BAKI,VOA Orxan Qədirzadə
İraqın İran sərhədinə yaxın Diyala vilayətində 4,4 maqnitudalı zəlzələ baş verib. Zəlzələ yerin 15 kilometr dərinliyində qeydə alınıb.
Türkiyənin Fövqəladə Hallar və Fövqəladə Vəziyyətlərin İdarə Olunması İdarəsinin məlumatına görə, zəlzələnin episentri Diyala vilayətinin Xanəqin şəhəri olub.
Yeraltı təkanların Bağdadın şimal-şərqində, İran sərhədinə yaxın ərazidə baş verdiyi bildirilib.