#Livan Baş naziri

Livanın Baş naziri Nəvaf Salam “Azadlıq və Müqavimət Günü” münasibətilə ölkənin cənubunda yaşayan və ön xətt kəndlərində həyatını davam etdirən insanlarla həmrəylik çağırışı edib. O vurğulayıb ki, bu gün şəhid ailələri, yaralılar, əsirlər və didərgin düşənlər ilə birgə həmrəylik günü olmalıdır, çünki İsrail atəşkəsə baxmayaraq ölkəyə hücumlarını davam etdirir. Salam qeyd edib ki, İsrail torpaqlardan tam çıxana və xalq öz yurduna təhlükəsiz qayıdana qədər bu gün qeyd olunmayacaq. 2000-ci il mayın 25-də İsrail qüvvələrinin Livanın cənubundan çıxması ölkənin işğalına son qoymuş və bu hadisə “Azadlıq və Müqavimət Günü” kimi xatırlanır.

Livan hökumətinin başçısı hakim Nəvaf Salam ,Beyrut İsrailin Livana qarşı müharibəsini dayandırmaq, bunun ümumilikdə livanlılara, xüsusən də məcburi köçkünlərə göstərdiyi fəlakətli təsirləri azaltmaq üçün siyasi və diplomatik müstəvidə əlindən gələni edir. Baş nazir Salam qeyd edib ki, diplomatik səylər hələ arzulanan nəticəni verməyib. Buna səbəb Livanın vəziyyətinin regiondakı böhranlar və davam edən müharibə ilə bağlı olmasıdır.

Bəşşar Əsədin və onun rejiminin süqutunu yalnız Suriya hadisəsi kimi dəyərləndirmək sadəlövhlük olduğu kimi, bu rejimin dağılmasının bölgənin simasını qeyri-müəyyən bir müddətə dəyişdirdiyini görməmək də sadəlövhlükdür.Əslində, Əsədin devrilməsi, uzun illər ərzində Fələstin məsələsini və İsrailə qarşı düşmənçiliyi bölgədə dağıdıcı bir layihəni həyata keçirmək üçün vasitə kimi istifadə edən bir oxun sonudur. Bu, Tehrandan Beyruta qədər uzanan və Suriyanın əsas əlaqə nöqtəsi olduğu “oxun” həyat damarının kəsilməsi deməkdir.

Bu gün Livan hakimiyyəti fələstinli qaçqın düşərgələrindəki silahların təhvil alınmasına başlayır. Bu addım təxminən üç ay əvvəl tərəflər arasında razılaşdırılmış planın birinci mərhələsinin icrası çərçivəsində, həm də Beyrutun silahların yalnız dövlətin nəzarətində cəmləşdirilməsi istiqamətindəki səylərinin bir hissəsi olaraq həyata keçirilir.