Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Qətər
    • Körfəz Əməkdaşlıq Şurası
    • Arab+
    • ArabShow
      • ArabLyrics
      • ArabSport
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Yaxın Şərq / Fələstin
    Fələstin

    Səhra komandirləri hədəfdə - İsrail Qəzzada sui-qəsdləri niyə artırır?

    29 Avqust 2026 12:09
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Səhra komandirləri hədəfdə - İsrail Qəzzada sui-qəsdləri niyə artırır?
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,VOA Orxan Qədirzadə

    İsrail ordusunun Qəzza zolağında Fələstin qruplarının silahlı qanadlarının səhra komandirləri və aparıcı üzvlərinə qarşı sui-qəsd əməliyyatlarını artırdığı bildirilir. Hücumlarla yanaşı, “Sarı xətt” ətrafında mülki şəxslərə qarşı zərbələrin də intensivləşdiyi qeyd olunur.

    Son günlər İsrailin pilotsuz uçuş aparatları və döyüş təyyarələri ilə həyata keçirdiyi hücumlarda HƏMAS-ın İzzəddin əl-Qəssam Briqadaları və İslami Cihadın Qüds Briqadalarının bir sıra üzvlərinin öldürüldüyü bildirilir.

    Səhra mənbələrinin məlumatına görə, öldürülənlər arasında silahlı qrupların sıralarının yenidən təşkilində iştirak edən mühüm komandirlər də olub. İsrailin xüsusilə 2023-cü il oktyabrın 7-dəki hücumda iştirak etdiyi bildirilən “Nuxba” bölməsinin üzvlərini və səhra komandirlərini hədəf aldığı vurğulanır.

    İsrail Baş Qərargah rəisi Eyal Zamirin Qəzzadakı hərbçilərlə görüşü zamanı HƏMAS-ın tərksilah edilməsini və 7 oktyabr hücumunda iştirak edən şəxslərin izlənilərək öldürülməsi tapşırdığı bildirilir.

    Bu arada “Sarı xətt” yaxınlığında mülki şəxslərə qarşı hücumların da artdığı qeyd olunur. Xan Yunisin şimalındakı Əl-Qərara bölgəsində bir ailənin üç üzvünün İsrailə məxsus pilotsuz uçuş aparatının hücumu nəticəsində öldüyü bildirilib.

    Fələstinli qruplar İsrailin sui-qəsd əməliyyatlarını xüsusilə İsraildə keçiriləcək parlament seçkiləri ərəfəsində artıracağından narahatdır. Qrupların rəhbərlərinə və üzvlərinə təhlükəsizlik tədbirlərini gücləndirmək barədə xəbərdarlıq etdiyi bildirilir.

    #Islami Cihad #Fələstin-İsrail münaqişəsi #İsrailin hərbi əməliyyatları #Eyal Zamir #Qəzzada atəşkəs #Qəzzada mülki itkilər #Sarı Xətt #İzzəddin əl-Qəssam Briqadaları #İsrail-Qəzza müharibəsi #HƏMAS komandirləri #Qəzzada sui-qəsdlər #Qüds Briqadaları #İsrail pilotsuz uçuş aparatları #Qəzza zolağında gərginlik
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Boş xəzinə ordunun döyüş hazırlığına zərbə vurur - Eyal Zamir

    27 Avqust 2026 18:20

    Qəzzada kağız çərpələnglər gərginlik mövzusuna çevrildi

    26 Avqust 2026 11:02

    Fələstin E1 layihəsinə niyə qarşı çıxır?

    22 Avqust 2026 16:48

    Netanyahu Qəzzada beynəlxalq qüvvələrin yerləşdirilməsinə razılıq verməyib

    20 Avqust 2026 15:31

    İsrail 2 il sonra Hind Rəcəbin öldürülməsini etiraf edib

    20 Avqust 2026 09:31

    HƏMAS-ın tərksilahı 30 gün ərzində başlaya bilər - Kuşner

    18 Avqust 2026 09:47

    Qəzzada İsrailin yeni hücumları nəticəsində ölənlərin sayı artıb

    17 Avqust 2026 18:17

    Ukraynadan İrana qədər - Müasir müharibələrin niyə qalibi yoxdu?

    16 Avqust 2026 06:00

    İordan çayının qərb sahilində məskunlaşanlarla bağlı səlahiyyətlər Ben-Qvirə verilir

    15 Avqust 2026 13:47

    Netanyahu Qəzza məsələsində Trampa qarşı çıxır - səbəb nədir?

    13 Avqust 2026 09:00

    Netanyahu Qəzzada atəşkəsin ikinci mərhələsini qəbul etməyib

    9 Avqust 2026 18:30

    Qəzzada atəşkəsin ikinci mərhələsi üçün ABŞ İsrailə təzyiqi artırır

    8 Avqust 2026 17:51
    XƏBƏR LENTİ

    Qətər İrəvandan ilk turizm çarter reysini qəbul edib

    Prezident İlham Əliyev Şavkat Mirziyoyevə təbrik məktubu ünvanlayıb

    Ombudsman Beynəlxalq Məcburi Yoxaçıxma Qurbanları Günü ilə əlaqədar bəyanat yayıb

    İraqda zəlzələ baş verib

    Əlcəzairdə meşə yanğınları 73 can aldı

    Səhra komandirləri hədəfdə - İsrail Qəzzada sui-qəsdləri niyə artırır?

    İsrailin mövqeyi Cənubi Livanda həll prosesini dalana dirəyir

    Berlinin məlumatları kimlərin əlinə keçib? Hakerlər hökuməti şantaj edir

    Nigerin paytaxtında nə baş verir? Prezident sarayına hücum cəhdi

    Trampın Venesuela açıqlaması - ABŞ neft ehtiyatlarını ikiqat artıra bilərmi?

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.