ABŞ-nin Suriya üzrə xüsusi nümayəndəsi Tomas Barrak çərşənbə axşamı bildirib ki, İsrailin Türkiyə sərhədi yaxınlığındakı Suriya hərbi hava bazasına zərbə endirməsindən sonra rəsmi Vaşinqton İsrail, Türkiyə və Suriya arasında hərbi toqquşmanın qarşısını almaq məqsədilə xüsusi koordinasiya mexanizminin yaradılması üzərində işləyir.
"Əbu əd-Duhur" zərbəsi türklərə mesajdır - İsrail mediası
Eyni zamanda ABŞ-nin Türkiyədəki səfiri vəzifəsini icra edən Barrak əlavə edib ki, Ankara İsrailin zərbəsi ilə bağlı əvvəlcədən heç bir xəbərdarlıq almayıb.
"Buna görə də Türkiyə tərəfi təyyarələrin şimala, öz ərazilərinə doğru yönəldiyini qeydə alıb və məntiqli olaraq öz cavab addımını atmağa hazırlaşa bilərdi". –deyə o qeyd edib.
Diplomat bununla mümkün Türkiyə hərbi cavabına işarə edib.
"Xoşbəxtlikdən, təmkinli düşüncə vəziyyətin daha da pisləşməsinin qarşısını almağa nail oldu".-deyə Barrak bildirib.