ASELSAN-ın Baş direktoru Əhməd Akyolun bildirdiyinə görə, 2024-cü ildə başlanılan "aselsaneXt" proqramı öz bəhrəsini verməkdədir. Şirkət təkcə böyümür, həm də maliyyə intizamını gücləndirərək xalis borc səviyyəsini azaldır. Bu dövrdə ÇELİKKUBBE hava hücumundan müdafiə sistemi, radar, elektron müharibə və süni intellekt dəstəkli təhlükəsizlik sistemləri gəlirlərin artmasında həlledici rol oynayıb.
#Ahmet Akyol
NATO Baş katibi Mark Rutte Ankaraya səfəri çərçivəsində Türkiyənin aparıcı müdafiə sənayesi şirkətlərindən biri olan ASELSAN-ı ziyarət edib. Məlumata görə, Rutte ASELSAN-da Haluk Görgün və Ahmet Akyol tərəfindən qarşılanıb. NATO rəhbəri çıxışı zamanı bildirib ki, müasir dövrdə yalnız müdafiə xərclərinin artırılması kifayət etmir, əsas məsələ istehsal gücünün genişləndirilməsidir.
Türkiyə müdafiə sənayesinin qabaqcıl şirkəti olan ASELSAN, qlobal bazarlardakı fəaliyyəti və texnoloji transformasiyadakı rolu sayəsində bazar dəyərində tarixi zirvəyə ulaşıb. Şirkətin baş direktoru Ahmet Akyol bu gün verdiyi rəsmi açıqlamada ASELSAN-ın bazar dəyərinin 38 milyard dolları keçərək yeni bir rekorda imza atdığını bildirib.
ASELSAN 2026-cı ildə inteqrasiya olunmuş hava hücumundan müdafiə sistemi olan Çelik Kubbe sisteminin gücləndirilməsi və yayılması, yeni investisiyaların işə salınması və ixracın artırılması kimi prioritetlərlə yeni rekordlara hazırlaşır. ASELSAN-ın Baş direktoru Ahmet Akyol şirkətin 2025-ci ildəki fəaliyyəti və bu ilki hədəfləri barədə mühüm açıqlamalar verib. Şirkətin 2025-ci ildə 50 illiyini hər sahədə rekordlarla qeyd etdiyini bildirən Akyol bütün səylərinin millətin varlığı, rifahı, dövlətin və ordunun gücünə güc qatmaq üçün olduğunu vurğulayıb.
ASELSAN 2025-ci ilin ilk altı ayında gəlirini əvvəlki ilin eyni dövrü ilə müqayisədə 11,3 faiz artırıb. Şirkət 2,8 milyard dollarlıq yeni müqavilə bağlayıb, bunun 1,3 milyard dolları birbaşa və dolayı ixracat müqavilələrinə aiddir. Sifariş portfeli isə ötən ilin eyni dövrü ilə müqayisədə 30 faiz artaraq 16 milyard dollara çatıb.