BAKI,VOA,Yusif Şərifzadə
İsrail ordusu Livanın cənubunda yerləşən Kfar Təbnit qəsəbəsində güclü partlayış həyata keçirib.
VOA xəbər verir ki, bu barədə Livanın Milli Xəbər Agentliyi məlumat yayıb. Məlumata görə, partlayış Kfar Təbnit qəsəbəsində baş verib.
Bundan əvvəl İsrail qüvvələrinin Livanın cənubunda, UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş Bofor qalası yaxınlığında da bir neçə güclü partlayış törətdiyi bildirilmişdi.
Məlumata görə, bölgədə təhlükəsizlik vəziyyəti gərgin olaraq qalır.
İsrail ötən ay ABŞ-ın vasitəçiliyi ilə əldə olunmuş atəşkəs razılaşmasına baxmayaraq, Livanın cənubundakı hərbi mövcudluğunu davam etdirir.
Hadisə ilə bağlı İsrail tərəfi hələlik rəsmi açıqlama verməyib.