#atəşkəs razılaşması

Livan Prezidenti Cozef Aun İsrailin ölkənin cənubuna, xüsusilə Nəbatiyyə və ətraf ərazilərə davam edən hücumlarını pisləyib. O, İsrailin bu hücumlarla ABŞ və İsrail arasında əldə olunan razılaşmanı dəfələrlə pozduğunu bildirib. Aun hücumları “danışıqlar prosesinə açıq mesaj” adlandırıb. Onun sözlərinə görə, İsrailin hərbi fəaliyyəti ABŞ-ın razılaşmanın icrasını təmin etmək səylərinə də təsir göstərir. Livan Prezidenti İsraili mülki əhalinin müdafiəsini nəzərdə tutan beynəlxalq hüquq normalarını pozmaqda ittiham edib. O, Nəbatiyyə və ətraf ərazilərdə hücumların davam etməsinin gərginliyi artırdığını vurğulayıb. Aunun açıqlaması tərəflər arasında razılaşmanın icrası ilə bağlı fikir ayrılıqlarının davam etdiyi bir vaxtda səslənib. Livan hakimiyyəti İsrailin hücumları dayandırmasını və ölkənin cənubunda sabitliyin təmin olunmasını tələb edir.

Livan ordusu İsrail hərbi qüvvələrinin ölkənin cənubunda davam edən əməliyyatlarını pisləyərək bildirib ki, bu fəaliyyətlər ordunun bölgədə tam yerləşdirilməsi prosesinə mane olur. Livan Silahlı Qüvvələrinin yaydığı açıqlamada İsrailin ötən ay əldə olunmuş razılaşmalar çərçivəsində üzərinə götürdüyü öhdəlikləri və beynəlxalq hüquq normalarını pozduğu iddia edilib.

Qəzza zolağında müharibənin başlanmasından 1000 gün ötür. HƏMAS-ın 2023-cü il 7 oktyabr tarixində İsrail ərazisinə həyata keçirdiyi hücumdan sonra başlayan silahlı qarşıdurma regionun təhlükəsizlik mühitini kökündən dəyişdirib. Bu müddət ərzində Yaxın Şərqin müxtəlif bölgələrində yeni münaqişələr meydana çıxsa da, əldə olunan kövrək atəşkəs razılaşmaları davam edən hücumların kölgəsində qalır. Fələstinlilər uzun sürən müharibənin yaratdığı ağır sosial, psixoloji və humanitar nəticələrlə üz-üzədir.

İşğal altındakı Şərqi Qüdsdə yerləşən müsəlmanların ilk qibləsi Məscid-i Əqsa 41 günlük tam qadağadan sonra yenidən ibadətə açılıb. 28 fevral tarixindən – ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatlara başladığı gündən bəri bağlı qalan müqəddəs məkanda ilk süph namazı qılınıb.

ABŞ-ın vitse-prezidenti Cey Di Vens rəsmi Vaşinqtonla Tehran arasında əldə olunmuş atəşkəs razılaşmasını "kövrək" adlandıraraq, İran tərəfinə xəbərdarlıq edib. Macarıstanın ali təhsil müəssisələrindən birində çıxış edən vitse-prezident Vens ABŞ-İran münasibətlərindəki son gərginliyi və əldə olunmuş müvəqqəti razılaşmanı şərh edib. O bildirib ki, Prezident Donald Tramp İran rəhbərliyinə vaxt qoyaraq, Hörmüz boğazının dərhal açılmasını və qlobal iqtisadiyyatın girov saxlanılmasına son qoyulmasını tələb edib. İranın bu şərtləri qəbul etməsi qarşılığında ABŞ və müttəfiqləri hücumları dayandırmağa razılıq veriblər.

ABŞ və İran arasında əldə olunmuş müvəqqəti atəşkəs razılaşmasından bir neçə saat sonra Hörmüz boğazında gəmilərin hərəkəti bərpa edilib. Şərti atəşkəs elan edildikdən sonra strateji boğazı keçən ilk gəmi Liberiya bayrağı altında üzən "Dayton Beach" yük gəmisi olub. İranın Bəndər-Abbas limanındakı gözləmə zonasını tərk edən gəmi, Hörmüz boğazından keçərək Birləşmiş Ərəb Əmirliyinin Əl-Füceyrə limanına doğru istiqamət alıb.

ABŞ Prezidenti Donald Tramp İsrail və HƏMAS arasında əldə olunan atəşkəs razılaşmasına münasibət bildirərək, Amerika Birləşmiş Ştatlarının Qəzzada sülhün qorunması prosesinə fəal şəkildə qatılacağını bəyan edib.AzerVoice xəbər verir ki, bu haqda Tramp “Fox News” telekanalına verdiyi açıqlamada deyib.