İranın paytaxtı Tehranda ölkənin yeni rəhbəri Müctəba Xameneiyə sədaqət və bağlılıq nümayiş etdirmək məqsədilə on minlərlə insanın iştirakı ilə izdihamlı yürüş keçirilib. Tədbir şəhərin mərkəzi nöqtələrindən biri olan İmam Hüseyn meydanından başlayaraq tarixi Azadi meydanına qədər davam edib. Əllərində dövlət bayraqları daşıyan iştirakçılar Müctəba Xameneinin liderliyini dəstəkləyən şüarlar səsləndiriblər. Yürüş həm də kəskin siyasi mesajlarla müşayiət olunub; belə ki, kütlə ABŞ və İsrail əleyhinə şüarlar atıb, ABŞ Prezidenti Donald Trampın karikaturalarının əks olunduğu dövizlər nümayiş etdiriblər.
#Müctəba Xameneyi
İranın Ali rəhbəri Müctəba Xameneinin baş müşaviri və ölkənin nüfuzlu siyasətçilərindən biri olan Əli Əkbər Vilayəti Hörmüz boğazının statusu ilə bağlı mühüm bəyanatla çıxış edib. Vilayəti "X" sosial platformasındakı rəsmi hesabında paylaşdığı mesajda strateji su yolunun gələcəyi barədə kəskin mövqe nümayiş etdirib. O bildirib ki, Hörmüz boğazı dünyaya açıq olsa da, "İran xalqının düşmənlərinə və onların regiondakı hərbi bazalarına hər zaman qapalı qalacaq". Bu açıqlama beynəlxalq enerji daşımaları üçün həyati əhəmiyyət kəsb edən su yolunda gərginliyin daha da artacağından xəbər verir.
Məhəmməd Baqir Qalibaf bir çox məqamlarda Əli Laricaninin xələfidir, lakin o, sağlığında yaxın olduğu Ali Rəhbər Əli Xameneyinin xələfi olmayacaq. Çünki "Vəliyyi-fəqih"in xələfi mütləq "Ayətullah" rütbəli din xadimi olmalıdır, Qalibafın isə ali dini təhsili yoxdur. Hazırda Parlament sədri olan Qalibaf, ABŞ Prezidenti Donald Trampın adını çəkmədən birbaşa danışıqlara çağırdığı şəxsə çevrilib. Bu, onu İranın gələcək liderliyinə ən güclü namizəd edir – təbii ki, əgər gələcəkdə vəziyyət dəyişməsə və o, "azmış" bir raketin və ya daxili sui-qəsdin qurbanı olmasa.
İran Prezident Administrasiyasının İnformasiya məsələləri üzrə rəhbər müavini ölkənin təhlükəsizlik iyerarxiyasında mühüm dəyişikliyi açıqlayıb.
Bundan qırx il əvvəl Pol Kennedi “Böyük dövlətlərin yüksəlişi və tənəzzülü... 1500-cü ildən 2000-ci ilə qədər” adlı görkəmli kitabını nəşr etdirdi. O, bu kitabda imperiyaların yüksəliş və süqut səbəblərindən bəhs edərək xəbərdarlıq edirdi ki, hər hansı bir böyük güc öz resursları, imkanları və daxili məhsuldarlığı arasında tarazlıq yarada bilməsə, gec-tez tənəzzül mərhələsinə qədəm qoyacaqdır. Kitabda bəhs edilən qədim böyük dövlətlərdən asılı olmayaraq, biz XX əsrdə Osmanlı, Britaniya və Rusiya/Sovet imperiyalarının süqutunun, o cümlədən Almaniya və Yaponiya cəhdlərinin qırılmasının şahidi olduq.
İran rəsmisi Reuters agentliyinə bildirib ki, Ali Lider Müctəba Xamenei hücumlar zamanı yüngül xəsarətlər alıb. Rəsmi şəxs Xameneinin səhhətinin yaxşı olduğunu və vəzifələrini yerinə yetirməyə davam etdiyini bildirib.
ABŞ və İsrailin hava hücumları nəticəsində həlak olan İranın ali rəhbəri Ayetullah Əli Xameneyi üçün paytaxt Tehranda üç gün davam edəcək dəfn mərasimi təşkil olunacaq. İranın rəsmi xəbər agentliyi IRNA-nın məlumatına görə, İslami Təbliğat Şurasının rəhbəri Möhsün Mahmudi mərasimin detalları barədə məlumat verib. Mahmudi bildirib ki, ölkə rəhbəri ilə vida mərasimi bu gecə Tehrandakı İmam Xomeyni məscidində başlayacaq. Rəsmi şəxsin sözlərinə görə, xalqın ali rəhbərlə vidalaşması üçün nəzərdə tutulan tədbirlər ardıcıl olaraq üç gün ərzində davam edəcək.
İranın ali dini lideri Ayətullah Əli Xameneinin oğlu Müctəba Xameneii ilə bağlı suallar dünya gündəmindədir. Müctəba Xameneyi (سید مجتبی حسینی خامنه ای) atası kimi rəsmi post tutmasa da, ölkənin olduqca güclü fiqurlarından biridir və atasının yerinə ən real namizəd hesab olunur.
İranın əsas məqsədi “Böyük Müqavimət Strategiyası” çərçivəsində ABŞ-ın təsirini zəiflətmək və onun resurslarını tükətməkdir.