Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Səudiyyə
    • BƏƏ
    • Qətər
    • Arab+
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Türk Dövlətləri / Türkiyə
    Türkiyə

    PKK-nın silah buraxması fonunda TBMM-də yeni komissiya yaradılır

    14 İyul 2025 10:31
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    PKK-nın silah buraxması fonunda TBMM-də yeni komissiya yaradılır
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice

    PKK terror təşkilatının silah buraxma prosesinə başlaması ilə birlikdə diqqətlər Ankaranın növbəti addımlarına yönəlib.

    AzerVoice xəbər verir ki, bu çərçivədə Türkiyə Böyük Millət Məclisində (TBMM) "Milli Birlik və Həmrəylik" adlandırılan xüsusi parlament komissiyasının yaradılmasına hazırlıq aparılır.

    TBMM sədri Numan Kurtulmuşun təşəbbüsü ilə çərşənbə günü parlamentdə təmsil olunan siyasi partiyalara üzvlərin irəli sürülməsi üçün rəsmi çağırış ediləcək. Komissiyanın yaradılması ideyası ilk dəfə 2024-cü ilin sonunda Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Devlet Bahçelinin çağırışı ilə gündəmə gəlib.

    İlkin məlumata əsasən, parlamentdə fraksiyası olan beş partiya – Ədalət və İnkişaf Partiyası (AKP), Cümhuriyyət Xalq Partiyası (CHP), Xalqların Bərabərliyi və Demokratiya Partiyası (DEM), MHP və Yenidən Rifah Partiyası (YRP) – komissiyada təmsil olunacaq. İYİ Partiyasının isə iştirak etməyəcəyi gözlənilir.

    Həmçinin fraksiyası olmayan partiyalardan da hər birindən bir nəfər nümayəndənin qatılması nəzərdə tutulur. Komissiyanın ümumi tərkibinin 35-40 nəfər arasında olması planlaşdırılır.

    Komissiya yaradıldıqdan dərhal sonra fəaliyyətə başlayacaq və yay tətili dövründə də fasiləsiz işləyərək qanun layihələrinin hazırlanması üzərində çalışacaq.

    PKK-nın silah buraxma prosesinin iki ilə beş ay arasında başa çatacağı proqnozlaşdırılır. Paralel olaraq, komissiya keçmiş təşkilat üzvlərinin cəmiyyətə inteqrasiyası, müəyyən istintaqlardan azad olunma və digər humanitar təşəbbüslər üzərində çalışacaq.

    Əgər proses planlandığı kimi irəliləyərsə və Milli Təhlükəsizlik Şurası (MGK) PKK-nın artıq milli təhlükə törətmədiyini müəyyən etsə, təşkilat üzvlüyü və yardım kimi ittihamlarla bağlı məhkəmə işləri 2026-cı ilin ilk rübündən etibarən yenidən qiymətləndirilə bilər.

    Qeyd edək ki, iyulun 11-də İraqın Süleymaniyyə şəhərində PKK-ya bağlı bir qrup silahlarını məhv edərək prosesin yeni mərhələsini başladıb.

    PKK üzvləri Süleymaniyyənin Surdaş mahalı sərhədindəki mağarada toplaşaraq silahlarını alovlu qazanda məhv ediblər. Proses İraq Kürd Regional Rəhbərliyi, Türkiyənin Milli Kəşfiyyat Təşkilatı, DEM Partiyası nümayəndələri və vətəndaş cəmiyyəti təmsilçilərinin iştirakı ilə izlənilib.

    MHP sədri Devlet Bahçelinin çağırışı və Prezident Rəcəb Tayyib Ərdoğanın dəstəyi ilə irəliləyən "Terrorsuz Türkiyə" prosesi, silahların məhv edilməsi ilə simvolik dönüş nöqtəsinə çatıb. PKK-nın tam tərksilahı sentyabrın sonuna qədər tamamlanması planlaşdırılır.

    Həmçinin qeyd edək ki, bu prosesin əsas mərhələlərinə DEM Partiyasının Ədliyyə Nazirliyinin icazəsi ilə İmralıya səfərləri, siyasi partiyalar arasında müzakirələr və prezident Ərdoğanın Pervin Buldan və Mithat Sancarla görüşləri daxildir. PKK mayın 5-7-də keçirilən qurultayında təşkilatın ləğvi və silahın yerə qoyulması qərarını açıqlamışdı.

    "Terrordan Azad Türkiyə" hədəfinin həyata keçməsi ilə ölkə əhalisi üçün yeni bir dövr başlayır. Hökumət, prosesi sülh və təhlükəsizlik çərçivəsində davam etdirməkdə qərarlıdır.

    #Türkiyə #Rəcəb Tayyib Ərdoğan #Devlet Bahçeli #Türkiyənin Milliyətçi Hərəkat Partiyası (MHP) #Numan Kurtulmuş #Ankara #AK Parti #TBMM #PKK terror təşkilatı #Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) #Türkiyə Böyük Millət Məclisi (TBMM) #PKK-nın silahları yerə qoyması #DEM partiyası
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Türkiyə nümayəndə heyəti DOST Agentliyində olub

    31 Avqust 2026 19:32

    Müharibə tərəfləri bölgəni məhv edən prosesi davam etdirir - Hakan Fidan

    31 Avqust 2026 18:58

    Netanyahu beynəlxalq təhlükəsizlik üçün təhdiddir - Hakan Fidan

    31 Avqust 2026 18:49

    Hakan Fidan İstanbul görüşündən sonra açıqlama verib

    31 Avqust 2026 18:26

    Ərdoğan Bişkekə gedir

    31 Avqust 2026 09:38

    Məkkə müdafiə sazişinin ilk iclasında hansı məsələlər müzakirə ediləcək?

    31 Avqust 2026 09:00

    Ərdoğan Zəfər Bayramının ildönümü münasibətilə bəyanat yayıb

    30 Avqust 2026 11:28

    Azərbaycan XİN Zəfər bayramı münasibətilə Türkiyə xalqını və dövlətini təbrik edib

    30 Avqust 2026 10:40

    Türkiyə hərbi dəniz qüvvələri Somali dəniz quldurları tərəfindən qaçırılan gəmini azad edib

    30 Avqust 2026 09:18

    Qətər və Türkiyə xarici işlər nazirləri Yaxın Şərqdə gərginliyin azaldılması yollarını müzakirə ediblər

    29 Avqust 2026 20:41

    Abbas Əraqçi müsəlman ölkələrini böyük dövlətlərin “həddindən artıq tələblərinə” qarşı birliyə çağırıb

    29 Avqust 2026 20:09

    Ukraynanın Ankaradakı səfiri XİN-ə çağırılıb

    29 Avqust 2026 17:42
    XƏBƏR LENTİ

    Tramp Xark adası ilə bağlı paylaşımı ilə İrana mesaj göndərir - Vens

    SEPAH Hörmüz boğazında ABŞ-nin MQ-9 pilotsuz uçuş aparatını vurduğunu iddia edib

    Anthropic-in Claude modeli ilə bağlı yeni müəllif hüquqları mübahisəsi başlayıb

    Sanksiyaların məqsədi İranı danışıqlar masasına gətirməkdir - Skott Bessent

    Cozef Aun Afinada atəşkəs razılaşmasının tam yerinə yetirilməsinə çağırıb

    CENTCOM SEPAH-ın Hörmüz boğazında tanker insidenti barədə iddiasını rədd edib

    İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir Əl-Əqsa məscidinə daxil olub

    “The Independent”, “The Guardian” və “BBC”də Azərbaycanla bağlı həqiqətə uyğun olmayan materiallar dərc edilib - MEDİA

    İsrail hakimiyyəti Cənin bölgəsində yeni yaşayış məntəqəsi yaradıb

    İranın ABŞ qüvvələrinə istənilən hücumuna cavab veriləcək - Tramp

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.