ROKETSAN-ın baş direktoru Murat İkinci Türkiyənin müdafiə sənayesindəki cari layihələr və Çelik Kubbe sistemi ilə bağlı mühüm açıqlamalar verib. O, ROKETSAN-ın tankəleyhinə raketlərdən tutmuş ballistik və qanadlı raketlərə qədər bir çox sahədə kütləvi istehsalı sürətlə davam etdirdiyini bildirib. Murat İkinci xüsusilə ballistik raketlərin istehsal prosesinə toxunaraq qeyd edib ki, həm "TAYFUN" ballistik raketləri, həm də "SOM" qanadlı raketlərinin istehsalı və tədarükü 24 saatlıq iş rejimi ilə həyata keçirilir.
#Çelik Kubbe
Türkiyənin Maşın və Kimya Sənayesi (MKE) şirkəti tərəfindən hazırlanan "TOLGA" yaxın hava müdafiə sistemi qlobal silah bazarında asimmetrik təhdidlərə qarşı ən effektiv həll yollarından biri kimi ön plana çıxıb. MKE baş direktoru İlhami Keleşin bildirdiyinə görə, xüsusilə Rusiya-Ukrayna müharibəsindən sonra dronların ucuz və geniş yayılmış hərbi vasitəyə çevrilməsi yaxın hava müdafiəsi ehtiyacını artırıb. "TOLGA" bu boşluğu doldurmaq üçün Türkiyənin "Polad Qübbə" (Çelik Kubbe) hava hücumundan müdafiə layihəsinin alt seqmentini, yəni çox alçaq hündürlükdəki təhdidləri zərərsizləşdirmək üçün dizayn edilib.
Paris Eurosatory 2024 sərgisində ilk dəfə nümayiş etdirilən 8x8 platformaya inteqrasiya olunmuş KORKUT hava hücumundan müdafiə sistemi atış sınaqları zamanı hərəkətdə olan hədəfi uğurla zərərsizləşdirib. ASELSAN tərəfindən 8x8 taktiki təkərli zirehli platformaya inteqrasiya edilən KORKUT 140/35 Yaxın Mənzilli Hava Hücumundan Müdafiə Sistemi sınaq mərhələsini uğurla keçib. Sistem atış testləri zamanı hərəkət halında olan hədəf təyyarəni dəqiq atəşlə zərərsizləşdirib.
Türkiyə, Müdafiə Sənayesi İcra Komitəsinin qərarları çərçivəsində Çelik Kubbe hava müdafiə sistemini inventarına əlavə edib. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan layihənin uğurla həyata keçirildiyini və sistemin artıq istifadəyə verildiyini açıqlayıb. Ərdoğan bildirib ki, Müdafiə Sənayesi İcra Komitəsi çərçivəsində başlayan layihələrin nəticələri bir-bir toplanır və Çelik Kubbe də bu müvəffəqiyyətlərin nümunəsidir. Sistem, ölkənin strateji hava müdafiəsini gücləndirəcək və həm Türkiyənin, həm də müttəfiqlərinin təhlükəsizliyinə dəstək olacaq.
Türkiyənin laylı hava müdafiə sistemi “Çelik Kubbe”nin gücləndirilməsi məqsədilə yeni raket və hava müdafiə sistemlərinin kütləvi istehsalına dair ümumi dəyəri 6,5 milyard dollar olan müqavilələr imzalanıb. Müqavilələrin imzalanması mərasimi Müdafiə Sənayesi İdarəsinin koordinasiyası ilə 25 noyabrda HAVELSAN-ın ev sahibliyində keçirilib. Tədbirdə Müdafiə Sənayesi İdarəsinin rəhbəri professor Haluk Görgün, idarə rəisinin müavini Hüseyn Avşar, ASELSAN-ın baş direktoru Ahmet Akyol, Roketsan-ın baş direktoru Murat İkinci, Türk Silahlı Qüvvələrinin nümayəndələri və müdafiə sənayesi təmsilçiləri iştirak ediblər.
Türkiyənin müdafiə sənayesində yeni addım atan ASELSAN, “Çelik Kubbe” hava hücumundan müdafiə sisteminə əlavə olunan yeni nəsil Anti-PUA silahı EJDERHA-nı təqdim edib. Müdafiə eksperti Eray Güçlüer, sistemin texnoloji imkanlarını dəyərləndirərək onun həm dronlara, həm də mina və əl istehsalı partlayıcılara (EYP) qarşı əhəmiyyətli üstünlüklər qazandırdığını vurğulayıb.
Türkiyə Sənaye və Texnologiya Nazirliyi ilə Türkiyə Texnologiya Komandası Vəqfinin (T3 Vəqfi) təşkilatçılığı, TRT-nin isə informasiya tərəfdaşı olduğu, dünyanın ən böyük aviasiya, kosmos və texnologiya festivalı olan TEKNOFEST, İstanbul Atatürk Hava Limanında ziyarətçiləri qəbul edir. Festival çərçivəsində, başda ASELSAN, ROKETSAN və TÜBİTAK SAGE olmaqla, Türkiyə müdafiə sənayesinin aparıcı şirkətləri tərəfindən hazırlanmış Çelik Kubbe məhsulları böyük maraqla qarşılanıb.
Baykar İdarə Heyətinin sədri Selçuk Bayraktar, İstanbul Atatürk Hava Limanında keçirilən TEKNOFEST 2025 sərgisində çıxış edərək, festivalın sadəcə bir texnologiya sərgisi deyil, Milli Texnologiya Hərəkatının simvolu olduğunu bildirib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan milli hava hücumundan müdafiə sistemi olan “Çelik Kubbe” ilə bağlı önəmli açıqlamalar verib. Türkiyə Prezidentinin sözlərinə görə, bu sistem Türkiyəni hava hücumlarına qarşı müdafiədə yeni mərhələyə daşıyır və ölkəni daha güclü müdafiə qabiliyyətinə sahib dövlətlər sırasına çıxarır. “Sistemlər sistemi olan Çelik Kubbe ilə hava hücumundan müdafiədə artıq fərqli bir liqanın oyunçusu halına gəlirik”, – deyə Ərdoğan bildirib. Türkiyə Prezidenti Ərdoğan, sistemə yönəlmiş bəzi tənqidi fikirlərə də münasibət bildirib. O, “Çelik Kubbe vətəndaşı deyil, tərəfdarı qoruyacaq” deyən çevrələri “gözünü nifrət bürümüş güruh” adlandırıb və bu cür yanaşmanın milli təhlükəsizlik baxımından ciddi narahatlıq doğurduğunu vurğulayıb.
Türkiyənin müdafiə sənayesinin aparıcı qurumlarından olan ASELSAN, İstanbulda keçirilən 17-ci Beynəlxalq Müdafiə Sənayesi Sərgisi (IDEF 2025) çərçivəsində Çelik Kubbe hava hücumundan müdafiə konsepsiyasına inteqrasiya ediləcək beş yeni sistemi ictimaiyyətə təqdim edib.