Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Qətər
    • Körfəz Əməkdaşlıq Şurası
    • Arab+
    • ArabShow
      • ArabLyrics
      • ArabSport
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Digər Dövlətlər / İran
    İran

    Trampdan İrana kəskin xəbərdarlıq - İran hələ də istədiyimiz razılaşmanı təqdim etməyib

    2 May 2026 01:44
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Trampdan İrana kəskin xəbərdarlıq - İran hələ də istədiyimiz razılaşmanı təqdim etməyib
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,VOA

    ABŞ Prezidenti Donald Tramp İranla münasibətlər və regiondakı son hərbi-strateji vəziyyət barədə sensasiyalı açıqlamalar verib. Tramp Ağ Evdə jurnalistlərə verdiyi bəyanatda Tehranın hələ də Vaşinqtonun tələblərinə cavab vermədiyini və ABŞ-ın geri çəkilmək niyyətində olmadığını vurğulayıb.

    "İran hələ də istədiyimiz razılaşmanı təqdim etməyib"

    Prezident Tramp qeyd edib ki, Tehran administrasiyası indiyə qədər ABŞ-ın israr etdiyi şərtlərə uyğun bir razılaşma masasına gəlməyib. O, ABŞ-ın bölgədəki hərbi varlığının davam edəcəyini bildirərək deyib ki, : "Biz bölgədən erkən çıxmayacağıq və ya geri çəkilməyəcəyik. Hədəfimiz İrandakı missiyamızı tam, düzgün və yekun şəkildə yerinə yetirməkdir".

    Hörmüz boğazında 400 tankerlik neft tıxacı

    Bəyanatın ən diqqətçəkən məqamı Hörmüz boğazındakı dəniz blokadası ilə bağlı olub. Trampın sözlərinə görə, hazırda boğazda İranın neftini daşıyan təxminən 400-ə yaxın tanker saxlanılıb. Bu gəmilərin göyərtəsində nəhəng miqdarda neft ehtiyatı olduğunu bildirən prezident, bu ehtiyatların dünya bazarına buraxılmasının yanacaq qiymətlərində inqilabi bir enişə səbəb olacağını vəd edib: "Bu ehtiyatların sərbəst buraxılması yanacaq qiymətlərində görünməmiş bir azalma ilə nəticələnəcək".

    "İran dünyanı şantaj etməyə çalışıb"

    Donald Tramp İranın illərdir Hörmüz boğazından bir təzyiq rıçağı kimi istifadə etdiyini vurğulayaraq Tehranı sərt ittiham edib: "İranlılar illər boyu Hörmüz boğazını bağlamaq hədəsi ilə həm ölkəmizi, həm də bütün dünyanı şantaj etməyə cəhd göstəriblər".

    Ekspertlər hesab edirlər ki, Trampın bu bəyanatı həm İrana qarşı diplomatik təzyiqin artırılması, həm də ABŞ-ın daxili bazarında enerji qiymətlərini aşağı salmaq üçün strateji gediş xarakteri daşıyır.

    #Donald Tramp #İranda seçkilər #İran-ABŞ münasibətləri #İran–ABŞ danışıqları #İran və ABŞ arasında dolayısı danışıqlar #ABŞ İran toqquşması #ABŞ-İran dialoqu #İran–İsrail müharibəsindən sonra bölgədə gərginlik artır — İran yeni təlim keçirir
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Qalibaf ABŞ-nin iqtisadi təzyiq iddialarına cavab verib - “Əsl 130-lar bunlardır”

    29 Avqust 2026 21:11

    ABŞ rəsmiləri media vasitəsilə enerji bazarlarını manipulyasiya edir - Əraqçi

    29 Avqust 2026 17:26

    İran Hörmüz boğazı ilə bağlı ABŞ-ın iddialarını təkzib etdi

    29 Avqust 2026 16:57

    Rusiya NATO ərazisinə hücum etməyəcək - Tramp

    29 Avqust 2026 16:34

    ABŞ Moskva görüşləri barədə Ukraynaya məlumat verib - Zelenski

    29 Avqust 2026 16:16

    İran problemləri ABŞ-la dialoq yolu ilə həll etməyə hazırdır - Pezeşkian

    29 Avqust 2026 15:37

    Trampın Venesuela açıqlaması - ABŞ neft ehtiyatlarını ikiqat artıra bilərmi?

    29 Avqust 2026 10:19

    Altı aydır nə strategiya var, nə də müharibənin sonu görünür - ABŞ senatoru

    28 Avqust 2026 22:24

    Fransanın “Pasqal” şirkətinin səhmləri ilk gündə 73 faizədək bahalaşıb

    28 Avqust 2026 22:18

    ABŞ Yaxın Şərqdə 50 mindən çox hərbçi saxlayır

    28 Avqust 2026 21:13

    Vaşinqton və Tehran arasında diplomatik çıxış yolu hələ görünmür

    28 Avqust 2026 20:36

    İran xalqı Minab məktəbinə hücumu heç vaxt unutmayacaq və bağışlamayacaq - Abbas Əraqçi

    28 Avqust 2026 20:32
    XƏBƏR LENTİ

    Qaraciyər xərçənginin müalicəsində yeni dövr: müasir üsullar sağ qalma şansını artırır

    Dünyanın ən qiymətli almazları harada yaranır? Alimlər onların gizli mənbəyini tapdı

    İspaniyada İslam mədəniyyəti - Əndəlüsün yüksəlişi və süqutu

    Hikmət Hacıyev Beynəlxalq İtkin Düşmüş Şəxslər Günü ilə bağlı paylaşım edib

    Bulvarda klassik avtomobillərin sərgisi keçirilir

    Ərəb dünyasında ürək-damar xəstəliklərindən ölüm sayı artıb

    Fazil Küçük Kimdir?

    Planetin ən böyük canlısı: Mavi balinaların bilinməyən sirləri

    Türkiyə Nigerə dəstəyini açıqladı

    Ərdoğan Zəfər Bayramının ildönümü münasibətilə bəyanat yayıb

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.