Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Qətər
    • Körfəz Əməkdaşlıq Şurası
    • Arab+
    • ArabShow
      • ArabLyrics
      • ArabSport
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Türk Dövlətləri / Türkiyə
    Türkiyə

    Türkiyə və Suriya arasında enerji və mədənçilik üzrə yeni əməkdaşlıq sazişi imzalanıb

    19 Avqust 2026 16:28
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Türkiyə və Suriya arasında enerji və mədənçilik üzrə yeni əməkdaşlıq sazişi imzalanıb
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,VOA, Fərid Mikayılov

    Türkiyə ilə Suriya arasında mədən sənayesinin inkişafı və enerji əməkdaşlığının genişləndirilməsi məqsədilə Şamda “Fosfat Sahəsində Anlaşma Memorandumu” imzalanıb.

    VOA xəbər verir ki, sənəd Türkiyənin Mədən Tədqiqat və Axtarış Baş İdarəsinin (MTA) tabeliyində fəaliyyət göstərən “MTA IC” ilə Suriya Geologiya və Mədən Ehtiyatları Baş İdarəsi arasında imzalanıb.

    İmza mərasimində Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar və Suriyanın energetika naziri Məhəmməd Bəşir iştirak ediblər.

    Memorandum çərçivəsində fosfat hasilatı, yeni yataqların işlənməsi, mədən infrastrukturunun bərpası, həmçinin neft və qaz kəşfiyyatı üzrə bir sıra layihələrin həyata keçirilməsi nəzərdə tutulur.

    Fosfat hasilatı və dəmir yolu layihəsi

    Çərçivə sazişinin gələcəkdə daha genişmiqyaslı kommersiya müqavilələri üçün əsas yaradacağı bildirilir. Layihə çərçivəsində fosfat hasilatının artırılması, yeni yataqların istismara verilməsi və hasil olunan məhsulun dəniz limanlarına daşınması üçün dəmir yolu infrastrukturunun yaradılması planlaşdırılır.

    Bundan əlavə, Hələb ətrafındakı dəmir filizi yataqlarının yenidən istismara cəlb edilməsi ilə bağlı birgə işlərin aparılması nəzərdə tutulur.

    Suriya ərazisində kükürd və fosfor turşusu istehsalı müəssisələrinin yaradılması, fosfat daşınması üçün nəqliyyat infrastrukturunun bərpası və Türkiyəyə fosfat idxalı da əməkdaşlığın əsas istiqamətləri arasında yer alır.

    Türkiyədən Suriyaya elektrik ixracı artırılacaq

    Suriya infrastrukturunun bərpası çərçivəsində Türkiyənin bu ölkəyə elektrik enerjisi tədarükünü də əhəmiyyətli dərəcədə artıracağı bildirilir.

    Yaxın həftələrdə istifadəyə verilməsi planlaşdırılan Birecik-Hələb elektrik xəttinin işə düşməsi ilə Türkiyədən Suriyaya elektrik enerjisi ixracının təxminən üç dəfə artaraq 800-900 meqavat səviyyəsinə çatması gözlənilir.

    Suriya tərəfi xəttin sentyabrın sonunadək tam gücü ilə fəaliyyətə başlayacağını və bunun xüsusilə Hələb bölgəsində elektrik təminatının yaxşılaşdırılmasına imkan verəcəyini açıqlayıb.

    Neft, qaz və geotermal enerji üzrə əməkdaşlıq

    Türkiyə Petrolları Anonim Ortaklığının (TPAO) Suriyanın qurudakı və Aralıq dənizindəki dəniz yataqlarında seysmik tədqiqat və qazma işləri aparması da planlaşdırılır.

    Türkiyənin Qara dəniz və Somali layihələrində əldə etdiyi təcrübədən istifadə etməklə beynəlxalq tərəfdaşlarla birlikdə Suriyanın karbohidrogen ehtiyatlarının araşdırılması hədəflənir.

    Bununla yanaşı, Türkiyə Suriyanın geotermal enerji potensialının inkişafında da iştirak etməyə hazırdır. Ankara bu sahədə əldə etdiyi texnoloji təcrübəni Suriyanın enerji infrastrukturunun bərpasına yönəltməyi planlaşdırır.

    Beləliklə, Ankara ilə Dəməşq arasında əldə olunan razılaşmalar mədənçilikdən elektrik enerjisinə, neft-qaz kəşfiyyatından geotermal enerjiyə qədər bir sıra strateji sahələri əhatə edir.

    #Türkiyə #Alparslan Bayraktar #TPAO #Türkiyə Enerji və Təbii Sərvətlər Nazirliyi #Suriya
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Ankara Netanyahunun beynəlxalq axtarışa verilməsi üçün hərəkətə keçib

    21 Avqust 2026 20:30

    Türkiyə etibarlı tərəfdaş və müttəfiqdir - Səudiyyə Ərəbistanlı general

    21 Avqust 2026 14:54

    Müharibədən sonrakı bərpa mərhələsi - Suriya neft və qaz infrastrukturunu yenidən qurur

    21 Avqust 2026 12:49

    ABŞ səfiri İsrail və Türkiyə arasında birbaşa toqquşma ehtimalını qiymətləndirdi

    21 Avqust 2026 12:43

    Bölgədə sülh üçün əməkdaşlığımızı gücləndirəcəyik - Hakan Fidan

    20 Avqust 2026 21:10

    Suriyanın suverenliyini pozan hücumlar qəbuledilməzdir - Türkiyə MN

    20 Avqust 2026 13:21

    Bütün müttəfiqləri müdafiə etmək üçün zəruri addımları atacağıq - NATO

    19 Avqust 2026 17:14

    İsrailin Suriyadakı basqınında 100-dən çox hərbçi iştirak edib

    19 Avqust 2026 17:09

    Ərdoğan və Takaiçi ikitərəfli əlaqələri müzakirə etdi

    19 Avqust 2026 14:51

    "Sanksiyalar ləğv edilsin, Türkiyəyə F-35 verilsin!" — ABŞ parlamentarilərinə rəsmi məktub göndərildi

    19 Avqust 2026 14:09

    "Əbu əd-Duhur" zərbəsi türklərə mesajdır - İsrail mediası

    18 Avqust 2026 21:27

    Türkiyə İsrailin Suriyadakı hərbi hava limanına zərbələrini kəskin pisləyib

    18 Avqust 2026 20:56
    XƏBƏR LENTİ

    Ronalda futboldan sonra nə işlə məşğul olacaq?

    Bu gün “Mona Liza”nın oğurlanması üzə çıxdı

    Qəzzanın milyardlıq büdcəsini kim idarə edəcək?

    Kəbənin yerləşdiyi müqəddəs Məkkənin tarixi, coğrafiyası və dini əhəmiyyəti

    Tarixdə bu gün – 22 Avqust

    Tramp bal zalını “hərbi mərkəz” adlandırır - Layihənin 65 faizi tamamlanıb

    Lula Trampa xəbərdarlıq edib - Tariflər hər iki iqtisadiyyata zərər verəcək

    ABŞ-nin İrana qarşı iqtisadi təzyiq siyasəti uğursuzluğa məhkumdur - Abbas Əraqçi

    Hərbi təchizat zəncirimiz fəaliyyətini davam etdirir - İran

    NATO ölkələri Hörmüz boğazı üçün planları müzakirə edib

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.