Xəlil” ləqəbi ilə tanınan Hüseyn Xəlil, oğlu Mehdi və İrana meyilli iraqlı “Seyyidüş-Şühəda Briqadası”nın komandanı Heydər Musəvi İsrailin İran-İraq sərhədinə yaxın əraziyə endirdiyi hava zərbəsi nəticəsində həlak olublar. Onların zərbə zamanı İran ərazisinə daxil olmaq üzrə olduqları bildirilir.

    Ziyarət, yoxsa gizli missiya?

    Xəlilin bölgədə olmasının səbəbləri rəsmi olaraq açıqlanmasa da, Hizbullaha yaxın media orqanları onun Aşura münasibətilə dini ziyarət üçün əvvəlcə İraqda, daha sonra isə İranda olduğu versiyasını irəli sürüb.

    Qeyd edək ki, 1980-ci illərdən Hizbullaha qoşulan Hüseyn Xəlil, uzun illər boyunca Həsən Nəsrullahın ən yaxın adamlarından biri olub və təşkilat daxilində “Seyidin qalxanı” kimi tanınıb. O, 2023-cü ilin 27 sentyabrında Beyrutun cənub bölgəsində Nəsrullahın və onun hərbi komandirlərindən biri olan Ali Kərkinin həlak olduğu İsrail hücumundan sağ çıxmışdı.

    Nəsrullahın dəfn mərasimində Xəlilin üç gün ərzində onun nəşi başında keşik çəkdiyi və dəfnə qədər onu müşayiət etdiyi də xəbərlərdə yer almışdı. 2024-cü ilin fevralında isə Həsən Nəsrullahın cənazəsinin daimi məzarlığa köçürülməsi zamanı Xəlil yenidən ön planda görünmüşdü.

    Son aylar ərzində o, Nəsrullahın Beyrut hava limanı yolu üzərində yerləşən məqbərəsinin təhlükəsizliyinə cavabdeh şəxs kimi fəaliyyət göstərirdi. Onun ölümü, Hizbullahın daxilində ciddi bir təhlükəsizlik boşluğu yaradacağı ehtimal edilir.

    İsrailin İrana qarşı hava əməliyyatları artıq yalnız nüvə obyektlərini deyil, İranla ittifaqda olan əsas simaları da hədəfə alır. Hüseyn Xəlilin öldürülməsi, Tehrana verilən açıq mesajdır: İsrail üçün "müqavimət oxu"nun əsas fiqurlarına belə təhlükəsizlik zəmanəti yoxdur.

    #Livan #Hizbullah #Həsən Nəsrullah #Livan xəbərləri #Livan ordusu #Livanın cənubu #Livan siyasəti 2025 #İsrail Livan münasibətləri #Livanda regional siyasət #Livan Baş naziri #Livan siyasi sui-qəsdləri #Həsən Nəsrullah sui-qəsdi #Hizbullah və Livan münaqişəsi #Livan vətəndaş müharibəsi #Suriya rejiminin Livandakı rolu #Hizbullah və Livan hökuməti #Hizbullah və İsrail döyüşləri #İran və Hizbullah dəstəyi #Hizbullahın hərbi arsenalı #Hizbullah və Əl-Əmal Hərəkatı #Hizbullahın silahsızlaşdırılması #Naim Qasim və Hizbullah #Həsən Nəsrullah və şiə travması
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Livan Prezidenti İsrailin hücumlarını razılaşma üçün birbaşa təhdid adlandırıb

    31 İyul 2026 21:08

    İsrail ordusu Livanın cənubundakı Kfar Təbnit qəsəbəsində güclü partlayış törədib

    31 İyul 2026 19:54

    İsrail ordusu Livanın cənubundakı yaşayış məntəqəsini bombalayıb

    30 İyul 2026 21:03

    Xalqımız İsraillə müharibədə ağır bədəl ödəyib - Cozef Aun

    30 İyul 2026 21:01

    İsrail ordusunda daxili narazılıq döyüş hazırlığına təsir göstərib

    30 İyul 2026 19:00

    Livan ordusu ölkənin birliyini qoruyur, İsrailin "pilot zonalarını" deyil - Nəbih Berri

    30 İyul 2026 17:21

    İstənilən cəbhədə müharibənin davamına hazırıq - Eyal Zamir

    29 İyul 2026 22:23

    Livanda bankir barədə niyə araşdırma tələb olunur?

    29 İyul 2026 19:45

    "Hizbullah" Livanda hərbi texnikaya pilotsuz aparatla hücum edib - İsrail

    29 İyul 2026 18:11

    Tramp-Netanyahu görüşünün gündəliyində hansı məsələlər var?

    28 İyul 2026 20:34

    Netanyahu Ağ Evdə Tramp ilə görüşə başlayıb

    28 İyul 2026 20:27

    Livanda mart ayından bəri dörd mindən çox insan ölüb

    28 İyul 2026 19:41
    XƏBƏR LENTİ

    Ana dili milli kimliyimizin sarsılmaz dayağıdır

    Prezident İlham Əliyev İsveçrə Prezidentinə təbrik məktubu ünvanlayıb

    Ərdoğana sui-qəsd cəhdində iştirak edən FETÖ üzvü saxlanıldı

    Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü ilə bağlı paylaşım edilib

    1 Avqust - Azərbaycan Əlifbası və Dili Günüdür

    İraq iqtisadiyyatında mövcud vəziyyət necədir?

    ABŞ-də F-35B qırıcı təyyarəsi qəzaya uğradı, pilot xilas oldu

    Tarixdə bu gün - 1 Avqust

    BMT Baş katibi HƏMAS-la bağlı razılaşmanı müsbət qiymətləndirib

    Ağ Ev FIFA Dünya Çempionatı ilə bağlı təhlükəsizlik nəticələrini açıqlayıb

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.