Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Qətər
    • Körfəz Əməkdaşlıq Şurası
    • Arab+
    • ArabShow
      • ArabLyrics
      • ArabSport
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Digər Dövlətlər
    Digər Dövlətlər

    Tramp ABŞ-də fövqəladə vəziyyət elan edib

    27 Avqust 2026 12:37
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Tramp ABŞ-də fövqəladə vəziyyət elan edib
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,VOA, Fərid Mikayılov

    ABŞ Prezidenti Donald Tramp ölkənin enerji sisteminin təhlükəsizliyinin qorunması məqsədilə fövqəladə vəziyyət elan edib. Bununla bağlı müvafiq fərman Ağ Evin rəsmi saytında dərc olunub.

    VOA xəbər verir ki, sənəddə xarici ölkələrdən ABŞ-nin enerji sistemi üçün elektrik avadanlıqlarının tədarükünün ölkənin milli təhlükəsizliyi və iqtisadiyyatı üçün təhdid yaratdığı bildirilir.

    Fərmanda qeyd olunur ki, təhlükə həm ayrı-ayrı əməliyyatlar, həm də müəyyən kateqoriyaya daxil olan sövdələşmələr çərçivəsində yarana bilər. Buna görə ABŞ-də istifadə olunan enerji sistemi avadanlıqlarının təhlükəsizliyini, bütövlüyünü və etibarlılığını qorumaq üçün əlavə tədbirlərin görülməsinin zəruri olduğu vurğulanır.

    Yeni qərar müəyyən xarici istehsal elektrik avadanlıqlarının ABŞ-də alınmasını, ölkəyə gətirilməsini, ötürülməsini və quraşdırılmasını məhdudlaşdırır.

    Məhdudiyyət xarici dövlətin və ya xarici vətəndaşın həmin avadanlıqla bağlı birbaşa və ya dolayı marağının olduğu hallara, o cümlədən avadanlığın tədarük müqaviləsində iştirak etdiyi vəziyyətlərə şamil edilir.

    Beləliklə, Vaşinqton enerji infrastrukturu üçün istifadə edilən xarici mənşəli avadanlıqlardan yarana biləcək təhlükələri milli təhlükəsizlik məsələsi kimi qiymətləndirərək bu sahədə nəzarəti gücləndirməyə qərar verib.

    Bundan əvvəl Tramp ABŞ vətəndaşlığının əldə edilməsi məqsədilə ölkəyə uşaq dünyaya gətirmək üçün səfərlərin qarşısının alınmasını nəzərdə tutan fərman da imzalayıb.

    #ABŞ #Donald Tramp #Ağ Ev #Vaşinqton #ABŞ vətəndaşlığı #enerji sistemi
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Körfəz ölkələri İranla müharibənin uzanacağını düşünür

    26 Avqust 2026 21:58

    HƏMAS sözlə deyil, əməllə özünü göstərməlidir - ABŞ

    26 Avqust 2026 21:42

    İrana qarşı hərbi əməliyyat ehtimalı hələ də qüvvədədir - Pit Heqset

    26 Avqust 2026 21:38

    ABŞ “Fələstin Fəaliyyəti” qərarı ilə tənqidçiləri susdurmağa çalışır - BMT

    26 Avqust 2026 21:03

    ABŞ-nin iqtisadi təzyiq siyasətinin arxasında hansı məqsəd dayanır?

    26 Avqust 2026 20:31

    ABŞ “Fələstin Fəaliyyəti” hərəkatına sanksiya tətbiq edib

    26 Avqust 2026 20:24

    İranda inflyasiya çox yüksəkdir, iqtisadiyyat dağılır - Tramp

    26 Avqust 2026 20:14

    İranla danışıqları bərpa etməyə tələsmirəm - Tramp

    26 Avqust 2026 20:10

    ABŞ senatorları Netanyahunu İordan çayının qərb sahilində zorakılığı dayandırmağa çağırıblar

    26 Avqust 2026 20:07

    İran xalqı ABŞ ilə müharibədə geri çəkilməyəcək - Məsud Pezeşkian

    26 Avqust 2026 19:27

    Müctəba Xamenei sağdır, lakin çox ağır yaralanıb - Tramp

    26 Avqust 2026 19:24

    Beynəlxalq Cinayət Məhkəməsinin sədri ABŞ-nin təzyiqlərinə cavab verib

    26 Avqust 2026 18:19
    XƏBƏR LENTİ

    Ceyhun Bayramov Avstriyanın ölkəmizə yeni təyin olunmuş səfirini qəbul edib

    Netanyahu Yəhya Sinvarla gizli əlaqə saxlayıb? Liberman araşdırma tələb edir

    İordaniya görüşündən sonra İsrail-Suriya razılaşması mümkün olacaqmı?

    İsrail Suriyə və Livana niyə eyni vaxtda hücuma keçdi?

    Nüvə sənayemiz dünyanın aparıcı ölkələri ilə eyni səviyyədədir - İranın nüvə rəhbəri

    Tramp ABŞ-də fövqəladə vəziyyət elan edib

    Rusiyada “Ozon”un iki logistika mərkəzinə PUA hücumu edilib

    Prezident İlham Əliyev Maya Sanduya məktub ünvanlayıb

    Küveyt qapılarını xarici biznesə açır - Azərbaycan şirkətləri və investorları üçün yaranan fürsətlər hansılardır?

    Ərdoğandan Qarabağ Universiteti ilə bağlı mühüm qərar

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.