Türkiyənin əhalisi 2026-cı ilin ilk 6 ayında 228 min 434 nəfər artaraq iyulun 1-nə 86 milyon 320 min 602 nəfərə çatıb. Bu barədə Türkiyə Statistika Qurumu (TÜİK) dövri əhali statistikasını açıqlayıb. 2025-ci ilin sonunda 86 milyon 92 min 168 nəfər olan əhali ilin ilk yarısında 228 min 434 nəfər artıb. Mayın 1-dən iyulun 1-dək isə əhalinin sayı 123 min 904 nəfər yüksəlib.
Türkiyə
Türkiyənin Milli Müdafiə Nazirliyi İsrailin Suriyadakı Əbu əz-Zuhur hərbi hava bazasına hücumunu pisləyərək, Suriyanın suverenliyini və ərazi bütövlüyünü pozan hücumların qəbuledilməz olduğunu bildirib. Nazirlik İsrailin bu cür hücumlara son qoymasının və beynəlxalq hüququn tələblərinə əməl etməsinin həm Suriyada, həm də bütövlükdə regionda sülh və sabitliyin təmin edilməsi baxımından zəruri olduğunu bildirib.
PKK-nın silahı yerə qoyması ilə yanaşı, terror təşkilatının arsenalındakı silah və sursatın başqa bölgələrə və ya digər terror qruplaşmalarına ötürülməsinin qarşısının alınması üçün nəzarət mexanizmi yaradılacaq. MİT-in nəzarəti altında Türkiyənin Milli Müdafiə Nazirliyinə təhvil veriləcək silahlar ayrı-ayrılıqda qeydiyyata alınacaq və onların sayı mövcud kəşfiyyat məlumatları ilə müqayisə ediləcək. Bununla təhvil verilən silah və sursatda hər hansı çatışmazlığın müəyyənləşdirilməsi nəzərdə tutulur.
2026-cı ilin iyul ayında İordaniya vətəndaşları Türkiyədə 21 mənzil və 4 iş yeri olmaqla, ümumilikdə 25 daşınmaz əmlak alıb. Bu göstərici 2025-ci ilin iyul ayı ilə müqayisədə dəyişməyib. Ötən ilin eyni ayında İordaniya vətəndaşları Türkiyədə 24 mənzil və 1 iş yeri əldə edib. Türkiyədə ümumi daşınmaz əmlak bazarında isə iyul ayında 123 min 603 mənzil satılıb. Bu, illik müqayisədə 17 faiz azalma deməkdir.
Türkiyə ilə Suriya arasında mədən sənayesinin inkişafı və enerji əməkdaşlığının genişləndirilməsi məqsədilə Şamda “Fosfat Sahəsində Anlaşma Memorandumu” imzalanıb. İmza mərasimində Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar və Suriyanın energetika naziri Məhəmməd Bəşir iştirak ediblər.
2026-cı ilin iyun ayında Liviya vətəndaşları Türkiyədə 13 mənzil və 2 iş yeri olmaqla, ümumilikdə 15 daşınmaz əmlak obyekti alıblar. Bu göstərici 2025-ci ilin iyun ayı ilə müqayisədə 9 obyekt çoxdur. Ötən ilin eyni ayında Liviya vətəndaşları Türkiyədə 3 mənzil və 1 iş yeri olmaqla cəmi 4 daşınmaz əmlak almışdılar.
Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Yaponiyanın Baş naziri Sanae Takaiçi ilə telefon vasitəsilə danışıb. Görüş zamanı Prezident Ərdoğan Türkiyə ilə Yaponiya arasında başda müdafiə sənayesi, investisiya və ticarət sahələri olmaqla, bütün istiqamətlərdə əməkdaşlığın daha da dərinləşdirilməsi üçün səylərin aramsız davam etdiriləcəyini vurğulayıb.
ABŞ-də fəaliyyət göstərən 7 nüfuzlu Türk-Amerikan təşkilatı Birləşmiş Ştatlar Konqresinin 50-dən çox üzvünə birgə məktub ünvanlayaraq, Türkiyəyə F-35 qırıcı təyyarələrinin satışının dəstəklənməsini və CAATSA sanksiyalarının ləğv edilməsini tələb edib. Sənədi Türk Amerikan Dərnəkləri Asambleyası, Türk Amerikan Koalisiyası, MÜSİAD USA və TASC kimi aparıcı qurumlar imzalayıb. Təşkilatlar bildiriblər ki, F-35 tədarükünün təsdiqlənməsi NATO-nun cənub-şərq cinahını gücləndirməklə yanaşı, Ankara-Vaşinqton münasibətlərinə böyük töhfə verəcək və Türkiyənin alternativ hərbi bazarlara yönəlməsinin qarşısını alacaq.
2026-cı ilin iyun ayında Azərbaycan vətəndaşları Türkiyədə 90 mənzil və 4 iş yeri olmaqla ümumilikdə 94 daşınmaz əmlak obyekti alıblar. Bu göstərici 2025-ci ilin iyul ayı ilə müqayisədə 10 obyekt azdır. Ötən ilin eyni ayında Azərbaycan vətəndaşları Türkiyədə 98 mənzil və 6 iş yeri satın alıblar. Məlumata görə, 2026-cı ilin iyulunda Türkiyədə ümumilikdə 123 min 603 mənzil satılıb. Bu, illik müqayisədə 17 faiz azalma deməkdir.
İraq Baş naziri Əli Falih əz-Zeydi Türkiyə şirkətlərini ölkədəki strateji infrastruktur və enerji layihələrinə investisiya yatırmağa dəvət edib. İraq hökumətinin məlumatına görə, Zeydi Kalyon Holdinqin İdarə Heyəti sədrinin müavini Lütfi Elvan və onu müşayiət edən nümayəndə heyəti ilə görüşüb. Görüşdə iki ölkə arasında iqtisadi və investisiya əməkdaşlığının genişləndirilməsi, həmçinin Türkiyə şirkətlərinin İraqın inkişaf layihələrində iştirakı müzakirə olunub.
ABŞ-nin Suriya üzrə xüsusi nümayəndəsi Tomas Barrak çərşənbə axşamı bildirib ki, İsrailin Türkiyə sərhədi yaxınlığındakı Suriya hərbi hava bazasına zərbə endirməsindən sonra rəsmi Vaşinqton İsrail, Türkiyə və Suriya arasında hərbi toqquşmanın qarşısını almaq məqsədilə xüsusi koordinasiya mexanizminin yaradılması üzərində işləyir.
Türkiyə İsrail Baş nazirlik ofisinin Ankara ilə bağlı irəli sürdüyü iddiaları əsassız adlandıraraq, bunun Suriyaya qarşı qanunsuz hava hücumlarını legitimləşdirməyə xidmət etdiyini bildirib. Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsindən verilən açıqlamada İsrailin ittihamlarının həqiqəti əks etdirmədiyi vurğulanıb. Bildirilib ki, bu iddialar İsrailin Suriyanın suverenliyi və ərazi bütövlüyünə qarşı həyata keçirdiyi hava hücumlarına bəraət qazandırmaq məqsədi daşıyır.