#TBMM

Türkiyə Böyük Millət Məclisinin (TBMM) Sədri Numan Kurtulmuş İsrail rəhbərliyinin son bəyanatlarına və beynəlxalq müstəvidəki çıxışlarına qarşı sərt reaksiya göstərib. TBMM Sədri həmçinin qeyd edib ki, beynəlxalq hüququ mütəmadi olaraq pozan və regional sabitliyə təhdid yaradan İsrail hökumətinin bəyanatları artıq qlobal arenada etibarlılığını tamamilə itirib. Türkiyənin fələstinlilərin haqlarını müdafiə etməyə və İsrailin təcavüzkar addımlarına qarşı beynəlxalq platformalarda səslərini ucaltmağa davam edəcəyi bir daha diqqətə çatdırılıb

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş İstanbulda keçirilən “Parlamentlərarası İttifaqın (PAB) 152-ci Baş Assambleyasının Açılış Mərasimi”ndə çıxış edib. Çıxışı zamanı İsrailin beynəlxalq hüququ pozan hərəkətlərinə toxunan Kurtulmuş, bu ölkənin Birləşmiş Millətlər Təşkilatındakı (BMT) üzvlüyünün dondurulması üçün çağırış edib.

Türkiyə Böyük Millət Məclisinin Xarici Əlaqələr Komitəsinin sədri Fuat Oktay Azərbaycan–Ermənistan prosesində atılan addımları konstruktiv yanaşmanın göstəricisi kimi qiymətləndirib. Fuat Oktay jurnalistlərə açıqlamasında bildirib ki, Qazaxıstan və Rusiyadan buğdanın Ermənistan istiqamətində Azərbaycan ərazisi vasitəsilə daşınması, eləcə də tərəflər arasında ticarət əlaqələrinin başlanması Bakının öz gücünə və mövqeyinə inamının bariz nümunəsidir.

Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş, Türkiyə Milliyətçi Hərəkat Partiyası sədri Devlet Bahçeli ilə parlamentdəki kabinetində bir araya gəlib. Təxminən 30 dəqiqə davam edən qapalı görüşdən sonra mətbuata açıqlama verən Kurtulmuş, bu ziyarətin əsas məqsədinin "Terrorsuz Türkiyə" hədəfi çərçivəsində yaradılan Milli Həmrəylik, Qardaşlıq və Demokratiya Komissiyasının işinə verdiyi dəstəyə görə Bahçeliyə təşəkkür etmək olduğunu bildirib. O, komissiyada təmsil olunan digər siyasi partiyaların rəhbərləri ilə də görüşlərini davam etdirəcəyini vurğulayıb.

Türkiyənin Ədliyyə naziri Yılmaz Tunç bildirib ki, TBMM Ədliyyə Komitəsində qəbul edilən 11-ci Məhkəmə Paketi ümumilikdə 12 müxtəlif qanunda dəyişiklik nəzərdə tutur və 38 maddədən ibarətdir. Nazir Tunç sosial media hesabında açıqlam verib. “Türk Cəza Qanunu və bəzi qanunlarda dəyişiklik edilməsi haqqında” qanun təklifinin komitədə qəbul edildiyini xatırladıb və paketdə əhəmiyyətli hüquqi islahatların yer aldığını vurğulayıb.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasının TBMM qrup toplantısında çıxış edərək ölkəsinin xarici siyasətinə və tarixi kimliyinə dair mesajlar verib. O, Türkiyənin regional məsuliyyət daşıyan dövlət olduğunu və yalnız öz sərhədləri ilə məhdudlaşmayacağını bildirib.