BAKI,VOA,Yusif Şərifzadə
İsrail ordusu Livanın cənubunda yerləşən Mərcəyun rayonunun Təyyibə qəsəbəsinə hava zərbələri endirib.
VOA xəbər verir ki, bu barədə Livanın Milli Xəbər Agentliyi məlumat yayıb. Məlumata əsasən, hücum nəticəsində ölən və ya yaralanan olmayıb.
Bildirilib ki, İsrail qüvvələri ötən ay hərbi əməliyyatların dayandırılmasına dair çərçivə razılaşmasının əldə olunmasına baxmayaraq, Livanın cənubuna hava zərbələrini və bölgədəki hərbi fəaliyyətini davam etdirir.
Hadisənin təfərrüatları və hücumun vurduğu mümkün maddi ziyanla bağlı əlavə məlumat verilməyib.
Bölgədə təhlükəsizlik vəziyyətinin gərgin olaraq qaldığı və tərəflər arasında atəşkəs mexanizminin tam şəkildə işləmədiyi bildirilir.