Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Qətər
    • Körfəz Əməkdaşlıq Şurası
    • Arab+
    • ArabShow
      • ArabLyrics
      • ArabSport
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Digər Dövlətlər / İran
    İran

    İran Prezidenti region ölkələrinə təhlükəsizlik çağırışı edib

    27 Avqust 2026 11:05
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    İran Prezidenti region ölkələrinə təhlükəsizlik çağırışı edib
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,VOA, Fərid Mikayılov

    İran Prezidenti Məsud Pezeşkian müsəlman ölkələrini regional təhlükəsizliyin qorunmasında qarşılıqlı məsuliyyət nümayiş etdirməyə çağırıb. O bildirib ki, heç bir müsəlman ölkəsinin ərazisindən digər müsəlman dövlətinə qarşı hücum məqsədilə istifadə edilməməlidir.

    VOA xəbər verir ki, Pezeşkian bu barədə Tehranda keçirilən 40-cı Beynəlxalq İslam Birliyi Konfransında çıxışı zamanı danışıb.

    İran Prezidenti ölkəsinin regiondakı müharibəni başlamadığını və hücum edən tərəflərə qarşı müqavimət göstərdiyini bildirib.

    “ABŞ və İsrail İrana qarşı müharibəyə başladılar”, – Pezeşkian deyib.

    O, İranın qonşu ölkələrlə bağlı mövqeyini bir daha açıqlayaraq onların ərazilərindən Tehrana qarşı hərbi əməliyyatlar üçün istifadə edilməməli olduğunu vurğulayıb.

    “Qonşularının təhlükəsizliyi hesabına heç bir müsəlman ölkəsi öz təhlükəsizliyini təmin etməyə çalışmamalıdır”, – İran Prezidenti bildirib.

    Pezeşkian əlavə edib ki, heç bir müsəlman ölkəsinin ərazisi başqa bir müsəlman dövlətinə qarşı istifadə olunmamalıdır.

    İran rəhbərliyi daha əvvəl də region ölkələrini öz ərazilərinin və hava məkanlarının İrana qarşı mümkün hərbi əməliyyatlarda istifadəsinə imkan verməməyə çağırıb.

    #İran #Tehran #Yaxın Şərq #Məsud Pezeşkian #Regional təhlükəsizlik
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Qətərin Baş naziri Tehrana gedir

    27 Avqust 2026 10:27

    Hakimiyyət mübarizələri və hərbi toqquşmalar - 27 avqustda ərəb dövlətlərində nə baş verdi?

    27 Avqust 2026 03:00

    Qətərin Baş naziri gərginliyin azaldılması üçün Tehrana səfər edəcək

    26 Avqust 2026 22:37

    Körfəz ölkələri İranla müharibənin uzanacağını düşünür

    26 Avqust 2026 21:58

    İrana qarşı hərbi əməliyyat ehtimalı hələ də qüvvədədir - Pit Heqset

    26 Avqust 2026 21:38

    ABŞ-nin iqtisadi təzyiq siyasətinin arxasında hansı məqsəd dayanır?

    26 Avqust 2026 20:31

    İran hərbi gəmisi Hörmüz boğazından keçməyə çalışan Hindistan tankerinin qarşısını alıb

    26 Avqust 2026 20:28

    “Düşmən mövqeli” media qurumları mümkün hərbi hədəf sayıla bilər - İran

    26 Avqust 2026 20:18

    İranda inflyasiya çox yüksəkdir, iqtisadiyyat dağılır - Tramp

    26 Avqust 2026 20:14

    İranla danışıqları bərpa etməyə tələsmirəm - Tramp

    26 Avqust 2026 20:10

    İran xalqı ABŞ ilə müharibədə geri çəkilməyəcək - Məsud Pezeşkian

    26 Avqust 2026 19:27

    Müctəba Xamenei sağdır, lakin çox ağır yaralanıb - Tramp

    26 Avqust 2026 19:24
    XƏBƏR LENTİ

    Rusiyada “Ozon”un iki logistika mərkəzinə PUA hücumu edilib

    Prezident İlham Əliyev Maya Sanduya məktub ünvanlayıb

    Küveyt qapılarını xarici biznesə açır - Azərbaycan şirkətləri və investorları üçün yaranan fürsətlər hansılardır?

    Ərdoğandan Qarabağ Universiteti ilə bağlı mühüm qərar

    Birinci vitse-prezident Mehriban Əliyevanın ünvanına doğum günü münasibətilə təbriklər gəlməkdə davam edir

    İran Prezidenti region ölkələrinə təhlükəsizlik çağırışı edib

    Qətərin Baş naziri Tehrana gedir

    Kolumbiya narkotik qaçaqmalçıları üçün üzən həbsxanalar hazırlayacaq

    11 sentyabrın əsas şübhəlisi nə vaxt mühakimə olunacaq?

    İran rejiminingələcək ssenariləri - Məzhəbçilik, silahlı qruplar və qapalı ideologiya

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.