#Türkiyə XİN

Türkiyənin xarici işlər naziri Hakan Fidan iyunun 20-21-də Misirin paytaxtı Qahirədə keçiriləcək Türkiyə–Misir–Pakistan–Səudiyyə Ərəbistanı xarici işlər nazirlərinin dördüncü görüşündə iştirak edəcək. Səfər çərçivəsində nazirin Misir və digər iştirakçı ölkələrin rəsmiləri ilə ikitərəfli görüşlər keçirməsi nəzərdə tutulur.

Türkiyənin xarici işlər naziri Hakan Fidan Banqladeşin paytaxtı Dəkkədə Banqladeş xarici işlər naziri Xalilur Rəhman ilə keçirilən görüşün yekunlarına dair mətbuat konfransında çıxış edərək rohinya müsəlmanları probleminin uzunmüddətli, ədalətli və dayanıqlı şəkildə həll olunması üçün Ankara tərəfindən beynəlxalq tərəfdaşlarla fəal əməkdaşlıq aparıldığını bildirib.

Türkiyənin Xarici işlər naziri Hakan Fidan ilə Yunanıstanın Xarici işlər naziri Yorgo Gerapetritis arasında telefon danışığı baş tutub. Türkiyə Xarici İşlər Nazirliyindən əldə edilən məlumata görə, nazirlər görüş zamanı İsrail ordusunun "Qlobal Sumud" (Global Sumud Flotilla) yardım gəmilərinə qarşı həyata keçirdiyi hərbi müdaxiləni müzakirə ediblər. Tərəflər bölgədəki son vəziyyət və beynəlxalq hüququn pozulması halları ətrafında fikir mübadiləsi aparıblar.

Türkiyə Xarici İşlər Nazirliyi Malinin müxtəlif bölgələrində törədilmiş qanlı terror aktlarını qətiyyətlə pisləyən rəsmi bəyanat yayıb. Nazirliyin yazılı açıqlamasında bu hücumlar "mənfur aktlar" kimi xarakterizə edilib və Türkiyənin hadisə ilə bağlı dərin kədər hissi keçirdiyi vurğulanıb. Bəyanatda deyilir: "Malinin müxtəlif bölgələrində bu gün meydana gələn terror hücumlarını güclü şəkildə qınayırıq. Bu mənfur hücumlarda həyatını itirənlərə Allahdan rəhmət diləyir, yaxınlarına və qardaş Mali xalqına dərin hüznlə başsağlığı veririk."

Cənubi Qafqazda formalaşan sülh və uzlaşma mühiti, bölgənin əməkdaşlıq və sabitlik məkanına çevrilməsini istəyənlərin, tarixdən düşmənçilik yaratmağa çalışan dairələrə verdiyi güclü cavabdır. Bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin (XİN) bəzi ölkələrin rəsmiləri tərəfindən 1915-ci il hadisələrinə dair verilən bəyanatlar haqqında şərhində qeyd olunub.

Türkiyə Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında strateji tərəfdaşlığı möhkəmləndirməyi və yaxın dialoqla güclənən əməkdaşlığın əhatə dairəsini genişləndirməyi hədəfləyən Strateji Tərəfdaşlıq Çərçivə Sənədi imzalanıb. Türkiyənin Xarici İşlər naziri Hakan Fidan Londona səfəri çərçivəsində britaniyalı həmkarı Yvett Kuper ilə bir araya gəlib.

Qətərin Baş naziri və Xarici İşlər naziri Şeyx Məhəmməd bin Əbdürrəhman bin Casim Al Tani Antalya Diplomatiya Forumu çərçivəsində Türkiyənin Xarici İşlər naziri ilə regionda gərginliyin azaldılması yollarını müzakirə edib. Qətər Xarici İşlər Nazirliyindən verilən rəsmi məlumata görə, görüş zamanı tərəflər regional sabitliyin təmin olunması və münaqişələrin de-eskalasiyası (gərginliyin azaldılması) üçün strateji addımları nəzərdən keçiriblər. Baş nazir müzakirələr zamanı vasitəçilik prosesinin əhəmiyyətini xüsusi vurğulayaraq bildirib.

Türkiyənin xarici işlər naziri Hakan Fidan Suriyanın prezidenti Əhməd Şəraa ilə görüş keçirib. Qeyd olunub ki, görüşlə bağlı məlumat Türkiyə Xarici İşlər Nazirliyinin mənbələri tərəfindən açıqlanıb. Bildirilib ki, tərəflər arasında müzakirə olunan məsələlərin detalları açıqlanmayıb.

Türkiyənin Xarici İşlər naziri Hakan Fidan ilə İranın Xarici İşlər naziri Abbas Əraqçi arasında telefon danışığı baş tutub. Türkiyə Xarici İşlər Nazirliyindəki diplomatik mənbələrdən əldə edilən məlumata görə, tərəflər regional sabitlik üçün kritik əhəmiyyət kəsb edən məsələləri ətraflı müzakirə ediblər. Danışıqlar zamanı əsas diqqət İran və ABŞ nümayəndə heyətləri arasında davam edən sülh müzakirələrinə və bu prosesdəki son vəziyyətə yönəlib.

Türkiyənin xarici işlər naziri Hakan Fidan Hürmüz boğazı ilə bağlı mövqeyini açıqlayıb. Məlumata əsasən, Hakan Fidan boğazın bağlanması ehtimalına toxunaraq beynəlxalq keçidin məhdudlaşdırılmasının yolverilməz olduğunu vurğulayıb. Nazir bildirib ki, beynəlxalq ictimaiyyət Hörmüz boğazında sərbəst keçidin təmin olunmasında maraqlıdır.