NATO baş katibi Mark Rutte Türkiyənin NATO daxilində mühüm mövqeyə malik olduğunu və güclü müdafiə potensialı ilə seçildiyini bildirib. Rutte açıqlamasında Türkiyənin Alyans üçün son dərəcə vacib ölkə olduğunu vurğulayaraq, onun NATO-nun ən güclü ordularından birinə sahib olduğunu deyib. NATO Baş katibi Türkiyə Silahlı Qüvvələrinin yüksək səviyyədə təchiz olunduğunu və peşəkar hazırlığa malik olduğunu qeyd edib.
#NATO baş katibi Mark Rutte
NATO müttəfiqləri ABŞ-ın İranda hərbi əməliyyatlarının yüksək keyfiyyətli silah ehtiyatlarını sürətlə tükətdiyindən narahatdır. İttifaqın hərbi liderləri Brüsseldə keçiriləcək toplantıda silah istehsalının artırılması üzrə təcili addımları müzakirə edəcəklər.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO rəhbərliyi ilə yüksək səviyyəli görüş keçirib. Məlumata görə, görüşdə Türkiyənin xarici işlər naziri Hakan Fidan, milli müdafiə naziri Yaşar Güler və Prezidentin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə baş müşaviri Akif Çağatay Kılıç da iştirak ediblər.
NATO Baş katibi Mark Rutte Ankaraya səfəri çərçivəsində Türkiyənin aparıcı müdafiə sənayesi şirkətlərindən biri olan ASELSAN-ı ziyarət edib. Məlumata görə, Rutte ASELSAN-da Haluk Görgün və Ahmet Akyol tərəfindən qarşılanıb. NATO rəhbəri çıxışı zamanı bildirib ki, müasir dövrdə yalnız müdafiə xərclərinin artırılması kifayət etmir, əsas məsələ istehsal gücünün genişləndirilməsidir.
NATO-nun baş katibi Mark Rutte ABŞ prezidenti Donald Trampın Avropa ölkələrinin İran məsələsində gecikən reaksiyasından narazı olduğunu bildirib. Xatırladaq ki, Tramp daha əvvəl NATO ölkələrinin İranla bağlı vəziyyətdə ABŞ-a dəstək vermədiyini bildirərək alyansı tənqid etmişdi. O, ABŞ-ın NATO-nun köməyinə ehtiyac duymadığını, lakin bu vəziyyəti unutmayacaqlarını qeyd etmişdi.
NATO Baş Katibi Mark Rutte İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumu çərçivəsində “Avropa özünü müdafiə edə bilərmi?” adlı paneldə çıxış edərək, Qrenland məsələsinin dostane şəkildə həll edilməli olduğunu, lakin əsas problemin Ukrayna olduğunu bildirib. Rutte çıxışında deyib ki, Ukrayna bir nömrəli prioritet olmalıdır, çünki bu, həm Avropanın, həm də ABŞ-ın təhlükəsizliyi üçün həyati əhəmiyyət daşıyır. O, həmçinin Qrenland məsələsində arxa planda işlədiyini, lakin bunu ictimaiyyətə açıqlaya bilmədiyini vurğulayıb.
NATO-nun baş katibi Mark Rutte Milad bayramı (Krismás) ərəfəsində Ukraynaya dəstəyin davam etdirilməsinə çağıraraq, eyni zamanda alyansa üzv Avropa ölkələri üçün təhlükəsizlik riskləri barədə xəbərdarlıq edib. AzerVoice xəbər verir ki, Rutte Almaniyanın DPA xəbər agentliyinə verdiyi açıqlamada bildirib ki, Rusiya prezidenti Vladimir Putin-in NATO-ya üzv hər hansı bir ölkəyə hücum etməsinin qarşısını almaq üçün Ukraynanın güclü qalması təmin edilməli, eyni zamanda NATO-nun Haaqa sammitində qərara alındığı kimi müdafiə xərcləri artırılmalıdır.
Rusiyanın növbəti hədəfi bizik. Zaman bizim xeyrimizə işləmir, indi hərəkət etməliyik. NATO Baş Katibi Rutte bu sözləri Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Berlində, Almaniya Xarici İşlər Naziri Yohann Vadefulun moderatorluğu ilə keçirilən paneldə çıxış edərkən bildirib. Rutte bildirib ki, Qərbdə Rusiya təhdidinə qarşı kifayət qədər təciliyyət hissi yoxdur. Son bir il ərzində müdafiə istehsalının artmasına baxmayaraq, NATO Baş Katibi bunun kifayət etmədiyini vurğulayıb.
Türkiyə Xarici İşlər Naziri Hakan Fidan, NATO Baş katibi Mark Rutte ilə Brüsseldə keçirilən NATO Xarici İşlər Nazirləri toplantısının çərçivəsində görüşüb. Görüşdə əsasən Ukrayna ilə Rusiya arasında davam edən müharibənin sonlandırılması üçün görülən səylər müzakirə olunub. Hakan Fidan və Mark Rutte, müharibənin daha da uzanmaması üçün beynəlxalq əməkdaşlığın və diplomatik həll yollarının vacibliyini vurğulayıb. Bundan əlavə, Qara Dənizin təhlükəsizliyi ilə bağlı məsələlər də gündəmə gətirilib. Bu çərçivədə regionda sabitliyin təmin edilməsi və NATO-nun bu sahədəki rolunun artırılması müzakirə edilib.
NATO Baş katibi Mark Rutte, ABŞ-ın rəhbərlik etdiyi sülh prosesinin davam etməsinin vacib olduğunu və Ukraynanın barış görüşlərində mümkün olan ən güclü mövqedə olmalı olduğunu bildirib. Rutte, Brüsseldə keçirilən NATO Xarici İşlər Nazirləri toplantısının önündə mətbuata açıqlama verərək, Rusiyanın Ukraynaya hərbi yardımın sürətini davam etdirməsini təmin etməli və sanksiyalarla Rusiyanın iqtisadiyyatını zəiflətməyə davam etməli olduqlarını vurğulayıb.
NATO-ya üzv olan 32 ölkənin müdafiə nazirlərinin iştirakı ilə regional təhlükəsizlik məsələlərinin müzakirə edildiyi NATO Müdafiə Nazirləri Toplantısı Brüsseldə başlayıb. Toplantının açılışında çıxış edən NATO Baş katibi Mark Rutte əsas diqqət mərkəzinin alyansın müdafiə və çəkindirmə qabiliyyətinin gücləndirilməsi olacağını bildirib.
NATO Türkiyə ilə bağlı rəsmi açıqlama yayıb. NATO-nun baş katibi Mark Rutte 2026-cı il Liderlər Zirvəsinin 7-8 iyul tarixlərində Türkiyənin Ankarasındakı Beştəpə Kompleksində keçiriləcəyini rəsmən elan edib. Rutte açıqlamasında Türkiyəyə təşəkkür edərək, ölkənin 70 ildən artıqdır ki, ortaq təhlükəsizliyə əvəzsiz töhfələr verdiyini vurğulayıb.