Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Qətər
    • Körfəz Əməkdaşlıq Şurası
    • Arab+
    • ArabShow
      • ArabLyrics
      • ArabSport
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Cəmiyyət
    Cəmiyyət

    Ombudsman Beynəlxalq Məcburi Yoxaçıxma Qurbanları Günü ilə əlaqədar bəyanat yayıb

    29 Avqust 2026 12:54
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Ombudsman Beynəlxalq Məcburi Yoxaçıxma Qurbanları Günü ilə əlaqədar bəyanat yayıb
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,VOA Orxan Qədirzadə

    Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) 30 Avqust - Beynəlxalq Məcburi Yoxaçıxma Qurbanları Günü ilə əlaqədar bəyanat yayıb.

    VOA bəyanatı təqdim edir.

    Münaqişələr nəticəsində itkin düşmüş şəxslərin taleyinin müəyyən olunması, onların ailələrinin və bütövlükdə cəmiyyətin həqiqəti bilmək hüququnun təmin edilməsi beynəlxalq hüququn fundamental tələblərindəndir. Birləşmiş Millətlər Təşkilatı (BMT) dünya ictimaiyyətinin diqqətini bu problemə yönəltmək, minlərlə itkin düşmüş, müharibə şəraiti və hərbi əməliyyatlar zamanı həyatlarını itirmiş naməlum şəxslərin, tutularaq gizli yerlərdə saxlanılan və ya gizli şəkildə qətlə yetirilmiş şəxslərin xatirəsini yad etmək məqsədilə 30 Avqust - Beynəlxalq Məcburi Yoxaçıxma Qurbanları Gününü təsis etmişdir.

    Müharibə qurbanlarının müdafiəsi haqqında 1949-cu il Cenevrə Konvensiyaları, onların Əlavə Protokolları və BMT-nin Bütün şəxslərin məcburi yoxaçıxmalardan müdafiəsi üzrə Beynəlxalq Konvensiyası dövlətlərin itkin düşmüş şəxslərin taleyinin araşdırılması, ailələrin məlumat əldə etməsi və həqiqətin üzə çıxarılması istiqamətində səmərəli tədbirlər görmək öhdəliyini təsbit edir. Həlak olmuş şəxslərin qalıqlarının aşkar edilərək ləyaqətlə dəfn olunması, ailələrin həqiqəti öyrənmək hüququnun təmin edilməsi və cəmiyyətin baş vermiş hadisələr barədə məlumatlandırılması beynəlxalq humanitar hüququn ayrılmaz tərkib hissəsidir.

    Uzun illər silahlı münaqişələrin ağır fəsadları ilə üzləşmiş Azərbaycan üçün itkin düşmüş şəxslər məsələsi bu gün də öz aktuallığını qoruyur. Ölkəmizə qarşı 30 ildən çox davam edən təcavüz siyasəti, həmçinin Birinci və İkinci Qarabağ müharibələri nəticəsində minlərlə ailə itkin düşmüş əzizlərinin taleyi barədə məlumat almaq hüququndan məhrum qalmış, bu qeyri-müəyyənlik onların uzun illərdir davam edən mənəvi, psixoloji və sosial iztirablarına səbəb olmuşdur.

    Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının rəsmi məlumatına əsasən, Birinci Qarabağ müharibəsi nəticəsində 4 mindən artıq Azərbaycan vətəndaşı itkin düşmüş şəxs kimi qeydiyyata alınıb. İkinci Qarabağ müharibəsindən və lokal xarakterli antiterror əməliyyatından sonrakı dövrdə azad olunmuş ərazilərimizdə aşkar edilmiş 32 kütləvi məzarlıqda dövlətin tərəfindən həyata keçirilmiş sistemli axtarış, ekshumasiya, məhkəmə-tibbi ekspertiza və identifikasiya tədbirləri nəticəsində tapılan insan qalıqlarından 328 nəfərin şəxsiyyəti DNT və məhkəmə tibbi ekspertizası vasitəsi ilə müəyyən edilmiş, 250 nəfərin qalıqları ailələrinə təhvil verilərək dəfn olunmuşdur və bu istiqamətdə işlər hazırda davam etdirilir.

    Qeyd olunan silahlı münaqişələrin başa çatmasına və iki dövlət arasında sülhün bərqərar olması istiqamətində atılan tədbirlərə baxmayaraq, hələ də 3682 nəfərin (Azərbaycan vətəndaşının) taleyinin naməlum qalması faktı bir daha sübut edir ki, bu istiqamətdə beynəlxalq humanitar əməkdaşlıq daha praktik, operativ və nəticəyönümlü tədbirlərlə gücləndirilməlidir. Zaman keçdikcə maddi sübutların itməsi və yaxud yararsız hala düşməsi, şahidlərin sayının azalması və məlumatların məhdud sayda olması itkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirilməsi prosesini çətinləşdirir.

    Regionda davam edən sülh gündəliyini nəzərə alaraq, bu humanitar problemin həlli üçün beynəlxalq humanitar təsisatlar öz mandatları, münaqişə tərəfi olmuş dövlətlər isə beynəlxalq hüquqla üzərilərinə götürdükləri öhdəliklər çərçivəsində kütləvi məzarlıqlar barədə məlumatların paylaşılması, DNT və məhkəmə-tibbi ekspertizası sahəsində əməkdaşlığın genişləndirilməsi, eləcə də itkin düşmüş şəxslərin taleyinin müəyyən olunması istiqamətində səylərini gücləndirməlidir.

    İnsan hüquqları sahəsində fəaliyyət göstərən beynəlxalq və regional təşkilatları, milli insan hüquqları institutlarını beynəlxalq humanitar hüquqa əsasən dövlətlərin humanitar öhdəliyi olan bu məsələyə xüsusi həssaslıqla yanaşmağa, itkin düşmüş şəxslərin taleyinin müəyyən olunması istiqamətində səyləri gücləndirməyə və praktik nəticələrin əldə olunmasına yönəlik birgə əməkdaşlığa dəvət edirəm.

    Səbinə Əliyeva

    Azərbaycan Respublikasının

    İnsan Hüquqları üzrə Müvəkkili

    (Ombudsman)

    29 avqust 2026

    Bəyanat BMT-nin Baş Katibinə, BMT-nin Təhlükəsizlik Şurasına, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarına, BMT-nin Qaçqınlar üzrə Ali Komissarına, BMT-nin İnsan Hüquqları Şurasına, UNICEF-in, UNESCO-nun, Avropa İttifaqının, Avropa Şurasının, ATƏT-in rəhbərlərinə, Beynəlxalq və Avropa Ombudsmanlar İnstitutlarına, Asiya Ombudsmanlar Assosiasiyasına, İslam Əməkdaşlıq Təşkilatına və bu quruma üzv dövlətlərin Ombudsmanlar Assosiasiyasına, Türk Dövlətlərinin Ombudsmanlar və Milli İnsan Hüquqları İnstitutları Assosiasiyasına, İslam Əməkdaşlıq Təşkilatının Müstəqil Daimi İnsan Hüquqları Komissiyasına, Avropa Uşaq Hüquqları Ombudsmanları Şəbəkəsinə, Beynəlxalq Sülh Bürosuna, müxtəlif ölkələrin ombudsmanlarına və milli insan hüquqları institutlarına, Azərbaycan Respublikasının xarici ölkələrdəki və xarici ölkələrin respublikamızdakı səfirliklərinə, Azərbaycanın diaspor təşkilatlarına göndərilib.

    Ombudsman Beynəlxalq Məcburi Yoxaçıxma Qurbanları Günü ilə əlaqədar bəyanat yayıb
    #ombudsman #Ombudsman Aparatı #Ombudsman bəyanatı #Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkil #30 Avqust - Beynəlxalq Məcburi Yoxaçıxma Qurbanları Günü
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Ombudsman Xocavənddə mina partlayışı ilə bağlı bəyanat yayıb

    2 Avqust 2026 19:20

    Ombudsman nümayəndələri Suriyadan repatriasiya olunan Azərbaycan vətəndaşları ilə görüşüblər

    28 İyul 2026 10:09

    Ombudsmandan onlayn oyunlarla bağlı xəbərdarlıq

    8 İyun 2026 14:08

    Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilən dəyirmi masa keçirilib

    7 May 2026 13:12

    Uşaqlar arasında energetik içki istifadəsi artır - Ombudsman aparatı

    21 Aprel 2026 12:00

    Bakıda əlilliyi olan şəxslər üçün infrastrukturun monitorinqi aparılıb

    14 Aprel 2026 12:00

    Slovakiya Bakı və Brüssel arasında mühüm körpü rolunu oynayır - Rufiz Hafizoğlu

    10 Aprel 2026 22:25

    Naxçıvanda Ombudsman haqqında qanun ləğv edilə bilər

    8 Aprel 2026 21:44

    Ombudsman Səbinə Əliyevanın dəvəti ilə Slovakiya Ombudsmanı ölkəmizdə səfərdədir

    8 Aprel 2026 17:00

    Ombudsman: Son illərdə rəqəmsal məkanda uşaqların təhlükəsizliyi ilə bağlı məsələlərə fəaliyyətimizdə xüsusi diqqət yetirilir

    2 Aprel 2026 13:27

    Ombudsman Aparatı tərəfindən uşaqların rəqəmsal mühitdə qorunmasına dair maarifləndirici videoçarx hazırlanıb

    25 Mart 2026 15:43

    Azərbaycanda dini və milli icmalara aid qəbiristanlıqlar yoxlanılıb

    19 Mart 2026 15:57
    XƏBƏR LENTİ

    Qətər və Braziliya biznesi strateji tərəfdaşlığa hazırlaşır

    Qətər İrəvandan ilk turizm çarter reysini qəbul edib

    Prezident İlham Əliyev Şavkat Mirziyoyevə təbrik məktubu ünvanlayıb

    Ombudsman Beynəlxalq Məcburi Yoxaçıxma Qurbanları Günü ilə əlaqədar bəyanat yayıb

    İraqda zəlzələ baş verib

    Əlcəzairdə meşə yanğınları 73 can aldı

    Səhra komandirləri hədəfdə - İsrail Qəzzada sui-qəsdləri niyə artırır?

    İsrailin mövqeyi Cənubi Livanda həll prosesini dalana dirəyir

    Berlinin məlumatları kimlərin əlinə keçib? Hakerlər hökuməti şantaj edir

    Nigerin paytaxtında nə baş verir? Prezident sarayına hücum cəhdi

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.