Rəsmi İsrail Suriyanın şimalındakı İdlib vilayətinin şərq çölündə yerləşən "Əbu əd-Duhur" hərbi aerodromunun uçuş-enmə zolağının bombalanması ilə bağlı Suriya tərəfinin irəli sürdüyü ittihamlar qarşısında sükutunu qoruyub. Lakin bir israilli rəsmi ABŞ-nin "Fox News" telekanalına verdiyi qısa açıqlamada zərbəni etiraf edərək Təl-Əvivin hücumla bağlı məlumatı əvvəlcədən Vaşinqtonla bölüşdüyünü bildirib.
Türkiyə
Türkiyə İsrailin Suriyanın Əbu əz-Zuhur hərbi hava limanına endirdiyi zərbələri kəskin şəkildə pisləyib. Ankara hücumları Suriyanın suverenliyinin pozulması kimi qiymətləndirib. Türkiyə beynəlxalq ictimaiyyəti İsrailin hərəkətlərinə qarşı daha qəti mövqe nümayiş etdirməyə çağırıb. Ankara beynəlxalq hüququ pozan hərəkətlərə görə məsuliyyətin təmin edilməsinin vacibliyini bildirib. Suriya mənbələrinə görə, hərbi hava limanına səkkiz zərbə endirilib. Hücum nəticəsində uçuş-enmə zolağı və saxlanc yerləri zədələnsə də, insan itkisi qeydə alınmayıb. Suriya da hücumları kəskin pisləyərək onları ölkənin suverenliyinə qarşı təcavüz adlandırıb. İsrail ordusu isə zərbələrlə bağlı açıqlama verməyib.
Türkiyədə “yeni nəsil” cinayət şəbəkələrinə qarşı mübarizəyə Terrorla Mübarizə (TEM) bölmələrinin də cəlb edilməsi qərara alınıb. Daxili işlər naziri Mustafa Çiftçi bildirib ki, bu qruplar klassik mafiya və mütəşəkkil cinayət strukturlarından fərqli üsullarla fəaliyyət göstərir. Onların sabit məkanı, ənənəvi hiyerarşiyası və daimi heyəti olmaya bilər.
Global Firepower-ın 2026-cı il üzrə dünyanın ən güclü hava qüvvələri reytinqi açıqlanıb. Türkiyə 1 101 aktiv hava vasitəsi ilə siyahıda 8-ci yeri tutub. Reytinqdə ABŞ 1-ci, Rusiya 2-ci, Çin isə 3-cü sırada qərarlaşıb. İlk beşliyə həmçinin Hindistan və Cənubi Koreya daxil olub. Türkiyə reytinqdə Pakistan, Yaponiya, Fransa və Böyük Britaniya kimi ölkələri geridə qoyub. Siyahıda Yaxın Şərqdən Səudiyyə Ərəbistanı 11-ci, İsrail 17-ci, Birləşmiş Ərəb Əmirlikləri 18-ci, İran isə 21-ci yerdə qərarlaşıb.
Sabiha Gökçen Hava Limanında 2026-cı ilin iyul ayında sərnişinlərin sayı 28 milyon 14 min 566 nəfərə çatıb. Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən verilən məlumata görə, bu göstərici 2025-ci ilin eyni dövrü ilə müqayisədə 6 faiz artıb. Sərnişinlərin 15 milyon 82 min 55 nəfəri beynəlxalq, 12 milyon 932 min 511 nəfəri isə daxili reyslərin payına düşüb. Beynəlxalq sərnişin daşımaları 2 faiz, daxili reyslər üzrə daşımalar isə 11 faiz artıb.
İstanbul Hava Limanında 2026-cı ilin iyul ayında sərnişinlərin sayı 48 milyon 68 min 524 nəfərə çatıb. Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən verilən məlumata görə, bu göstərici 2025-ci ilin eyni dövrü ilə müqayisədə 2 faiz çoxdur. Sərnişinlərin 38 milyon 16 min 797 nəfəri beynəlxalq, 10 milyon 51 min 727 nəfəri isə daxili reyslərin payına düşüb. Beynəlxalq sərnişin daşımaları 2 faiz artıb, daxili reyslər üzrə göstərici isə 0,4 faiz azalıb.
Türkiyənin Diyarbəkir vilayətinin Bismil rayonunda potensial olaraq Gabar yatağından bir neçə dəfə böyük olduğu bildirilən şist neftinin hasilatı üçün qazma işlərinə başlanılıb. Enerji və Təbii Sərvətlər naziri Alparslan Bayraktar ABŞ şirkəti ilə birlikdə bölgədə şist neftinin çıxarılması üzrə işlərin başladığını açıqlayıb. Məlumata görə, Bismil və Silvan ərazilərində 7 min kvadrat kilometrlik bloklarda aparılan araşdırmalar təxminən 6,1 milyard barel neft ehtiyatı potensialını göstərir. Ehtiyatların cari bazar dəyərinin 540 milyard dollar civarında olduğu bildirilir.
Türkiyə Böyük Millət Məclisində qəbul edilən “Milli Dayanışma və İctimai Bütövlüyün Gücləndirilməsi haqqında” Qanun “Rəsmi Qəzet”də dərc olunaraq qüvvəyə minib. “Terrorsuz Türkiyə” prosesi çərçivəsində qəbul edilən qanun PKK/KCK-nın fəaliyyətinə son verilməsi və silahların təhvil verilməsinin təsdiqlənməsi şərti ilə müəyyən cinayət işləri üzrə istintaq və məhkəmə proseslərinin təxirə salınmasını nəzərdə tutur.
Türkiyənin Ədliyyə naziri Akın Gürlek cinayətkar qruplara və dəstələrə qarşı mübarizənin onların kimliyindən və hansı ad altında fəaliyyət göstərməsindən asılı olmayaraq qətiyyətlə davam etdiriləcəyini bildirib. Nazirin sözlərinə görə, Alihan Kurişin rəhbərlik etdiyi iddia olunan cinayətkar qrup da bu istiqamətdə aparılan mübarizənin nümunələrindən biridir.
İdarədən verilən məlumata görə, iyun ayında avtomobil sürücülərinin qeydiyyatda olduğu ərazilərdə törətdikləri qəzaların sayı 54 min 847, qeydiyyatda olduğu ərazidən kənarda törətdikləri qəzaların sayı isə 9 min 408 olub. Məlumata əsasən, 2026-cı ildə Türkiyədə törədilən qəza sayı 392 min 598 olub. Avtomobillərin qeydiyyatda olduğu ərazilərdə törətdikləri qəzaların sayı 340 min 582, qeydiyyatda olduğu ərazidən kənarda törədilən qəzaların sayı isə 52 min 16 olub.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Misirin Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında imzalanan qarşılıqlı müdafiə sazişinə qoşula biləcəyini bildirib. Ərdoğan “Əl-Cəzirə”yə müsahibəsində Məkkə Birgə Müdafiə Sazişinin yeni üzvlərin qoşulmasına açıq olduğunu və Qahirənin mümkün iştirakının nəzərdən keçirilən variantlardan biri olduğunu deyib.
2026-cı ilin iyul ayında Liviyadan Türkiyə limanlarına 1 milyon 361 min 66 ton yük daşınıb. Daşınan yüklərin 1 milyon 285 min 712 tonu digər ölkələrin bayrağı altında üzən gəmilərlə, 55 min 727 tonu isə Türkiyə bayraqlı gəmilərlə çatdırılıb. Liviya bayraqlı gəmilərlə yük daşınmayıb, tranzit yük aşırılmayıb.