#Ankara Şimali Kiprdə altı F-16 və hava müdafiə sistemi yerləşdirdi

Yaxın Şərqdə davam edən müharibə fonunda Türkiyə Şimali Kiprdə təhlükəsizliyi gücləndirmək məqsədilə hərbi mövcudluğunu artırıb. Türkiyə Müdafiə Nazirliyinin açıqlamasına görə, regionda baş verən son hadisələr nəzərə alınaraq Şimali Kipr Türk Respublikasına altı ədəd F-16 qırıcı təyyarəsi və hava hücumundan müdafiə sistemləri yerləşdirilib.Nazirliyin bəyanatında bildirilib ki, bu addım bölgədə təhlükəsizliyi gücləndirməyə yönəlmiş mərhələli planlaşdırmanın bir hissəsidir və vəziyyətin inkişafından asılı olaraq əlavə tədbirlərin görülməsi də istisna edilmir.