Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Qətər
    • Körfəz Əməkdaşlıq Şurası
    • Arab+
    • ArabShow
      • ArabLyrics
      • ArabSport
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Digər Dövlətlər / İran
    İran

    ABŞ İrana qarşı ən geniş iqtisadi təzyiq planını işə salır

    24 Avqust 2026 09:36
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    ABŞ İrana qarşı ən geniş iqtisadi təzyiq planını işə salır
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, VOA Orxan Qədirzadə

    ABŞ İranın gəlir mənbələrini məhdudlaşdırmaq məqsədilə yeni və daha genişmiqyaslı iqtisadi təzyiq kampaniyasına başlayır. Vaşinqtonun addımları İranın maliyyə şəbəkələrini və neft gəlirlərini hədəfə almaqla yanaşı, Tehranla iqtisadi əlaqələri olan üçüncü ölkələrə də təzyiq göstərməyi nəzərdə tutur.

    ABŞ Maliyyə naziri Skott Besent “Financial Times” qəzetində dərc olunan məqaləsində yeni tədbirlərin avqustun 24-dən tətbiq olunacağını bildirib. O, İran rejimini maliyyələşdirən bütün əsas gəlir kanallarının kəsilməsinin Vaşinqtonun başlıca məqsədlərindən biri olduğunu açıqlayıb.

    Besent xəbərdarlıq edib ki, İran üçün maliyyə kanalı rolunu oynayan ölkələr də ABŞ-ın tətbiq etdiyi təcridin təsirinə məruz qala bilər. Vaşinqton bununla İranın beynəlxalq maliyyə sisteminə çıxışını daha da məhdudlaşdırmağa çalışır.

    ABŞ-ın yeni kampaniyası İranın nüvə proqramı ilə yanaşı, Hörmüz boğazında enerji daşımaları ilə bağlı gərginliyin artdığı bir vaxtda həyata keçirilir. ABŞ-ın vitse-prezidenti Cey Di Vens İranın nüvə silahına sahib olmasının qarşısının alınmasını Vaşinqtonun Yaxın Şərqdə əsas strateji məqsədi kimi göstərib.

    Vens həmçinin İranın neft və qaz daşımalarını məhdudlaşdırmaq cəhdlərinə qarşı ABŞ-ın iqtisadi imkanlardan istifadə edəcəyini bildirib. Onun sözlərinə görə, Vaşinqton Hörmüz boğazındakı gərginliyə baxmayaraq, gündəlik 7-15 milyon barrel arasında neftin bazara çıxarılmasını təmin edib.

    İran isə ABŞ-ın yeni iqtisadi təzyiq siyasətini rədd edir. İslam İnqilabı Keşikçiləri Korpusunun sözçüsü Hüseyn Möhibi bildirib ki, Tehran mümkün iqtisadi tədbirlərə qarşı müxtəlif ssenarilər hazırlayıb və digər ölkələrlə iqtisadi əlaqələri davam etdirmək imkanına malikdir.

    ABŞ avqustun 7-də də İranın neft gəlirlərinin toplanmasına və valyuta köçürmələrinə kömək etdiyi bildirilən Çin, Birləşmiş Ərəb Əmirlikləri, Honkonq və Sinqapurdakı maliyyə şəbəkələrinə qarşı yeni sanksiyalar tətbiq etmişdi.

    Vaşinqtonun son addımları İranın maliyyə sisteminə təzyiqi genişləndirərək Tehranla əməkdaşlıq edən xarici bank və şirkətlər üçün də əlavə risklər yaradır.

    #İranın nüvə proqramı #ABŞ Maliyyə Nazirliyi #Cey Di Vens #İrana qarşı sanksiyalar #Hörmüz boğazı #ABŞ-İran iqtisadi müharibəsi #ABŞ İran sanksiyaları #Skott Besent #İran iqtisadiyyatına təzyiq #İran maliyyə şəbəkələri #İran neft gəlirləri #İranın neft ixracı #Donald Tramp İran siyasəti
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Trampın namizədləri ardıcıl uduzur - Bu seçkilərə necə təsir edəcək?

    23 Avqust 2026 22:00

    Hörmüz boğazına alternativ tapıldı - İraq vasitəsilə quru yükdaşımalarında rekord artım qeydə alınıb

    23 Avqust 2026 12:57

    Ölkə ərazisinin başqa dövlətlərə hücum üçün istifadəsinə icazə verməyəcəyik - İraq prezidenti

    22 Avqust 2026 18:10

    NATO ölkələri Hörmüz boğazı üçün planları müzakirə edib

    21 Avqust 2026 21:04

    İran və Oman Hörmüz boğazı üzrə danışıqların bərpasını müzakirə edib

    21 Avqust 2026 20:57

    İran Hərbi Dəniz Qüvvələri strateji boğazlarla bağlı hazırlığını açıqlayıb

    21 Avqust 2026 19:55

    Oman və Yaponiya Hörmüz boğazının açılması üçün səylərin gücləndirilməsinə çağırıb

    20 Avqust 2026 21:57

    ABŞ İrana qarşı dəniz mühasirəsi ilə bağlı yeni rəqəmlər açıqlayıb

    20 Avqust 2026 21:14

    Bölgədə sülh üçün əməkdaşlığımızı gücləndirəcəyik - Hakan Fidan

    20 Avqust 2026 21:10

    ABŞ qüvvələri may ayından bəri Hörmüz boğazından 1300 gəminin keçidinə yardım edib

    20 Avqust 2026 19:42

    Heç bir ölkə dəniz yollarında sərbəst hərəkətə mane ola bilməz - Misir

    20 Avqust 2026 18:23

    Qətərin xarici işlər naziri Hörmüz boğazında “şantaja” son qoymağa çağırıb

    20 Avqust 2026 18:09
    XƏBƏR LENTİ

    Şotlandiyalı sənətçilər Edinburq festivalından İsraillə əlaqəli sponsorluqdan imtina tələb edir

    Türk Mədəniyyəti və İrsi Fondunun Prezidenti Qazaxıstanın Özbəkistandakı yeni təyin olunmuş səfiri ilə görüşüb

    İraq Səudiyyə Ərəbistanı və İranı vahid təhlükəsizlik şurasına çağırdı

    AfD əyalət seçkilərini Almaniyada hakimiyyətə yol kimi görür

    ABŞ İrana qarşı ən geniş iqtisadi təzyiq planını işə salır

    Norveç kralı V Haraldın səhhəti pisləşib

    İordaniya əsilli müğənni Zeyn 9 Avropa şəhərində konsert verəcək

    Səudiyyə Ərəbistanı Suriyanın paytaxtında viza müraciəti mərkəzi açıb

    SpaceX-in dəyəri ilə qazancı arasındakı ziddiyyət nəyi göstərir?

    Türkiyə İsrail təyyarəsini vursaydı nə baş verərdi?

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.