Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Redaktorun Seçimi
    Redaktorun Seçimi

    Netanyahunun tərəfdaşları Qəzzada atəşkəsi pozmağa hazırlaşır

    2 İyul 2025 16:59
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Netanyahunun tərəfdaşları Qəzzada atəşkəsi pozmağa hazırlaşır
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice

    Netanyahunun sağçı müttəfiqləri Qəzzada atəşkəsi pozmağa çalışır.

    AzerVoice xəbər verir ki, İsrailin ifrat sağçı nazirləri – Milli Təhlükəsizlik naziri İtamar Ben-Qvir və Maliyyə naziri Bezalel Smotriç Qəzzada atəşkəs və məhbus mübadiləsi razılaşmasının qarşısını almağa hazırlaşır.

    İsrail mediası bu şəxslərin mövcud razılaşmanı pozmaq üçün siyasi blok yaratmaq niyyətində olduğunu yazır.

    Yedioth Ahronot qəzetinə görə, Ben-Qvir bu məqsədlə Smotriçə müraciət edib və onların yaxın saatlarda görüşəcəyi gözlənilir. Lakin Smotriçin ofisindən yayılan açıqlamada, belə bir birbaşa müraciətin olmadığı bildirilib.

    Qeyd edək ki, hər iki nazir daha əvvəl də atəşkəsə qarşı olduqlarını açıq şəkildə bəyan ediblər. Yanvar ayında Ben-Qvir atəşkəsə etiraz olaraq istefa versə də, Smotriç eyni addımı atmayıb.

    Son hücumlar fonunda Qəzzada 39 fələstinli həyatını itirib. ABŞ prezidenti Donald Tramp isə İsrailin 60 günlük atəşkəs şərtlərini qəbul etdiyini və bu müddətdə danışıqların davam etdiriləcəyini açıqlayıb. Tramp, yaxın günlərdə Netanyahunu Vaşinqtonda qəbul edəcəyini də bildirib.

    #İsrail #Qəzza zolağı #ABŞ #Donald Tramp #atəşkəs #Təl-Əviv #atəşkəs razılaşması #Məhbus mübadiləsi #İtamar Ben Qvir #Atəşkəs pozuntusu #Betsalel Smotriç
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    ABŞ agentliyi Boeing 737 insidenti üzrə araşdırmanı davam etdirir

    22 İyul 2026 22:00

    Ya bütün region müharibədən kənarda qalacaq, ya da münaqişə hamını əhatə edəcək - Qalibaf

    22 İyul 2026 21:52

    İrana qarşı dəniz blokadası bərpa olunduqdan sonra doqquz gəminin marşrutu dəyişdirilib - ABŞ

    22 İyul 2026 21:49

    Tramp süni intellekt məlumat mərkəzlərinin elektrik xərcləri ilə bağlı yeni təşəbbüs açıqlayacaq

    22 İyul 2026 21:11

    ABŞ raket istehsalı obyektlərimizi müəyyən edə bilmir - İran ordusu

    22 İyul 2026 20:16

    İyunun 27-dən bəri 53 mülki şəxs həlak olub - İran Səhiyyə Nazirliyi

    22 İyul 2026 20:12

    İran ABŞ-yə cavab olaraq kritik infrastrukturu hədəfə alacağını bildirib

    22 İyul 2026 20:08

    HƏMAS-ın yeni lideri vasitəçi ölkələrə təşəkkür edib

    22 İyul 2026 20:05

    İrana qarşı əməliyyatlara ABŞ ictimaiyyətinin münasibəti necədir?

    22 İyul 2026 19:55

    ABŞ İranla danışıqların çətin olduğunu açıqlayıb

    22 İyul 2026 19:37

    İran bunun əvəzini ağır ödəyəcək - Tramp

    22 İyul 2026 19:33

    İsrail və Livan arasında növbəti danışıqlar avqustun 4-də İtaliyada keçiriləcək

    22 İyul 2026 19:26
    XƏBƏR LENTİ

    Amerika elminin süqutu: Alimlər niyə Amerikadan Çinə qaçır?

    Avropada dövlət qərarı ilə sterilizasiya edilən qadınlar: XX əsrin unudulan faciəsi

    Tarixdə bu gün - 23 İyul

    Pakistan və Misir Yaxın Şərqdə gərginliyin azaldılmasına çağırış edib

    ABŞ agentliyi Boeing 737 insidenti üzrə araşdırmanı davam etdirir

    Avropa Komissiyası 110 milyard dollarlıq media sövdələşməsini şərtlərlə təsdiqləyib

    Ya bütün region müharibədən kənarda qalacaq, ya da münaqişə hamını əhatə edəcək - Qalibaf

    İrana qarşı dəniz blokadası bərpa olunduqdan sonra doqquz gəminin marşrutu dəyişdirilib - ABŞ

    Körfəz Əməkdaşlıq Şurası İranın hücumlarını pisləyib

    Tramp süni intellekt məlumat mərkəzlərinin elektrik xərcləri ilə bağlı yeni təşəbbüs açıqlayacaq

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.