NATO Baş katibi Mark Rutte Ankaraya səfəri çərçivəsində Türkiyənin aparıcı müdafiə sənayesi şirkətlərindən biri olan ASELSAN-ı ziyarət edib. Məlumata görə, Rutte ASELSAN-da Haluk Görgün və Ahmet Akyol tərəfindən qarşılanıb. NATO rəhbəri çıxışı zamanı bildirib ki, müasir dövrdə yalnız müdafiə xərclərinin artırılması kifayət etmir, əsas məsələ istehsal gücünün genişləndirilməsidir.
#Haluk Görgün
Türkiyə Prezidenti yanında Müdafiə Sənayesi Başçısı (SSB) Haluk Görgün bildirib ki, Türkiyənin müdafiə və aviasiya sənayesi ixracı bu il 8,5 milyard dollara çatıb. İstanbul Sənaye Palatası (İSO) və SAHA İstanbul tərəfindən təşkil olunan və Türkiyənin milli və yerli müdafiə sənayesinə töhfə verməyi hədəfləyən “Müdafiə Sənayesi Görüşləri” tədbiri bu il yeddinci dəfə keçirilib. Zirvədə sektorun müxtəlif sahələrindən nümayəndələr iştirak edib.
Türkiyənin laylı hava müdafiə sistemi “Çelik Kubbe”nin gücləndirilməsi məqsədilə yeni raket və hava müdafiə sistemlərinin kütləvi istehsalına dair ümumi dəyəri 6,5 milyard dollar olan müqavilələr imzalanıb. Müqavilələrin imzalanması mərasimi Müdafiə Sənayesi İdarəsinin koordinasiyası ilə 25 noyabrda HAVELSAN-ın ev sahibliyində keçirilib. Tədbirdə Müdafiə Sənayesi İdarəsinin rəhbəri professor Haluk Görgün, idarə rəisinin müavini Hüseyn Avşar, ASELSAN-ın baş direktoru Ahmet Akyol, Roketsan-ın baş direktoru Murat İkinci, Türk Silahlı Qüvvələrinin nümayəndələri və müdafiə sənayesi təmsilçiləri iştirak ediblər.
Türkiyənin müdafiə və aviasiya sənayesinin 2025-ci ilin ilk 10 ayında ümumi ixrac həcmi 6,7 milyard ABŞ dolları olub. Bu barədə Türkiyə Prezidentliyinin Müdafiə Sənayesi İdarəsinin (SSB) rəhbəri professor Haluk Görgün sosial media hesabında məlumat paylaşıb. Görgün bildirib ki, təkcə oktyabr ayında sektorun ixracı 708 milyon dollara çatıb. O, qeyd edib ki, ilin ilk 10 ayında xidmət ixracı istisna olmaqla ümumi ixrac ötən ilin eyni dövrü ilə müqayisədə 31 faiz artaraq 6,7 milyard dollara yüksəlib.
Türkiyə Prezidentliyi Müdafiə Sənayesi Komitəsinin sədri Haluk Görgün bildirib ki, Türkiyə artıq tank və zirehli texnika istehsalında dünyanın aparıcı mərkəzlərindən birinə çevrilib. Onun sözlərinə görə, 682 min kvadratmetrlik ərazidə inşa olunan yeni zavodda robotlaşdırılmış qaynaq sistemləri ilə ildə 96 “Altay” əsas döyüş tankı istehsal olunacaq. ALTAY Tankının Seriya İstehsal Zavodunun açılış mərasimində çıxış edən Görgün vurğulayıb ki, hər yeni istehsal müəssisəsi Türkiyənin müdafiə sənayesində tam müstəqilliyə atılmış möhür, hər yerli texnika isə xalqın iradə və əzm rəmzidir.
Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan və Qətər Əmiri Şeyx Təmim bin Həməd Əl Tani-nin iştirakı ilə müxtəlif sahələrdə anlaşmalar və Yüksək Strateji Komitənin 11-ci Toplantısına dair Birgə Bəyanat imzalanıb. Türkiyə ilə Qətər arasında müxtəlif sahələr üzrə anlaşmalar imzalanıb. Əmirlik Divanında keçirilən təkbətək və nümayəndə heyətləri səviyyəsində görüşlərdən sonra Rəcəb Tayyib Ərdoğan və Qətər Əmiri Şeyx Təmim bin Həməd Əl Tani Türkiyə–Qətər Yüksək Strateji Komitəsinin 11-ci iclasına sədrlik ediblər.
Türkiyənin Baykar şirkəti tərəfindən hazırlanmış pilotsuz uçuş aparatı Bayraktar KIZILELMA, ASELSAN istehsalı yüksək texnologiyalı TOLUN silah sistemi ilə ilk uçuş testini uğurla həyata keçirib. Türkiyə Müdafiə Sənayesi İdarəsinin rəhbəri Haluk Görgün də paylaşımında bu uğuru vurğulayaraq, “göy üzündə yeni bir imza atıldığını” bildirib.
Görgün, “Bu gün Türkiyə idxal sistemlərinin istifadəçisindən öz yerli sistemlərini dizayn edən, istehsal edən və ixrac edən bir oyunçuya çevrilib,” – deyə bildirib. O, Türkiyənin Qurtuluş Savaşı ruhu ilə bugünkü yüksək texnologiya nailiyyətləri arasında əlaqə olduğunu qeyd edərək, müdafiə sənayesinin iqtisadi, hərbi və diplomatik gücə çevrildiyini vurğulayıb. Görgün, 3,500-dən çox şirkət və 100,000-ə yaxın işçinin dəstəyi ilə yerli istehsal nisbətinin 83%-ə çatdığını, 2024-cü ildə isə ixracatın 29% artaraq 7.1 milyard dollara yüksəldiyini açıqlayıb.
Yaponiyanın müdafiə naziri Nakatani Gen və onu müşayiət edən nümayəndə heyəti Baykar şirkətində olub. Baykarın sosial media hesabında yayılan açıqlamada “Yaponiyanın müdafiə naziri cənab Nakatani Gen və onu müşayiət edən nümayəndə heyəti Özdemir Bayraktar Milli Texnologiya Mərkəzimizi ziyarət etdi. Onları qonaq etməkdən məmnun olduq” - deyə bildirilib. Səfər zamanı Baykar İdarə Heyətinin sədri Selçuk Bayraktar və şirkətin baş direktoru Haluk Bayraktar qonaqlara şirkətin fəaliyyəti barədə məlumat təqdim ediblər. Görüşdə Prezident Müdafiə Sənayesi Müdiri Haluk Görgün də iştirak edib.
Türkiyə Müdafiə Sənayesi prezidenti Haluk Görgün, ROKETSAN tərəfindən hazırlanan Milli Şaquli Atış Sistemi (MİDLAS) və TCG İSTANBUL-dan HİSAR-D RF raketi ilə həyata keçirilən atış sınağının uğurla tamamlandığını açıqlayıb. Sınaq zamanı ASELSAN, HAVELSAN, STM və ROKETSAN kimi şirkətlərin hazırladığı milli sistemlər tam koordinasiyada işləyib.
Samsun Böyükşəhər Bələdiyyə Başçısı Halit Doğan, milli texnologiya təşəbbüsünün öncüsü olan BAYKAR-ın Anadoluda ilk istehsal bazasını Samsunda quracağını bildirib. O, bu investisiyanın Samsun və Türkiyə üçün böyük əhəmiyyət daşıdığını vurğulayıb.Doğan qeyd edib ki, BAYKAR dünyanın qabaqcıl müdafiə və aerokosmik şirkətlərindən biridir və ölkənin milli texnologiya təşəbbüsünün memarıdır. O, eyni zamanda, Prezident Rəcəb Tayyib Ərdoğan, Sənaye və Texnologiya nazirləri Mehmet Fatih Kaçır, Haluk Bayraktar, Səlcuq Bayraktar, Türkiyə Böyük Millət Məclisinin Plan və Büdcə Komitəsinin sədri və Samsun millət vəkili Mehmet Muş və digər bütün layihədə əməyi olanlara təşəkkürünü bildirib.
Baykar Technology tərəfindən hazırlanmış Bayraktar AKINCI üzərində ASELSAN istehsalı LGK-82 lazer bələdçi dəsti ilə həyata keçirilən sınaq atışında hədəf uğurla məhv edilib. Sınaq görüntülərini Baykar Texnologiya İdarə Heyətinin sədri Selçuk Bayraktar sosial mediada paylaşarkən, ASELSAN baş direktoru Əhməd Akyol AKINCI-nın döyüş sahəsində öz gücünü təsdiqlədiyini bildirib.