Baykar və Türkiyənin T3 Vəqfi tərəfindən hazırlanmış süni intellekt dəstəkli T3 Gemstone O1 mini kompüteri təqdim edilib. Ovuc içi ölçüsündə olan qurğu pilotsuz uçuş, quru və dəniz vasitələri, həmçinin müxtəlif avtonom sistemlərdə idarəetmə və məlumat emalı üçün nəzərdə tutulub. T3 Gemstone O1 saniyədə 4 trilyon əməliyyat gücünə malik 4 TOPS-luq süni intellekt sürətləndiricisi ilə təchiz edilib. Qurğu kameralar və sensorlardan daxil olan məlumatların emalı, görüntülərin təhlili, siqnal emalı və avtonom sistemlərin idarə olunması kimi funksiyaları yerinə yetirə bilir.
Türkiyə
İsrailin xarici işlər naziri Gideon Saar Türkiyə ilə gərginliyin artırılmasında maraqlı olmadıqlarını bildirib. İsrail mövcud vəziyyətin qorunmasını və diplomatik həlli dəstəklədiyini açıqlayıb. Bununla belə, Təl-Əviv Suriyada Türkiyə hərbi bazalarının yaradılmasını qəbul etməyəcəyini vurğulayır. Gərginlik İsrailin avqustun 18-də Əbu əd-Duhur hərbi hava bazasına səkkiz zərbə endirməsindən sonra artıb. İsrail hücumu Türkiyənin bazadakı mümkün hərbi fəaliyyəti ilə əsaslandırıb. Ankara bu iddiaları rədd edib. Suriya da bazada Türkiyənin daimi hərbi mövcudluğunun planlaşdırılmadığını bildirib. ABŞ isə hücumu lazımsız gərginləşmə kimi qiymətləndirib.
Türkiyənin Kocaeli vilayətində, Gölcük Tərsanə Komandanlığında keçirilən TEKNOFEST Mavi Vatan tədbirinə həftəsonu böyük ziyarətçi marağı müşahidə olunur. Milli Müdafiə Nazirliyi və Türkiyə Texnologiya Komandası Vəqfinin əsas təşkilatçılığı ilə keçirilən festivalda Türkiyənin dəniz qüdrətini nümayiş etdirən 37 hərbi gəmi və müxtəlif dəniz platforması sərgilənir.
Dünyanın dörd bir yanından ziyarətçi cəlb edən şəhərə ən çox turist göndərən ölkələr Rusiya, Almaniya və Böyük Britaniya olub. Yanvarın 1-dən avqustun 21-dək 10 milyondan çox xarici turist ağırlayan Antalya, bir tərəfdən də şəhərdə təşkil olunacaq 77-ci Beynəlxalq Kosmonavtika Konqresi (IAC) və BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasına (COP31) hazırlaşır.
Türkiyə İsrailin Baş naziri Benyamin Netanyahu haqqında İnterpolun qırmızı bildirişinin çıxarılmasına çalışacaq. Məsələ Qəzzaya humanitar yardım aparan donanmanın İsrail tərəfindən dayandırılması ilə bağlı Türkiyədə açılmış cinayət işi çərçivəsində gündəmə gəlib. Türkiyə məhkəməsi Netanyahu və digər şübhəli barədə həbs qərarı çıxarıb. İttihamlar arasında soyqırımı, insanlıq əleyhinə cinayətlər və işgəncə yer alır. İş ümumilikdə 35 nəfəri əhatə edir. Ankara Netanyahu barədə beynəlxalq axtarış imkanının yaradılmasını istəyir. İnterpol müraciəti araşdırdıqdan sonra qırmızı bildirişin verilməsi barədə qərar qəbul edəcək. İsrail Netanyahunun ofisi vasitəsilə Türkiyənin addımını rədd və sərt şəkildə tənqid edib.
Türkiyə Ədliyyə Nazirliyi Qəzzəyə humanitar yardım aparmaq məqsədilə yola çıxan Qlobal Sumud Filo fəallarına qarşı beynəlxalq sularda baş verdiyi bildirilən müdaxilə ilə bağlı məhkəmə prosesi çərçivəsində İsrailin Baş naziri Binyamin Netanyahu və Afek Moskovitch barədə qırmızı bülleten verilməsi üçün Daxili İşlər Nazirliyinə müraciət edib.
Səudiyyə Ərəbistanı ilə Türkiyə arasında münasibətlərin yüksək səviyyədə olduğu və iki ölkənin regional strateji tərəfdaşlığı dərinləşdirdiyi bildirilib. Əl-Harbi Türkiyənin etibarlı müttəfiq olduğunu vurğulayaraq, Türk şirkətlərinin Səudiyyə Ərəbistanında irimiqyaslı layihələr həyata keçirdiyini, xüsusilə müdafiə sənayesi sahəsində "Baykar" şirkəti ilə mühüm tərəfdaşlığın qurulduğunu diqqətə çatdırıb. O, həmçinin Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanının regional müstəvidə güclərini birləşdirərək strateji tarazlıq formalaşdırdıqlarını qeyd edib.
Birləşmiş Ştatlar Suriyada hərbi gərginliyin artması fonunda İsrail və Türkiyənin birbaşa hərbi qarşıdurmaya yaxınlaşmadığını bəyan edib. Səfir Vaşinqtonun İsrail, Türkiyə və Suriya arasında gərginliyi azaltmaq üçün artıq xüsusi deeskalasiya mexanizminin hazırlanmasına başladığını və bu prosesin tamamlama mərhələsində olduğunu vurğulayıb.
Dünyanın ən böyük futbol klubları ilə bağlı hazırlanan siyahıda Türkiyənin “Qalatasaray” komandası da yer alıb. Siyahıda İstanbul təmsilçisi 23-cü pillədə göstərilib. Siyahının zirvəsində İspaniyanın “Real Madrid” klubu qərarlaşıb. “Barselona” ikinci, İngiltərənin “Mançester Yunayted”i üçüncü, “Liverpul” isə dördüncü sırada yer alıb. İlk beşliyi Almaniyanın “Bayern Münhen” klubu tamamlayıb. Daha sonra “Yuventus”, “Mançester Siti”, “Milan”, “Çelsi” və PSJ ilk onluqda qərarlaşıb.
Türkiyənin xarici işlər naziri Hakan Fidan Səudiyyə Ərəbistanı və Misirdən olan həmkarları ilə regional məsələləri müzakirə edib. Danışıqlarda Səudiyyə Ərəbistanını şahzadə Feysəl bin Fərhan Al Səud təmsil edib. Misir tərəfdən müzakirələrdə xarici işlər naziri Bədr Əbdülati iştirak edib. Tərəflər Suriyadakı son hadisələr barədə fikir mübadiləsi aparıblar. Qəzza üzrə sülh planının gedişi də müzakirə olunub. Nazirlər Hörmüz boğazındakı mövcud vəziyyəti nəzərdən keçiriblər. Fidan üç ölkənin bölgədə sülh və rifahın təmin edilməsində maraqlı olduğunu bildirib. O, Türkiyə, Səudiyyə Ərəbistanı və Misirin əməkdaşlıq və əlaqələndirməni gücləndirməyə davam edəcəyini vurğulayıb.
İsrail müdafiə naziri İsrael Katz Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı Suriyada “təhlükəli macəralara” sürüklənməkdə ittiham edib və Ankara ilə gərginliyin artırılacağı barədə sərt mesaj verib. Katz Ərdoğana müraciətlə İsrailə qarşı Türkiyə parlamentində “boş və xəyali çıxışlar” etməyə davam etməyin daha yaxşı olduğunu bildirib və İsrailin öz təhlükəsizliyini qorumaq əzmində olduğunu vurğulayıb.
Türkiyədə Cumhuriyyətin ilk illərinə aid 1933-cü il tarixli arxiv sənədi üzə çıxıb. Sənəd Danimarkanın Erzurum və Kars bölgələrində süd sənayesinin yaradılması imkanlarını araşdırdığını göstərir. Türkiyə Dil və Ədəbiyyat Dərnəyinin Erzurum şöbəsinin idarə heyətinin üzvü Taner Özdemirin aşkarladığı sənədə əsasən, Danimarka Krallığının səfirliyi 4 dekabr 1933-cü ildə Türkiyənin Xarici İşlər Nazirliyinə nota göndərib.