Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Qətər
    • Körfəz Əməkdaşlıq Şurası
    • Arab+
    • ArabShow
      • ArabLyrics
      • ArabSport
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Digər Dövlətlər / İran
    İran

    Müctəba Xameneinin yaralanması ilə bağlı təfərrüatlar açıqlanıb

    9 May 2026 14:08
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Müctəba Xameneinin yaralanması ilə bağlı təfərrüatlar açıqlanıb
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,VOA Orxan Qədirzadə

    İran Ali Rəhbərinin Ofisinin mərasimlər üzrə baş direktoru Məzahir Hüseyni İranın yeni ali rəhbəri Müctəba Xameneinin səhhəti və ABŞ-İsrail müharibəsinin ilk günündə aldığı xəsarətlərlə bağlı yeni açıqlamalar verib.

    VOA xəbər verir ki, Hüseyni Tehranda keçirilən müharibə əleyhinə toplantıda çıxışı zamanı Müctəba Xameneinin bel və diz nahiyəsindən zədələr aldığını bildirib. Onun sözlərinə görə, xəsarətlərin bir hissəsi artıq sağalıb və İranın ali rəhbəri hazırda tam sağlam vəziyyətdədir.

    İranın “Fars” agentliyinin yaydığı məlumata əsasən, Hüseyni 28 fevral tarixində ABŞ və İsrail tərəfindən həyata keçirildiyi iddia olunan hücumun detalları barədə də danışıb. O bildirib ki, həmin gün mərhum Əli Xameneinin ofisi və ətrafı hədəfə alınıb.

    “Hadisə günü mən ofisdə idim. Düşmən bizdən təxminən 30 metr məsafədə yerləşən məntəqəni vurdu. Nəticədə general Şirazi və onunla birlikdə olan şəxslər həlak oldu”, – deyə Hüseyni qeyd edib.

    Məlumata görə, zərbələrdən biri Müctəba Xameneinin dini dərslər keçdiyi binanı tamamilə dağıdıb. Lakin o, həmin vaxt binada olmayıb.

    Hüseyni əlavə edib ki, daha sonra Müctəba Xameneinin yaşadığı ev də hədəfə alınıb. Hücum nəticəsində onun həyat yoldaşı Zəhra Həddad Adil həlak olub. Həmçinin Əli Xameneinin kürəkəni hesab olunan Misbah əl-Hüda Baqiri Kəni də hadisə zamanı ölüb.

    İran rəsmisinin sözlərinə görə, partlayışın yaratdığı təzyiq dalğası nəticəsində Müctəba Xamenei yerə yıxılıb və bu zaman bel və dizindən xəsarətlər alıb. O qeyd edib ki, bel nahiyəsindəki problem artıq sağalıb, dizindəki zədə isə yaxın vaxtlarda tam bərpa olunacaq.

    Hüseyni həmçinin Müctəba Xameneinin alnından yaralandığı barədə yayılan iddiaları təkzib edib. Onun sözlərinə görə, yalnız qulağının arxasında kiçik yara olub və həmin yara müalicə edilib.

    İran rəsmisi bildirib ki, “düşmən” yeni ali rəhbərin görüntüsünü və ya səsini əldə etməyə çalışır. O vurğulayıb ki, Müctəba Xamenei uyğun zamanda ictimaiyyət qarşısına çıxacaq.

    Qeyd edək ki, Müctəba Xamenei atası Əli Xameneinin müharibənin ilk günündə öldürülməsindən sonra İranın ali rəhbəri seçilib. O, vəzifəyə gəldikdən sonra ictimaiyyət qarşısında görünmədiyi üçün səhhəti ilə bağlı müxtəlif ehtimallar irəli sürülürdü.

    İran Prezidenti Məsud Pezeşkian isə ötən həftə açıqlamasında Müctəba Xamenei ilə iki saat yarımlıq görüş keçirdiyini və onun fəaliyyətini davam etdirdiyini bildirib.

    #Əli Xamenei #İran təhlükəsizlik böhranı #İran-İsrail qarşıdurması #Müctəba Xamenei #İran müharibəsi #İran ali rəhbəri #ABŞ-İsrail hücumu #Tehran hücumu #İran siyasi rəhbərliyi #Məzahir Hüseyni #İranın yeni ali rəhbəri #Müctəba Xameneinin səhhəti
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    İran parlamentinin sədri Bağdad, Kərbəla və Nəcəfə səfər edəcək

    18 Avqust 2026 22:48

    ABŞ-İran anlaşması müharibənin həlli üçün hələ də əhəmiyyət daşıyır

    17 Avqust 2026 20:17

    ABŞ Tomahawk raketlərinin istehsalını artırmaq üçün 22,9 milyard dollarlıq müqavilə bağladı

    17 Avqust 2026 20:07

    İran ABŞ-la İnqilab Keşikçiləri arasında danışıqlar aparıldığını inkar edib

    17 Avqust 2026 18:57

    60 günlük müddət başa çatdıqdan sonra ABŞ və İranı nə gözləyir?

    17 Avqust 2026 18:53

    İran 200-dən çox düşmən təyyarəsinin vurulduğunu iddia edib

    17 Avqust 2026 18:25

    İran müharibəsi ABŞ Hərbi Dəniz Qüvvələrini gərginlik altında saxlayır

    16 Avqust 2026 14:00

    Ukraynadan İrana qədər - Müasir müharibələrin niyə qalibi yoxdu?

    16 Avqust 2026 06:00

    ABŞ ucuz alternativlər fonunda Patriot raketlərini yenidən dizayn edir

    15 Avqust 2026 13:52

    ABŞ-da inflyasiya qorxusu istehlakçı inamını aşağı salıb

    14 Avqust 2026 20:25

    ABŞ İran hakimiyyətinə təsir göstərmək üçün hansı imkanlara malikdir?

    13 Avqust 2026 17:38

    ABŞ və İran razılaşdı: Atəşkəs uzadıldı

    12 Avqust 2026 13:45
    XƏBƏR LENTİ

    Düşmənlər İrana qarşı planlarından heç vaxt əl çəkməyəcək - SEPAH

    HƏMAS da qəbul edilmir, Fələstin rəhbərliyi də: Bəs Qəzzanı kim idarə edəcək?

    Ronalda futboldan sonra nə işlə məşğul olacaq?

    Bu gün “Mona Liza”nın oğurlanması üzə çıxdı

    Qəzzanın milyardlıq büdcəsini kim idarə edəcək?

    Kəbənin yerləşdiyi müqəddəs Məkkənin tarixi, coğrafiyası və dini əhəmiyyəti

    Tarixdə bu gün – 22 Avqust

    Tramp bal zalını “hərbi mərkəz” adlandırır - Layihənin 65 faizi tamamlanıb

    Lula Trampa xəbərdarlıq edib - Tariflər hər iki iqtisadiyyata zərər verəcək

    ABŞ-nin İrana qarşı iqtisadi təzyiq siyasəti uğursuzluğa məhkumdur - Abbas Əraqçi

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.