BAKI,VOA Orxan Qədirzadə
Türkiyənin əhalisi 2026-cı ilin ilk 6 ayında 228 min 434 nəfər artaraq iyulun 1-nə 86 milyon 320 min 602 nəfərə çatıb. Bu barədə Türkiyə Statistika Qurumu (TÜİK) dövri əhali statistikasını açıqlayıb.
2025-ci ilin sonunda 86 milyon 92 min 168 nəfər olan əhali ilin ilk yarısında 228 min 434 nəfər artıb. Mayın 1-dən iyulun 1-dək isə əhalinin sayı 123 min 904 nəfər yüksəlib.
Əhali strukturunda kişilər cüzi üstünlük təşkil edib. Kişilərin sayı 43 milyon 170 min 975 nəfər olmaqla ümumi əhalinin 50,01 faizini, qadınların sayı isə 43 milyon 149 min 627 nəfər olmaqla 49,99 faizini təşkil edib.
Beləliklə, Türkiyədə kişilərin sayı qadınlardan 21 min 348 nəfər çox olub.