Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Səudiyyə
    • BƏƏ
    • Qətər
    • Arab+
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Türk Dövlətləri / Türkiyə
    Türkiyə

    Hakan Fidan və HƏMAS heyəti Qəzza üzrə atəşkəs prosesini müzakirə edib

    24 Dekabr 2025 15:30
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Hakan Fidan və HƏMAS heyəti Qəzza üzrə atəşkəs prosesini müzakirə edib
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Nailə Babazadə

    Türkiyə xarici işlər naziri Hakan Fidan HƏMAS-ın Siyasi Büro üzvü Xəlil əl-Həyyənin rəhbərlik etdiyi HƏMAS nümayəndə heyəti ilə Ankarada görüşüb.

    AzerVoice xəbər verir ki,Türkiyə Xarici İşlər Nazirliyindəki mənbələrin verdiyi məlumata görə, bu gün Ankarada keçirilən görüşdə Qəzzadakı mövcud vəziyyət ətraflı şəkildə müzakirə olunub. Xüsusilə Qəzza üzrə sülh planının ikinci mərhələsinə keçid prosesi ilə bağlı fikir mübadiləsi aparılıb.

    Nazir Hakan Fidan Türkiyənin fələstinlilərin hüquqlarını beynəlxalq platformalarda qətiyyətlə müdafiə etməyə davam etdiyini vurğulayıb. O, Qəzzada yaşanan humanitar faciənin yüngülləşdirilməsi məqsədilə Türkiyənin həyata keçirdiyi sığınacaq və humanitar yardım fəaliyyətləri barədə nümayəndə heyətinə məlumat verərək, bölgədə yaraların sarılması istiqamətində Ankaranın mövqeyinin dəyişməz olduğunu bildirib.

    Görüş zamanı HƏMAS nümayəndə heyəti atəşkəs prosesi çərçivəsində üzərlərinə düşən bütün öhdəlikləri yerinə yetirdiklərini qeyd edib. Bununla yanaşı, İsrailin Qəzzaya hücumları davam etdirdiyinə diqqət çəkən heyət, bu addımların sülh planının ikinci mərhələsinə keçidi əngəlləməyə yönəlmiş strategiya olduğunu vurğulayıb.

    Qəzzaya daxil olan humanitar yardımların yetərsizliyinə də toxunulub. HƏMAS rəsmiləri bölgəyə girişinə icazə verilən yük maşınlarının təxminən 60 faizinin kommersiya malları daşıdığını, bunun isə əhalinin əsas ehtiyaclarının ödənilməsindən uzaq olduğunu bildiriblər. Xüsusilə dərman, əsas ərzaq məhsulları, sığınacaq materialları və yanacaq təminatında ciddi çatışmazlıqların olduğu qeyd edilib və bu problemlərin təcili həllinin vacibliyi vurğulanıb.

    Görüşün mühüm gündəm mövzularından biri də fələstinli qruplar arasında uzlaşma prosesi olub. Fələstin daxili siyasətindəki son vəziyyət və İordan çayının qərb sahilindəki proseslər müzakirə edilib, İsrailin bu bölgədə həyata keçirdiyi addımların qəbuledilməz olduğu xüsusi olaraq qeyd olunub.

    #Qəzza #Qəzza zolağı #Hakan Fidan #Türkiyə XİN #Qəzza hücumu #Qəzza münaqişəsi #Qəzzanın yenidən qurulması #Qəzza müharibəsi #Qəzza blokadası #Humanitar fəlakət Qəzza #Uşaq ölümü Qəzza #Qəzzada humanitar böhran #Qəzzanın işğalı #HƏMAS və Qəzzanın gələcəyi #Qəzzanın bərpası 2025 #HƏMAS-ın bəyanatı #Türkiyə-HƏMAS əlaqələri
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    İsrail Qəzzadakı “Sarı xətt”dən geri çəkilməyəcək - Netanyahu

    2 Sentyabr 2026 19:15

    HƏMAS Qəzzaya hücumları fələstinlilərə qarşı “soyqırımı müharibəsinin” davamı adlandırıb

    1 Sentyabr 2026 20:44

    HƏMAS Qəzzaya hücumları pisləyib, beynəlxalq müdaxilə çağırışı edib

    31 Avqust 2026 22:33

    Müharibə tərəfləri bölgəni məhv edən prosesi davam etdirir - Hakan Fidan

    31 Avqust 2026 18:58

    Netanyahu beynəlxalq təhlükəsizlik üçün təhdiddir - Hakan Fidan

    31 Avqust 2026 18:49

    Hakan Fidan İstanbul görüşündən sonra açıqlama verib

    31 Avqust 2026 18:26

    Qəzzada ölənlərin sayı artıb

    31 Avqust 2026 18:20

    Məkkə müdafiə sazişinin ilk iclasında hansı məsələlər müzakirə ediləcək?

    31 Avqust 2026 09:00

    31 avqustda ərəb dövlətlərində nə baş verdi?

    31 Avqust 2026 03:00

    Qətər və Türkiyə xarici işlər nazirləri Yaxın Şərqdə gərginliyin azaldılması yollarını müzakirə ediblər

    29 Avqust 2026 20:41

    İsrail ordusu Qəzzadakı xəstəxana hücumunda HƏMAS komandirini hədəfə aldığını iddia edib

    29 Avqust 2026 19:26

    İsrail Qəzzada xəstəxana kompleksini bombaladı

    29 Avqust 2026 17:23
    XƏBƏR LENTİ

    Azərbaycan və Litva arasında regional təhlükəsizlik məsələləri müzakirə edilib

    Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə dizel yanacağı göndərilib

    Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib

    Prezident İlham Əliyev San Marinonun Regent Kapitanlarına məktub ünvanlayıb

    Rusiya Aİ-yə üzvlük məsələsində Ermənistanla danışıqlar aparmır - Overçuk

    İstanbul yaxınlığında batan yük gəmisində itkin düşən 10 nəfərin axtarışı davam edir

    ABŞ-də Trampın metal pulu dövriyyəyə buraxılıb

    Husilər Yəmənin qərb sahillərinə 14-dən çox ballistik raket atıb

    Sudanda BMT-nin ərzaq yardımı daşıyan iki karvanına hücum olub

    BƏƏ Prezidenti Donald Trampla telefon danışığı aparıb

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.