Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Qətər
    • Körfəz Əməkdaşlıq Şurası
    • Arab+
    • ArabShow
      • ArabLyrics
      • ArabSport
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Digər Dövlətlər / İran
    İran

    İran təhlükəsizlik qüvvələri 5 şəbəkəni zərərsizləşdirdi

    12 May 2026 21:12
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    İran təhlükəsizlik qüvvələri 5 şəbəkəni zərərsizləşdirdi
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,VOA Yusif Şərifzadə

    İran İslam İnqilabı Keşikçiləri Korpusu ölkə ərazisində İsraillə əlaqəli olduğu iddia edilən silah qaçaqmalçılığı şəbəkələrinə qarşı geniş əməliyyat keçirildiyini açıqlayıb.

    VOA xəbər verir ki, SEPAH-ın kəşfiyyat qurumu tərəfindən yayılan bəyanatda məqsədyönlü əməliyyat və kəşfiyyat tədbirləri nəticəsində 20 nəfərdən ibarət beş mütəşəkkil təhlükəsizlik pozucu şəbəkənin müəyyən edilərək zərərsizləşdirildiyi bildirilib.

    İran dövlət televiziyası IRIB-in yaydığı məlumata əsasən, əməliyyat çərçivəsində qanunsuz silah və sursat daşımalarının marşrutları izlənilib, terror qrupları və silah qaçaqmalçıları ilə əlaqədə olduğu iddia edilən şəxslər saxlanılıb.

    Rəsmi məlumata görə, əməliyyat zamanı 50-dən çox odlu silah, 70 kiloqram partlayıcı maddə, 2 min ədəd güllə və müxtəlif növ sursat aşkar edilərək müsadirə olunub.

    İran rəsmiləri hadisənin ölkənin milli təhlükəsizliyinə qarşı yönəlmiş fəaliyyətlərin qarşısının alınması məqsədi daşıdığını vurğulayıb. Hadisə regionda İran-İsrail qarşıdurmasının fonunda təhlükəsizlik gərginliyinin artdığı bir dövrdə baş verib.

    #silah qaçaqmalçılığı #İran kəşfiyyatı #Regionda gərginlik #İran-İsrail qarşıdurması #Yaxın Şərq təhlükəsizliyi #partlayıcı maddələr #SEPAH əməliyyatı iddiası #SEPAH əməliyyatı #İran təhlükəsizlik qüvvələri #İsraillə əlaqəli şəbəkələr #IRGC xəbəri #İran təhlükəsizlik əməliyyatı #Qanunsuz silah daşımaları #Terror şəbəkələri #İran daxili təhlükəsizliyi #Silah müsadirəsi
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Misir müdafiə sazişinə qoşula bilər - Ərdoğan

    16 Avqust 2026 11:25

    Husilərin Səudiyyəyə hücumu nəticəsində 11 mülki şəxs yaralanıb

    7 Avqust 2026 10:48

    Netanyahu ABŞ səfərinə görünməmiş təhlükəsizlik tədbirləri ilə yollanıb

    28 İyul 2026 10:03

    Böyük Britaniyada İranla bağlı yeni casusluq işi açılıb

    17 İyul 2026 21:34

    ABŞ İran üzərinə yeni hava hücumları həyata keçirib - CENTCOM

    15 İyul 2026 17:18

    İran hücum edərsə, İsrail güclü cavab verəcək - Benyamin Netanyahu

    14 İyul 2026 19:32

    İranın ərəb və türk dünyasına qarşı bitməyən aqressiyası

    3 İyul 2026 07:48

    Litani çayı ətrafında yeni qarşıdurma: gərginlik artır?

    26 May 2026 19:07

    İsrail ordusu Livanda yaşayış məntəqələrinin boşaldılmasını tələb etdi

    26 May 2026 18:55

    Qəzzada ölənlərin sayı İsrail hücumları fonunda artmaqda davam edir

    21 May 2026 19:23

    PUA hücumu Abu Dabidəki atom elektrik stansiyasının yaxınlığında yanğına səbəb olub

    17 May 2026 17:16

    Türkiyə ABŞ-İran atəşkəsinin qorunmasını əsas prioritet sayır

    12 May 2026 22:00
    XƏBƏR LENTİ

    Tarixdə bu gün – 23 Avqust

    İsrail Livanın cənubuna hücumları davam etdirir

    Hindistan sahillərində Panama bayraqlı yük gəmisi batıb

    Türkiyə ilə gərginliyi artırmaq niyyətimiz yoxdur - Gideon Saar

    ABŞ TikTok-la 400 milyon dollarlıq məxfilik razılaşmasına gəlib

    Qəzza müharibəsi AIPAC-ın ABŞ siyasətindəki mövqeyinə zərbə vurur

    Özbəkistan–Azərbaycan Regionlararası Forumu keçirilib

    ABŞ-nin “iqtisadi terrorunun” ölkədə sabitliyi pozmasına imkan verməyəcəyik - İran

    Misir və İran bölgədə gərginliyin azaldılması və diplomatik danışıqların bərpasını müzakirə edib

    Daşkənd Prezident İlham Əliyevin rəsmi səfərinə hazırlaşır

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.