BAKI,VOA Orxan Qədirzadə
Dünyanın ən böyük futbol klubları ilə bağlı hazırlanan siyahıda Türkiyənin “Qalatasaray” komandası da yer alıb. Siyahıda İstanbul təmsilçisi 23-cü pillədə göstərilib.
Siyahının zirvəsində İspaniyanın “Real Madrid” klubu qərarlaşıb. “Barselona” ikinci, İngiltərənin “Mançester Yunayted”i üçüncü, “Liverpul” isə dördüncü sırada yer alıb.
İlk beşliyi Almaniyanın “Bayern Münhen” klubu tamamlayıb. Daha sonra “Yuventus”, “Mançester Siti”, “Milan”, “Çelsi” və PSJ ilk onluqda qərarlaşıb.
Siyahıda “Arsenal”, “İnter”, “Borussiya Dortmund”, “Ayaks”, “Atletiko Madrid”, “Tottenhem”, “Roma”, “Benfika”, “Napoli”, “Boka Xuniors”, “River Pleyt” və “Seltik” kimi köklü klublar da yer alıb.
“Qalatasaray”ın 23-cü pillədə göstərilməsi Türkiyə futbolu baxımından diqqətçəkən nəticə kimi qiymətləndirilib. İstanbul klubu siyahıya daxil olan yeganə Türkiyə təmsilçisi olub.
Siyahının son iki pilləsində isə Portuqaliyanın “Porto” və Şotlandiyanın “Reyncers” klubları yer alıb.