Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Qətər
    • Körfəz Əməkdaşlıq Şurası
    • Arab+
    • ArabShow
      • ArabLyrics
      • ArabSport
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Türk Dövlətləri / Türkiyə
    Türkiyə

    Türkiyə Şimali Kiprə altı F-16 qırıcı təyyarəsi və hava hücumundan müdafiə sistemləri yerləşdirib

    9 Mart 2026 18:49
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Türkiyə Şimali Kiprə altı F-16 qırıcı təyyarəsi və hava hücumundan müdafiə sistemləri yerləşdirib
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, VOA, Orxan Qədirzadə

    Yaxın Şərqdə davam edən müharibə fonunda Türkiyə Şimali Kiprdə təhlükəsizliyi gücləndirmək məqsədilə hərbi mövcudluğunu artırıb.

    VOA xəbər verir ki, Türkiyə Müdafiə Nazirliyinin açıqlamasına görə, regionda baş verən son hadisələr nəzərə alınaraq Şimali Kipr Türk Respublikasına altı ədəd F-16 qırıcı təyyarəsi və hava hücumundan müdafiə sistemləri yerləşdirilib.

    Nazirliyin bəyanatında bildirilib ki, bu addım bölgədə təhlükəsizliyi gücləndirməyə yönəlmiş mərhələli planlaşdırmanın bir hissəsidir və vəziyyətin inkişafından asılı olaraq əlavə tədbirlərin görülməsi də istisna edilmir.

    Açıqlamada qeyd olunub ki, Türkiyə regiondakı vəziyyəti diqqətlə izləyir və ehtiyac yaranacağı halda Şimali Kiprdə təhlükəsizlik tədbirlərini daha da gücləndirəcək.

    Son günlər Avropa dövlətləri də Kipr adasında hərbi mövcudluqlarını artırmağa başlayıb. Buna səbəb ötən həftə İranın müttəfiqi hesab edilən Livandakı Hizbullah təşkilatının istifadə etdiyi güman edilən pilotsuz uçuş aparatının Kiprdə yerləşən Böyük Britaniyanın Akrotiri hərbi bazasına zərbə endirməsi olub.

    Regionda gərginlik ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatlarının genişlənməsi ilə daha da artıb. Məlumata görə, Bu gün İran tərəfindən Türkiyə hava məkanına doğru buraxılan ballistik raket NATO-nun hava hücumundan müdafiə sistemləri tərəfindən zərərsizləşdirilib.

    Türkiyə Avropa dövlətlərinin Kiprə hərbi qüvvə göndərməsini tənqid edərək bunun adanı daha geniş münaqişəyə cəlb edə biləcəyini bildirib.

    #Türkiyə Şimali Kiprə F-16 qırıcıları və hava müdafiə sistemləri yerləşdirdi #Ankara Şimali Kiprdə hərbi mövcudluğunu gücləndirir #Türkiyə Yaxın Şərq gərginliyi fonunda Şimali Kiprə F-16 göndərdi #Türkiyə Müdafiə Nazirliyi: Şimali Kiprdə təhlükəsizlik tədbirləri artırılır #Ankara Şimali Kiprdə altı F-16 və hava müdafiə sistemi yerləşdirdi #Türkiyə regiondakı gərginlik səbəbilə Şimali Kiprdə hərbi hazırlığı artırdı
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Türkiyə İsrail təyyarəsini vursaydı nə baş verərdi?

    24 Avqust 2026 08:02

    Diyarbəkirdə 4 min metr dərinlikdən yüksək keyfiyyətli neft çıxarıldı

    23 Avqust 2026 11:40

    Baykar süni intellektlə təchiz edilmiş mini kompüteri təqdim etdi

    23 Avqust 2026 11:36

    Türkiyə ilə gərginliyi artırmaq niyyətimiz yoxdur - Gideon Saar

    22 Avqust 2026 22:11

    TEKNOFEST Mavi Vatan həftəsonu ziyarətçi axını ilə davam edir

    22 Avqust 2026 14:05

    Turizmin paytaxtı Antalyada 10 milyonluq hədd aşıldı

    22 Avqust 2026 13:08

    Ankara Netanyahunun beynəlxalq axtarışa verilməsi üçün hərəkətə keçib

    21 Avqust 2026 20:30

    Türkiyədən Netanyahu barədə qırmızı bülleten tələbi: Sumud Donanması işi üzrə proses genişlənir

    21 Avqust 2026 16:21

    Türkiyə etibarlı tərəfdaş və müttəfiqdir - Səudiyyə Ərəbistanlı general

    21 Avqust 2026 14:54

    ABŞ səfiri İsrail və Türkiyə arasında birbaşa toqquşma ehtimalını qiymətləndirdi

    21 Avqust 2026 12:43

    Qalatasaray dünyanın ən böyük 25 klubu arasında yer alıb

    21 Avqust 2026 09:24

    Bölgədə sülh üçün əməkdaşlığımızı gücləndirəcəyik - Hakan Fidan

    20 Avqust 2026 21:10
    XƏBƏR LENTİ

    Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva paytaxt Daşkənddən Buxaraya gəliblər

    Prezident İlham Əliyev Volodimir Zelenskiyə təbrik məktubu ünvanlayıb

    Liviyada 10 nəfərin edamı ilə bağlı araşdırma tələb olunur

    İranla mübarizədə son mərhələyə daxil oluruq - Skott Bessent

    Səudiyyədə qadınların İKT sektorundakı payı 35%-ə çatdı

    Şotlandiyalı sənətçilər Edinburq festivalından İsraillə əlaqəli sponsorluqdan imtina tələb edir

    Türk Mədəniyyəti və İrsi Fondunun Prezidenti Qazaxıstanın Özbəkistandakı yeni təyin olunmuş səfiri ilə görüşüb

    İraq Səudiyyə Ərəbistanı və İranı vahid təhlükəsizlik şurasına çağırdı

    AfD əyalət seçkilərini Almaniyada hakimiyyətə yol kimi görür

    ABŞ İrana qarşı ən geniş iqtisadi təzyiq planını işə salır

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.