Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Qətər
    • Körfəz Əməkdaşlıq Şurası
    • Arab+
    • ArabShow
      • ArabLyrics
      • ArabSport
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Cəmiyyət
    Cəmiyyət

    Dövlət Komitəsində Gürcüstan nümayəndə heyəti ilə görüş keçirilib

    27 Avqust 2026 18:37
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Dövlət Komitəsində Gürcüstan nümayəndə heyəti ilə görüş keçirilib
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,VOA

    Avqustun 27-də Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində Gürcüstanın Dini Məsələlər üzrə Dövlət Agentliyinin sədri Zaza Vaşakmadzenin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

    Görüşdə Azərbaycan–Gürcüstan münasibətlərinin dərin tarixi köklərə, qarşılıqlı etimad və sarsılmaz dostluğa əsaslandığı, hər iki ölkə prezidentinin nümayiş etdirdiyi siyasi iradə və strateji baxış sayəsində əlaqələrin bütün istiqamətlərdə yüksələn xətlə inkişaf etdiyi vurğulanıb. Qeyd olunub ki, Azərbaycan və Gürcüstan arasında mövcud yüksək səviyyəli əməkdaşlıq regionda sülh və təhlükəsizliyin təmin olunmasına mühüm töhfə verir və dini sahədə birgə layihələrin bundan sonra da uğurla davam etdirilməsi üçün geniş imkanlar yaradır.

    Görüş zamanı, həmçinin əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurla davam etdirdiyi nümunəvi dövlət-din siyasəti nəticəsində ölkəmizdə müxtəlif dinlərin, məzhəblərin və etnik qrupların dinc yanaşı və qarşılıqlı hörmət şəraitində birgə yaşamasının təmin olunduğu bildirilib. Bütün dini konfessiyaların, o cümlədən gürcü pravoslav xristian dini icmasının nümayəndələrinin dini etiqad azadlığının qanunvericiliklə tam təmin edildiyi, onların dini ayin və ibadətlərini sərbəst həyata keçirmələri üçün zəruri şəraitin yaradıldığı diqqətə çatdırılıb.

    Gürcüstan nümayəndə heyətinin üzvləri Azərbaycan–Gürcüstan münasibətlərinin mövcud yüksək səviyyəsindən məmnunluğunu ifadə edərək, ölkələr arasında dini sahədə əməkdaşlığın daha da inkişaf etdirilməsinin əhəmiyyətini qeyd ediblər. Gürcüstanda yaşayan azərbaycanlıların milli-mənəvi və dini dəyərlərinin qorunması istiqamətində görülən işlərin təqdirəlayiq olduğu vurğulanıb.

    Görüşdə qarşılıqlı əməkdaşlığın intensivləşdirilməsi, təcrübə mübadiləsinin gücləndirilməsinin vacibliyi diqqətə çatdırılıb.

    Dövlət Komitəsində Gürcüstan nümayəndə heyəti ilə görüş keçirilib
    Dövlət Komitəsində Gürcüstan nümayəndə heyəti ilə görüş keçirilib
    Dövlət Komitəsində Gürcüstan nümayəndə heyəti ilə görüş keçirilib
    #Azərbaycan #Gürcüstan #Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi #Dini Məsələlər üzrə Dövlət Agentliyi #Zaza Vaşakmadze #Azərbaycan-Gürcüstan münasibətləri
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Birinci vitse-prezident Mehriban Əliyevanın ünvanına doğum günü münasibətilə təbriklər gəlməkdə davam edir

    27 Avqust 2026 19:37

    Azərbaycan XİN Rusiyada səfirliyin qonaq evinin qarşısındakı təxribatı pisləyib

    27 Avqust 2026 15:51

    Ceyhun Bayramov Avstriyanın ölkəmizə yeni təyin olunmuş səfirini qəbul edib

    27 Avqust 2026 13:40

    Ərdoğandan Qarabağ Universiteti ilə bağlı mühüm qərar

    27 Avqust 2026 11:20

    Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün əyləncə tədbiri keçirilib

    26 Avqust 2026 19:31

    Birinci vitse-prezident Mehriban Əliyevanın ünvanına doğum günü münasibətilə təbriklər gəlməkdə davam edir

    26 Avqust 2026 18:46

    Əminə Ərdoğan Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib

    26 Avqust 2026 18:43

    Ziroat Mirziyoyeva Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib

    26 Avqust 2026 18:40

    Zəhra Pezeşkian Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib

    26 Avqust 2026 18:36

    Valentina Matviyenko Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib

    26 Avqust 2026 18:34

    "Sabah" Çempionlar Liqasının Liqa mərhələsinə vəsiqə qazandı

    25 Avqust 2026 23:32

    Aleksandr Lukaşenko Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib

    25 Avqust 2026 21:29
    XƏBƏR LENTİ

    Hörmüz boğazında 75 ticarət gəmisinin istiqaməti dəyişdirilib - ABŞ

    İsrail qüvvələri İordan çayının qərb sahilində fələstinlilərin hərəkətini məhdudlaşdırıb

    Birinci vitse-prezident Mehriban Əliyevanın ünvanına doğum günü münasibətilə təbriklər gəlməkdə davam edir

    Qalibaf Qətərin Baş naziri ilə görüşdə gərginliyin azaldılmasının vacibliyini vurğulayıb

    İran rəsmiləri Xark adasındakı neft infrastrukturuna baxış keçiriblər

    Dövlət Komitəsində Gürcüstan nümayəndə heyəti ilə görüş keçirilib

    Küveyt və Pakistan birgə müdafiə əməkdaşlığı sazişi imzalayıb

    İran ABŞ mühasirəsinə baxmayaraq neft ixracını davam etdirir

    Ölkədə mal qıtlığı yoxdur, əsas problem yüksək qiymətlərdir - İran

    Avropa İttifaqı və bir sıra ölkələr İsrailin BMT agentliyinin obyektini ələ keçirməsini pisləyib

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.