BAKI,VOA,Yusif Şərifzadə
ABŞ Prezidenti Administrasiyasının yüksək vəzifəli rəsmisi Sebastyan Qorka FIFA Dünya Çempionatı zamanı təhlükəsizlik tədbirləri çərçivəsində saxlanılan pilotsuz uçuş aparatları arasında silahlandırılmış nümunələrin olmadığını bildirib.
VOA xəbər verir ki, Sebastyan Qorka pilotsuz uçuş aparatlarına həsr olunmuş konfransda jurnalistlərə açıqlamasında Dünya Çempionatının keçirildiyi stadionlar və azarkeş zonalarında ümumilikdə 700 pilotsuz uçuş aparatının zərərsizləşdirildiyini deyib.
Onun sözlərinə görə, həmin aparatların heç biri silahlandırılmış olmayıb.
Sebastyan Qorka vurğulayıb ki, Donald Tramp administrasiyası pilotsuz uçuş aparatlarından qaynaqlanan təhlükələrə qarşı mübarizəni əsas təhlükəsizlik istiqamətlərindən biri hesab edir.
O əlavə edib ki, ABŞ Daxili Təhlükəsizlik Nazirliyi yaxın vaxtlarda FIFA Dünya Çempionatı zamanı pilotsuz uçuş aparatlarına qarşı həyata keçirilən tədbirlərlə bağlı yekun hesabat dərc edəcək.
Hesabatda təhlükəsizlik əməliyyatlarının nəticələri və gələcəkdə bu sahədə görüləcək tədbirlərin əks olunacağı gözlənilir.