Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Qətər
    • Körfəz Əməkdaşlıq Şurası
    • Arab+
    • ArabShow
      • ArabLyrics
      • ArabSport
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Digər Dövlətlər / İran
    İran

    Hörmüz boğazı ABŞ, İsrail və onların tərəfdarlarına açılmayacaq - İran

    2 Aprel 2026 10:56
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Hörmüz boğazı ABŞ, İsrail və onların tərəfdarlarına açılmayacaq - İran
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, VOA, Nailə Babazadə

    İranın Ali rəhbəri Müctəba Xameneinin baş müşaviri və ölkənin nüfuzlu siyasətçilərindən biri olan Əli Əkbər Vilayəti Hörmüz boğazının statusu ilə bağlı mühüm bəyanatla çıxış edib.

    VOA xəbər verir ki, vilayəti "X" sosial platformasındakı rəsmi hesabında paylaşdığı mesajda strateji su yolunun gələcəyi barədə kəskin mövqe nümayiş etdirib. O bildirib ki, Hörmüz boğazı dünyaya açıq olsa da, "İran xalqının düşmənlərinə və onların regiondakı hərbi bazalarına hər zaman qapalı qalacaq". Bu açıqlama beynəlxalq enerji daşımaları üçün həyati əhəmiyyət kəsb edən su yolunda gərginliyin daha da artacağından xəbər verir.

    Vilayəti həmçinin ABŞ Prezidenti Donald Trampın müharibənin gedişatı və yaxın həftələrdə başa çatacağı barədə iddialarına da cavab verib. İranlı rəsmi vurğulayıb ki, Vaşinqtonun proqnozları reallığı əks etdirmir və münaqişənin sonunu təcavüzkarların arzuları deyil, Tehranın iradəsi müəyyən edəcək. "Müharibə təcavüzkarların coşqusu və xəyalları ilə deyil, İranın strategiyası və nüfuzu ilə sona çatacaq," — deyə o, ABŞ administrasiyasının diplomatik və hərbi təzyiqlərinə qarşı müqavimət mesajı verib.

    Ekspertlər Vilayətinin bu sözlərini İranın Hörmüz boğazı üzərindəki nəzarətini qalıcı hala gətirmək və ABŞ-ın regiondakı müttəfiqlərinə məxsus bazaların fəaliyyətini iflic etmək cəhdi kimi qiymətləndirirlər. Boğazın qapalı qalması qlobal neft və qaz bazarlarında qiymət artımına səbəb olmaqla yanaşı, region ölkələrinin iqtisadiyyatına da ağır zərbə vurur. İran rəhbərliyinin bu qətiyyətli ritorikası Tramp administrasiyasının "tezliklə qələbə" vədini sual altına qoyur və münaqişənin daha mürəkkəb mərhələyə qədəm qoyduğunu göstərir.

    #Müctəba Xameneyi #İsrail və İran gərginliyi #İsrail və İran münasibətləri #İsrailin İran hücumu #İsrailin İran hücum planı #ABŞ və İsrailin İran siyasəti #İsrail İran hücumu #İran-İsrail qarşıdurması #İsrail-İran müharibəsi #İsrail İran münasibətləri
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    İran hücum edərsə, İsrail güclü cavab verəcək - Benyamin Netanyahu

    14 İyul 2026 19:32

    İran İsrailə hücum etsə, ən böyük səhvini edər - Katz

    26 İyun 2026 17:44

    İran məsələsində İsrail ilə maraqlarımız fərqlidir - Vens

    9 İyun 2026 11:54

    İran İsrailə hücum edib

    7 İyun 2026 23:39

    CNN-in İsrail qüvvələrinin Azərbaycan ərazisində yerləşdirilməsi barədə iddiaları əsassızdır - XİN

    5 İyun 2026 14:33

    İran təhlükəsizlik qüvvələri 5 şəbəkəni zərərsizləşdirdi

    12 May 2026 21:12

    Pentaqon rəhbəri İran müharibəsi ilə bağlı Konqresdə ifadə verəcək

    12 May 2026 18:05

    Müctəba Xameneinin yaralanması ilə bağlı təfərrüatlar açıqlanıb

    9 May 2026 14:08

    İsraildə İrana casusluqda şübhəli bilinən 4 nəfər saxlanılıb

    8 May 2026 13:29

    ABŞ-ın İranla mümkün razılaşması Təl-Əviv üçün “fəlakət” ola bilər - İsrail

    7 May 2026 16:23

    İsrail niyə “Shual” sisteminə çıxışı məhdudlaşdırdı?

    7 May 2026 11:55

    Tehranda Müctəba Xameneiyə dəstək yürüşü keçirilib

    29 Aprel 2026 20:03
    XƏBƏR LENTİ

    Cenin düşərgəsi boşaldılıb və ordu tərəfindən nəzarətə götürülüb - Kats

    İctimai birliyə zərər vuran hər bir hərəkət qadağandır - Müctəba Xamenei

    İranla maliyyə əlaqələrini davam etdirən banklar cavab verəcək - Skott Bessent

    ABŞ Yaxın Şərqdə 50 mindən çox hərbçi saxlayır

    İraq Bağdadda pilotsuz uçuş aparatlarının hazırlanması cəhdinin qarşısını alıb

    Livanın cənubunda bir həftədə 1030 mərmi uçuşu qeydə alınıb - BMT

    Vaşinqton və Tehran arasında diplomatik çıxış yolu hələ görünmür

    İran xalqı Minab məktəbinə hücumu heç vaxt unutmayacaq və bağışlamayacaq - Abbas Əraqçi

    Rəcəb Tayyib Ərdoğan 30 Avqust – Zəfər Bayramı münasibətilə xalqa müraciət edib

    Vaşinqton Hörmüz boğazının tamamilə minalardan təmizləndiyini iddia edir

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.